Canınız cəhənnəmə, sizə qaz vermirik, gedin odununuzu doğrayın - ŞİKAYƏT

Canınız cəhənnəmə, sizə qaz vermirik, gedin odununuzu doğrayın - ŞİKAYƏTÖlkənin mavi yanacaqla tam təmin olunması prosesi yekunlaşmaq ərəfəsində olsa da hələ də mavi yanacağın istisinə həsrət qalan insanlar, yüzlərlə ailələr var, onlarla kənd və qəsəbə v ar.

Belə kəndlərdən biri də Neftçala rayonu Astanlı kəndidir. Kəndə qonşu olan digər kəndlərdə mavi yanacaq olsa da sözügedən kəndin 300-ə yaxın ailəsi yanacaq üzünə həsrət qalıb.
Bununla bağlı BiG.AZ-a müraciət edən Astanlı kənd sakini, 70 yaşlı pensioner müəllim Məmmədov Ələkbər Səftər oğlu uzun illərdir mavi yanacağa həsrət qaldıqlarını, illərdir bu məsələ üçün döymədikləri idarə qapıları qalmadığını bildirib. O qeyd edib ki, rəsmi müraciətlər edilsə də ona heç bir cavab verilməyib.

Bundan əlavə şikayətçi bildirib ki, rayon üzrə bütün kəndlərdə qaz xətti çəkilib. Amma təkcə Astanlı kəndinə qaz xətti çəkilməyib. Cəmi 13 ailə Sovet dönəmindən qalma xəttlər vasitəsilə mavi yanacaq verilib və kəndimizi qazlaşdırılmış kənd kimi qələmə verərək digər sakinləri və hökuməti aldadırlar:

""Azəriqaz", "Socar", deputatımız və icra hakimiyyəti bu gün sabah deyə-deyə bizi yola verir. Ancaq mənim əldə etdiyim məlumata görə bizim kəndin qazlaşdırlma problemi kağız üzərində artıq həll olunub. Guya bizim kənddə qaz problemi həll edilib və bütün sakinlər mavi yanacaqla təmin edilib. Bizim kəndimizdə 300 ailə məskunlaşıb. Bundan 13 evə SSRİ-dən qalmış xəttlər çəkilib. Həmin 13 evin timsalında "Azəriqaz" ASC bildirir ki, güya bütün kənd qazlaşdırılıb. Mənə elə gəlir ki, burda böyük yeyinti olub. Bütün qonşu kəndlərdə qaz var. Əsas gülməli olan odur ki, qaz xətti bizim kəndin içindən keçir.Bizi niyə aldadırlar? Biz soyuqdan yaşaya bilmirik. Ayda 100 manat işıq pulu ödəyirəm. 250 manat pensiyamın 150-ni kommunala gedir. Müraciət etmədiyim idarə qalmayıb. Elə 100 manat təkcə göndərdiyim ərizələrə pul vermişəm. Onlara da cavab verilmir. Bütün kənd çıxılmaz vəziyyətdə qalıb. Yaşımızın bu vaxtında yığılıb mitinq edək? Bizi niyə yol kəsməyə, mitinq etməyə, ayağa qalxmağa vadar edirlər?! Biz problemi demokratik yolla həll etmək istəyirik. Bizə bir konkret cavab verilsin, ya desinlər canınız cəhənnəmə, sizə qaz vermirik, gedin odununuzu doğrayın, biz də işimizi bilək, ya da desinlər ki, 5 aya, 1 ilə qaz xətti çəkiləcək".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1902   Tarix: 19 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Motosiklet istehsalı müəssisəsində yanğın olub - VİDEO

Adanada motosiklet istehsalı müəssisəsində yanğın olub. BİG.AZ xəbər verir ki, yanğının baş vermə səbəbi məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hadisə nəticəsində ölən olmayıb. Daha ətraflı olaraq videonu təqdim edirik:

03.05.2024 173
.

Dilan özünə qəsd edib

Həbsdə olan fenomen Dilan Polat özünə xəsarət yetirib. OLAY yazır ki, bununla bağlı Türk mediasında məlumatlar yayılıb. Bildirilib ki, sonuncu məhkəmədən sonra Dilan qolunu və ayaqlarını kəsib "Azadlığa çıxa bilməyəcəyəmsə, burada ölmək istəyirəm" dediyi öyrənilib

03.05.2024 763
.

"İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər" - Video

Aprelin 22-də Gəncədə 28 yaşlı Məzahir Zahir oğlu Nuriyevin özünü güllələyərək intihar etməsi ilə bağlı bəzi ittihamlar səsləndirilir. "Qafqazinfo" xəbər verir ki, mərhumun qohumu, bloqer Sevinc Hüseynova Məzahirin bir qrup şəxs tərəfindən hədələndiyini iddia edib. Sosial şəbəkədə video paylaşa

03.05.2024 1282
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

03.05.2024 311
.

Saçınızı yuyanda şampundan tez-tez istifadə etməyin

Saçınızı gündəlik yumaq çoxları üçün adi bir təcrübədir, lakin mütəxəssislər şampundan tez-tez istifadə etməyi məsləhət görmürlər. xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq şampunlama baş dərisinin istehsal etdiyi təbii yağları çıxarır, saçları qırılmağa meylli edir. Gündəlik şampunlar

03.05.2024 151
.

Yasamalda azyaşlı azdı, polis hərəkətə keçdi

Bu gün səhər saatlarında azyaşlının valideynlərdən xəbərsiz evlərindən çıxması, azaraq başqa ünvana getməsi ilə bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb. Qeyd olunub ki, uşaq yataq paltarında məhəllə sakinlərinin diqqətini çəkib və onun valideynləri axtarılır. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyin

03.05.2024 715
.

Filippində 5,7 bal gücündə zəlzələ baş verib

Filippində 5,7 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Balangiqa şəhərindən 28 kilometr cənub-qərbdə olduğunu açıqlayıb. Zəlzələ 7,9 kilometr dərinlikdə qeydə alınıb

03.05.2024 138
.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

03.05.2024 532
.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

03.05.2024 157