Tunardan Çiçəyin açıqlamasına sərt cavab - FOTO

Tunardan Çiçəyin açıqlamasına sərt cavab - FOTO

Müğənni Tunar Rəhmanoğlunun keçmiş nişanlısı Şəhla Vakkasa cavabı gecikməyib.

Çiçək ləqəbli aparıcının “Tunarın mənə olan sevgisinə “Məcnun sevgisi” deyirdilər” sözləri sənətçini əsəbiləşdirib.

Tunar Axşam.az-ın İnstaqram səhifəsində paylaşılan Çiçəyin açıqlamasının altından şərh yazıb. O, keçmiş nişanlısının dediklərini lazımsız hesab etdiyini vurğulayıb:

“Çox gərəksiz... Mənasız, yersiz, lazımsız söhbətlərdə başlıq xəbər olmağa vaxtım yoxdur. Şişirdiləcək bir şey yoxdur. Məcnun və Romeonun ruhuna fatihə. Amma mən onları yalnız filmlərdən tanıyıram”.

Qeyd edək ki, Çiçək Tunarın nişanlanma xəbərlərində özünün də adının yazılmasına münasibət bildirmişdi. Aparıcı sənətçi haqda bunları deyib:

“Tunarla ayrılmağımızdan 17 il keçib. Biz Tunarla nişanlı olanda mənim 18 yaşım var idi. 7 aydan artıq nişanlı qalmadıq, ayrıldıq. Günel (bacısı, müğənni Günel Zeynalova – red.) verilişimə gələndə tanış olmuşduq. Tunarın mənə olan sevgisinə “Məcnun sevgisi” deyilirdi. Ailə həyatı qurdum, 9 yaşında oğlum var. Tunarın indiyə qədər evlənməməsi ən çox mənim anamı üzürdü.
Xahiş edirəm, imkan verin o da ailə həyatı qursun. Özümü onun nişanlısının yerinə qoyuram, xoş deyil. Gözəl bir xanımla nişanlanıb. Ən xoş günündə belə nişanlısının adının yanına Çiçək yazılması yaxşı deyil”.

Tunardan Çiçəyin açıqlamasına sərt cavab - FOTO

axsam.az

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 4697 Tarix: 17.04.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
feti
feti 18.04.2018
ZEHLEM GEDIR SENDEN CICEK


 
DUZLU_NIK
DUZLU_NIK 17.04.2018
Ciceyin deyesen bawqa iwi gucu yoxdu, 17 il bundan qabag ki, sohbeti tezeleyir.
Baş Redaktor


 
bagon
bagon 17.04.2018
cox gazelle cave-in verdi ciceyin)))
tansu
tansu 17.04.2018
Camahatın ailesine söz söhbet salmayın jurnalistler