Hansı nazir müavinləri ixtisar olunacaq? - SİYAHI

Hansı nazir müavinləri ixtisar olunacaq? - SİYAHI2016-cı ildən etibarən Azərbaycanda struktur islahatlarına start verilib. İslahatlar çərçivəsində bəzi qurumlar ləğv edilib, bəziləri yenidən təşkil olunub. Ölkə başçısının fərmanına əsasən, Nəqliyyat Nazirliyi ləğv edilərək, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib. Nəticədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. Hazırda Nazirlər Kabinetinin strukturuna 18 nazirlik daxildir. Müqayisələr göstərir ki, Azərbaycanda nazirliklərin sayı hətta Avropa ölkələri ilə müqayisədə belə çoxdur. Məsələn, nazirliklərin sayı İtaliyada 14, Almaniyada və Belçikada 11, İspaniyada 9-dur. ABŞ-da da nazirlik səviyyəsində olan 11 federal hökumət qurumu fəaliyyət göstərir.

Azərbaycanda ayrı-ayrı nazirlərin müavinlərinin sayındakı müxtəliflik də diqqət çəkir. Bəzilərinin 2, bəzilərinin 3, bəzilərinin hətta 5 müavini var.

11 aprel seçkiləri nəticəsindən yenidən Azərbaycan prezidenti seçilərn İlham Əliyev hakimiyyət daxilində islahatların davam etdiriləcəyini anons edib. Bəzi məlumatlara görə, mərkəzi icra hakimiyyəti orqanlarında aparılacaq struktur islaharları nazir müavinlərindən də yan keçməyəcək... Hansısa nazir müavinlərinin ixtisara düşəcəyi gözlənilir... Amma kimlər?...

Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev Modern.az-a deyib ki, Mərkəzi İcra Hakimiyyətinin nizamnaməsi prezident tərəfindən təsdiq olunub:

"Eyni zamanda, hər bir nazirliyin prezident tərəfindən təsdiq edilmiş əsasnaməsi və strukturu mövcuddur. Nazir müavinlərinin say tərkibi də bununla müəyyənləşir. Nazirliyin funksiyaları genişləndikcə, nazir müavinlərinin sayında da dəyişiklik oluna bilər. Bu da cənab prezidentin sərəncamı ilə icra edilir. Ona görə də mərkəzi icra hakimiyyəti orqanı prezidentə məxsus olduğu üçün bununla bağlı müvafiq qərarların qəbul edilməsi də ölkə başçısının fərman və sərəncamları ilə yerinə yetirilir. O cümlədən, nazirliyin strukturu, ştat cədvəli, idarələr və s. Orada öz əksini tapır. Onun birbaşa tabeliyində olan stukturlarda ştat cədvəli da cənab prezidentin sərəncamı ilə müəyyən olunur. Bu baxımdan heç bir nazir özbaşına özünə müavin təyin etmək səlahiyyətinə sahib deyil".

Hüquqşünas həmçinin deyib ki, nazir nazirlik barədə təqdimat hazırlaya bilər:

"Təkliflərini verə, vəsatət qaldıra bilər. Amma strukturun say tərkibinin müəyyənləşdirilməsi yalnız prezidentə məxsusdur".

Ə.Nuriyev qeyd edib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, mərkəzi icra hakimiyyətinin rəhbərləri, o cümlədən komitə sədrləri, agentlik rəhbərləri ölkə prezidenti tərəfindən vəzifəyə təyin və azad olunur.

BiG.AZ modern.az-a istinadən hazırda vəzifədə olan nazir müavinlərinin siyahısını və təyin olunduqları vaxtı təqdim edir. Onların içərisində yeni təyin olunanlar da var, 26 ildir eyni postu tutanlar da...

Daxili işlər naziri Ramil Usubovun müavinləri: birinci müavin - polis general-leytenantı Vilayət Eyvazov (14 aprel 2005-ci ildə daxili işlər nazirinin müavini, 2016-cı il 11 martda daxili işlər nazirinin birinci müavini təyin olunub);
müavin - polis general-leytanantı Oruc Zalov (22 fevral 1998-ci ildən);
müavin - polis general-leytenantı İsmət Əliyev (31 oktyabr 2014-cü ildən);
müavin - Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədov (15 noyabr 2013-cü ildən);
mavin - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyev (2013-cü ildən).

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun müavinləri: Firdovsi Əliyev (2004-cü ildən), Novruz Quliyev (2005-ci ildən), Rauf Hacıyev (2011-ci ildən).

Energetika naziri Pərviz Şahbazovun müavinləri: Gülməmməd Cavadov (2006-cı ildən), Natiq Abbasov (2009-cu ildən), Samir Vəliyev (2017-ci ildən).

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinləri: Birinci müavin - general-leytenant Rəfael Mirzəyev (2006-cı ildən) , müavinlər - tibb xidməti general-leytenantı Faiq Tağızadə (3 may 2006-cı ildən), general-leytenant Etibar Mirəzyev (avqust 2006-cı il), general-leytenant Ragim Lətifov (avqust 2006-cı il), Orucəli Hacıyev (avqust 2006-cı il), general-mayor Teymur Mehdiyev (5 may 2014-cü ildən), Tapdıq Əmiraslanov (5 may 2014-cü ildən).

Gənclər və idman naziri Azad Rəhimovun müavinləri: İntiqam Babayev (2000-ci ildən), İsmayıl İsmayılov (2006-cı ildən) , Fərhad Hacıyev (2018-ci il).

Kənd təsərrüfati naziri Heydər Əsədovun müavinləri: İlham Quliyev (2005-ci ildən), SeyfəddinTalıbov (2014-cü ildən).

Maliyyə naziri Samir Şərifovun müavinləri: birinci müavin - İlqar Fətizadə (1992-ci ilin aprel ayında maliyyə nazirinin müavini, dekabr ayında Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini vəzifəsinə təyin olunub. 1999-cu ildən maliyyə nazirinin birinci müavinidir), müavinlər - Azər Bayramov (2004-cü ilin fevralından), Emin Hüseynov (2016-cı ilin iyunundan).

Müdafiə naziri Zakir Həsənovun müavinləri: birinci müavin - Silahlı Qüvvələrin baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov (2 noyabr 1993-cü ildən), nazirin şəxsi heyət üzrə müavini, şəxi heyət baş idarəsinin rəisi, genral-leytenant Kərim Vəliyev (1992-ci ildən döyüş əməliyyatları üzrə müavin, 2005-ci ildən şəxsi heyət üzrə müavin təyin edilib), nazirin maddi-texniki təminat üzrə müavini, maddi-texniki təminat baş idarəsinin rəisi, general-moyor Fuad Məmmədov (2015-ci ilin avqustundan) , müavinlər - hərbi hava qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov (2014-cü ilin mayından), əlahiddə ümumqoşun ordu komandanı, general-leytenant Kərəm Mustafayev (2014-cü ilin mayından).

Müdafiə sənayesi naziri Yavər Camalovun müavinləri: Yəhya Musayev (15 dekabr 2006-cı ildən), Tofiq Rəfiyev ( 15 dekabr 2006-cı ildən).

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müavinləri: birinci müavin Vaqif Əliyev ( 1994-2001-ci illərdə gənclər, idman nazirinin 1-ci müavini, 2001-2003-cü illərdə gənclər, idman və turizm nazirinin 1-ci müavini, 18 fevral 2011-ci ildən mədəniyyət və turizm nazirinin 1-ci müavini), müavinlər - Ədalət Vəliyev (1993-2006-cı illərdə mədəniyyət nazirinin müavini, 2006-cı ildən mədəniyyət və turizm nazirinin müavinidir), Nazim Səmədov (2011-ci ildən), Sevda Məmmədəliyeva (1999-cu il ildən mədəniyyət nazirinin müavini, 2006-cı ildən isə mədəniyyət və turizm nazirinin müavinidir).

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin müavinləri: birinci müavin - Əli Abdullayev (23 iyun 2016-cı ildən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini, 2 fevral 2018-ci ildən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavinidir), müavin Elmir Vəlizadə (26 dekabr 2007-ci ildən rabitə və yüksək texnologiyalar nazirinin müavini, 2014-cü ildən rabitə və yüksək texnologiyalar nazirinin müavini, 2018-ci ildən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavinidir).

2017-ci ilin dekabrın 5-də Mikayıl Cabbarovun vergilər naziri təyin olunması ilə təhsil naziri postunu müavin Ceyhun Bayramov icra edir. C.Bayramov 12 avqust 2013-cü ildən nazir müavini vəzifəsində çalışır. Digər müavin Firudin Qurbanov 18 iyul 2014-cü ildən müavindir.

Vergilər naziri Mikayıl Cabbarovun müavinləri: birinci müavin Sahir Məmmədxanov (04 mart 2009-cu il tarixli sərəncamla vergilər nazirinin müavini, 29 mart 2016-cı il sərəncamla vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilib), müavinlər - Sahib Ələkbərov (29 mart 2016-cı ildən), İlkin Vəliyev (29 mart 2016-cı ildən), Mətin Eynullayev ( 2017-ci il 11 yanvardan təhsil nazirinin müavini, 2018-ci il 17 yanvardan vergilər nazirinin müavini).

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri: İdris İsayev (2014-cü il 20 fevral) , Mətin Kərimli (2014-cü il 20 fevral), Natiq Məmmədov (2006-cı ildən) , İlqar Rəhimov (1993-1999-cu illərdə nazir müavini, 1999-2004-cü illərdə nazirin birinci müavini, 2004-cü ilin noyabr ayından indiyədək nazir müavini)

Xarici işlər naziri Elmar Məmmədyarovun müavinləri: Araz Əzimov (1994-cü ildən), Xələf Xələfov (1997-ci ildən), Mahmud Məmmədquliyev (1993-cü ildən), Cəlal Paşayev (2006-cı il 14 avqust) , Nadir Hüseynov (2010 24 noyabr).

İqtisadiyyat naziri Şahin Mustafayevin müavinləri: Niyazi Səfərov (17 fevral 2006-cı il tarixli sərəncamla iqtisadi inkişaf nazirinin müavini, 13 mart 2014-cü il tarixli sərəncamla iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli sərəncamla iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.), Sevinc Həsənova (13 mart 2014-cü il tarixli sərəncamla iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli sərəncamla iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib), Sahil Babayev( 13 mart 2014-cü il tarixli sərəncamla iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli sərəncamla iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib), Sahib Məmmədov (13 mart 2014-cü il tarixli sərəncamla iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli sərəncamla iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib)

Ədliyyə naziri Fikrət Məmmədovun müavinləri: II dərəcəli dövlət ədliyyə müşaviri Toğrul Musayev (2000-ci il iyun) , II dərəcəli dövlət ədliyyə müşaviri Vilayət Zahirov (2004-cü il iyun), II dərəcəli dövlət ədliyyə müşaviri Azər Cəfərov (2012-ci il iyul), general-leytenant Məhərrəm Əliyev (2017-ci il iyun) , Penitensiar xidmətin rəisi, nazir müavini Ceyhun Həsənov (2016-cı il iyun).

Səhiyyə naziri Oqtay Şirəliyevin müavinləri: Nigar Əliyeva (2009-cu ildən) , Məmməd Ağayev(1999-cu ildən) , 2018-ci il aprelin 9-da qəfidən dünyasını dəyişən Abbas Vəlibəyov 1999-cu ildə nazir müavini təyin olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3136   Tarix: 16 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mətanət Əsədova: "Üzümə gülüb can-can deyir, amma məni toylardan "vurdurur""

"Elə bir dövrdə yaşayırıq ki, feyk səhifələrdən yazanları 5 dəqiqə içində hüquq-mühafizə orqanları tapırlar. Bir müğənni var, məni görəndə üzümə gülüb can-can edir, amma sosial şəbəkələrdə pulnan adam tutub məni söydürür". -ın xəbərinə görə, bu fikirləri "Kanal S"də yayımlanan verilişlərdə

03.05.2024 365
.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək

03.05.2024 378
.

Murad bu kanalda xəbər aparıcılığına başladı

Aparıcı Murad Əzimzadə xəbər aparıcılığına başlayıb. OLAY yazır ki, o, çalışdığı "Space" kanalında xəbərlərin əsas buraxlışı ilə izləyici qarşısına çıxıb. Əzimzadə bu barədə feysbuk hesabında yazıb. "Qismətdə "Space Xəbər"in əsas buraxılışının aparıcısı olmaq da var imiş. Xəbə

03.05.2024 434
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

03.05.2024 495
.

Saçınızı yuyanda şampundan tez-tez istifadə etməyin

Saçınızı gündəlik yumaq çoxları üçün adi bir təcrübədir, lakin mütəxəssislər şampundan tez-tez istifadə etməyi məsləhət görmürlər. xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq şampunlama baş dərisinin istehsal etdiyi təbii yağları çıxarır, saçları qırılmağa meylli edir. Gündəlik şampunlar

03.05.2024 391
.

Hansı avtomobillərə maraq artıb?

"Elektromobillərin istifadəsi ekoloji çirklənməyə qarşı mübarizədə ən önəmli vasitələrdən biridir. Azərbaycanda bu nəqliyyat vasitələrinə maraq artır". Bu sözləri BİG.AZ-A nəqliyyat eksperti Aslan Əsədov deyib. O bildirib ki, taksi fəaliyyətinə məhdudiyyətlərin qoyulması və lisenziyaların verilməsind

03.05.2024 239
.

Diqqət! Bakı ilə bağlı XƏBƏRDARLIQ - Mayın 5-i saat 15-dən...

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb. Qeyd edək ki, paytaxtd

09:55 204
.

İran XİN rəhbəri və Livandakı səfir Tehran-Beyrut əlaqələrini müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İranın Livandakı səfiri Müctəba Əmani Tehranda görüşərək iki ölkə arasındakı əlaqələri, həmçinin İsrailin Livana təcavüzünü müzakirə ediblər. xəbər verir ki, səfir baş diplomata Tehran-Beyrut münasibətlərinin son vəziyyəti barədə məlumat verib. Nazi

03.05.2024 227
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

03.05.2024 704