Müğənnilərimizin saxtakarlığı - Milyonlara inanmayın...

Müğənnilərimizin saxtakarlığı - Milyonlara inanmayın...Son illər "Youtube"da aktivləşən, öz PR-larını sosial şəbəkələr vasitəsi ilə aparan azərbaycanlı müğənnilərin sayı artmaqdadır. Eyni zamanda, sənətçilərin layihələrinin "Youtube"da 2-3 milyonu aşması müşkül məsələdir.

Lakin onlar arasında yüksək baxış toplayanların sayı az deyil. Bu isə nəinki dinləyicilərin, hətta rəqib ifaçıların özləri tərəfindən şübhə ilə qarşılanır. Təsadüfi deyil ki, şou üzvləri dəfələrdə bir-birilərini baxış sayını saxta yolla artırmaqda ittiham ediblər.

Artıq bəzi sənətçilər mahnıların hit olub-olmamasını, toy bazarlarındakı qiymətlərini baxış sayı ilə ölçürlər. Bu məqamda bildirək ki, "fake" baxış sayının birbaşa arıtırlmasında təkcə sənətçiləri ittiham etmək düzgün olmaz. Bəzən müğənnilərin PR və texniki işçiləri onlardan xəbərsiz belə bir addım atırlar. Onlar əməkdaşlıq etdiyi ifaçıların PR işini uğurlu həyata keçirdiklərini sübut etmək üçün bunu edirlər.

Milli.Az İT mütəxəssislərinin köməyi ilə "YouTube analytics"ə müraciət edib. Rəsmi cavabda baxış sayı 1 milyonu aşan yerli məşhurların real göstəriciləri ortaya çıxıb.

Məsələn, bütün klipləri sosial şəbəkədə 2-3 milyon baxış toplayan Sevil -Sevinc Səfərovaların son təqdim etdikləri "Dərdin nədir" layihəsi 3 milyon 739 min 423 nəfər göstərsə də, real izlənmə sayı 1 milyon 109 min 450 nəfərdir.

Bundan əlavə, son zamanlar sosial şəbəkələrdə ulduza çevrilən Damlanın "Fırtına" klipi də "fake"dir. Belə ki, "Youtube"ə 3 milyon 991 min 987 nəfər göstəricisi olan ekran işini, əslində, 836 min 791 nəfər izləyib.

Miri Yusif də bu yola əl ataraq "Oyna" klipində baxış sayını artırıb. Belə ki, layihənin "Youtube" izləyicisi 2 milyon, 254 min, 161 nəfər göstərsə də, real izlənmə sayı 1 milyon 73 min 21 nəfərdir.

Ən çox "fake" izləyici toplayan müğənnilərdən biri Şəbnəm Tovuzludur. Onun "Sevdiyim adamdır" klipinin real baxış sayı 819 min 308 nəfərdir. Lakin "Youtube"da 3 milyon 327 min 496 nəfər göstərir.

Böyük fanat kütləsi olan Talıb Tale də bu üsula əl atıb. Belə ki, sənətçinin "Balım" klipi sosial şəbəkədə 9 milyon 690 min 980 nəfər göstərir. Lakin klipin real baxış sayı 3 milyon 104 min 890 nəfərdir.

Bundan əlavə, 1 milyondan artıq real baxış toplayan məşhurlar da az deyil.

Xalq artisti Aygün Kazımovanın "Sus" (1.253.491), əməkdar artist Röya Ayxanın "Səndən başqa" (1.740.800 baxış sayı), Günay İbrahimlinin "Ürəyimin qatili" (1.055.598) mahnıları, Nadeer, Rəhim Rəhimli və Ramil Nabranın "Basdalama" duetləri (6.365.473) real baxışlardır. (qafqazinfo)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2164   Tarix: 05 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

60 yaşında gözəllik müsabiqəsinin qalibi oldu, tarixə düşdü

60 yaşlı jurnalist və hüquqşünas Aleksandra Marisa Rodriges "Miss Argentina" müsabiqəsində Buenos-Ayres əyalətini təmsil edib. Axşam.az xəbər verir ki, ölkənin ən gözəl qızı adı uğrunda mübarizə aparmaq üçün Rodriges öz bölgəsində 34 digər namizədi geridə qoyub. Beləliklə, Rodriqes "Kaina

28.04.2024 569
.

Talıb Talenin toyu olacaq - VİDEO

Müğənni Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə həyatı quracağını açıqlayıb. xəbər verir ki, müğənni bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. O, həyatındakı xanımla hər şeyin yolunda getdiyini, onunla xoşbəxt olduğunu deyib. "Həyatımda olan xanımla aramızda 15 yaş fərq var

26.04.2024 1563
.

"Sən Allah, onları efirdə danışdırmayın"

"Elə ifaçılar var ki, onları danışdırmasan yaxşıdır". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova "Zaurla Günaydın" proqramında deyib. Xanəndə aparıcı Zaur Baxşəliyevdəən xahiş edib ki, bir çox ifaçını efirdə danışdırmasın:. "Elə şeylər var ki, efir üçü

27.04.2024 486
.

Aparıcı Ülviranın EHTİRASLI görüntüsü GÜNDƏM OLDU - FOTOsu

Tanınmış teleaparıcı Ülvira Qarayeva paylaşdığı cəsur fotosu ilə diqqət çəkib. Aparıcının "İnstagram" hesabında paylaşdığı şəkil izləyicilər tərəfindən həm bəyənilib, həm də mənfi rəylər yazılıb.Fotoda Ülvira Qarayeva qısa geyimi ilə oturacaqda əyləşib.( )

28.04.2024 1215
.

"Qaraca qız": "Ən çox qonorarı mən aldım"

"Qaraca qız" filmində "Tutu" obrazını iki uşaq oynayıb. Biri Sevildir, digəri isə başqa bir qız. Filmi diqqətlə izləsəniz, ilk 5 dəqiqəyə qədər olan bir neçə epizodda "Tutu" obrazının körpəliyini görmək mümkündür. Mən o qızı çəkilişlərdə də görmüşəm. Bir neçə il bundan önc

27.04.2024 837
.

Əsəbiləşib izləyicinin telefonunu əlindən aldı

İki həftə əvvəl Qriqori Lepsin konsertində xoşagəlməz hadisə baş verib. Axşam.az xəbər verir ki, tamaşaçılardan biri səhnəyə yaxınlaşaraq sənətçini telefonu ilə yaxından lentə almağa başlayıb. Leps əsəbiləşib, qəfildən telefonu qızın əlindən alıb. Daha sonra müğənni davranışını izah edərək, bir neç

28.04.2024 361
.

Aygün Kazımova GÖRÜNÜŞÜ İLƏ GÖZ QAMAŞDIRDI - VİDEO

Xalq artisti Aygün Kazımova geyimi ilə diqqət çəkib. xəbər verir ki, ifaçı "instagram"da yeni videosunu paylaşıb. Xalq artisti göbəyi açıq, mini geyimdə cazibədar görünüşü ilə izləyicilərin diqqətini çəkib. Həmin paylaşımı təqdim edirik:

27.04.2024 4822
.

Pərvin Abıyeva ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Tanınmış aktrisa Pərvin Abıyeva rəqsi ilə gündəm olub. BİG.AZ -ə istinadən bildirir ki, paytaxtdakı məclislərdən birində qonaqlıqda iştirak edən aktisa əsl rəqs şousu göstərib. Abıyeva məşhur ərəb mahnısı olan "Allah Allah Ya Baba"nın sədaları altında xeyli rəqs edib. Aktrisanın rəqs hərəkətlər

28.04.2024 764
.

"Mən itirdikcə qazandım"

"İnsan itirdikcə qazanır. Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona. Ümüdünizi ondan üzməyin. Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova sosial şəbəkədə yazıb. "Allahın adını pis əməllər

24.04.2024 719