İki prezidentliyə namizəd arasında qarşıdurma: "İpin başqasının əlindədir"

İki prezidentliyə namizəd arasında qarşıdurma: "İpin başqasının əlindədir"Prezidentliyə iki namizəd arasında qarşıdurma başlayıb.

BiG.AZ Unikal.org-a istinadən xəbər verir ki, Sərdar Cəlaloğlu və Qüdrət Həssənquliyev arasında qarşıdurma bricinin qarşı tərəfi Azərbaycanı Rusiyanın təsirinə salmaq barədə fikirlər səsləndirməkdə ittiham etməsi ilə başlayıb.

Buna cavab olaraq Q. Həsənquliyev Cəlaloğlunu aşağılayan açıqlama ilə çıxış edib. O, bildirib ki, ADP sədrinin ona bu şəkildə hücumu bir neçə səbəbdən ola bilər: "Bir neçə il öncə o, dəfələrlə qəbuluma gəldi ki, adını çəkmək istəmədiyim, Prezident Administrasiyasında işləyən bir məmur ayda ona 10.000 dollar pul verir, amma o şübhələnir ki, həmin məmur ona pul "atır". Məndən xahiş etdi ki, bu məsələyə aydınlıq gətirmək üçün ona kömək edim. Mən də dedim ki, bu çox çətin məsələdir, amma çalışaram nəsə öyrənim. Bundan sonra daha bir neçə dəfə gəldi ki, bəs nə oldu?

Onu mənim qapım ağzında boynubükük vəziyyətdə çox adam görüb. Dedim, təəssüf ki, heç nə öyrənə bilmədim. Bundan sonra o, məndən narazı qaldı".

S.Cəlaloğlu isə musavat.com-a açıqlamasında Həsənquliyevin ona böhtan atdığını qeyd edib: "Deyirb ki, guya mən onun qəbulunda olmuşam və sair. Kişiliyi varsa, o məmurun adını çəksin və mənim onun qəbuluna getməyimi sübut eləsin. Sən kimsən mən sənin qəbuluna gəlim?! Mən heç sənin ağanın qəbuluna getməmişəm və getmirəm! Sən özünü nə hesab edirsən?! Boynu bükük vəziyyətdə dayanan sənin kimi olar ki, ipin başqasının əlindədir, həmin şəxsin qapısından ikiqat əyilib keçirsən. Boynunu elə sıxıb ki, yüksək vəzifədə təmsil olunduğun iqtidarın əleyhinə qarşında oturan Araz Əlizadə, Hafiz Hacıyev, Zahid Oruc ittihamlar yağdırır, təmsil olunduğun iqtidar xalqa xəyanətdə ittiham olunur, sənin cəsarətin çatıb bir kəlmə reaksiya verə bilmirsən, başını aşağı dikib dayanırsan. Halbuki o ittihamlar həm də sənə çatır. Çünki həmin hakimiyyətdə böyük vəzifədə olmusan. Sərdar Cəlaloğlu isə siyasi repressiyalardan, məhrumiyyətlərdən başı dik, alnı açıq çıxıb. Sərdar Cəlaloğlu kiminsə qapısında boyun bükən olsaydı repressiyalara, işgəncələrə məruz qalmazdı, Qüdrət Həsənquliyev kimi deputat olardı. Sərdar Cəlaloğlu 4 dəfə deputat seçilib, dördündə də parlamentə buraxılmayıb. Qüdrət Həsənquliyev isə heç vaxt deputat seçilməyib, lakin saxta mandatla deputat oturdulub. İndi bax gör boynu bükük kimdir. Mənə qarşı ətrafındakı bir neçə quyruq bulayanları qısqırdıb. Mən Qüdrət Həsənquliyev barəsində elə şeylər açıqlayaram ki, o, heç vaxt başını yuxarı qaldırıb kimsənin üzünə baxa bilməz. Azərbaycanda ən çox boynu bükük adam odur. Mən onun tayı deyiləm. Siyasi məsələləri şəxsi müstəviyə daşımasın. O özü bilir mən nəyi nəzərdə tuturam. Barəsində elə şeylər açaram ki, yerə girər! Bəsdir, ayıbdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 720   Tarix: 05 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137