Ziyanı öz işçisi Leyla Məmmədzadə satıb: Milyarderlər hədəfdə

Ziyanı öz işçisi Leyla Məmmədzadə satıb: Milyarderlər hədəfdəMilyarder Maqomedov qardaşlarını öz işçiləri – "Summa" şirkətlər qrupunun baş direktoru, azərbaycanlı Leyla Məmmədzadə satıb. Virtualaz.org "Mash" telegram-kanalına istinadən xəbər verir ki, Leyla Məmmədzadə bunu çoxdan edibmiş və istintaqla işbirliyinə gedib.

Hazırda Leyla cinayət işi üzrə yalnız şahid kimi keçir, lakin həmişə belə olmayıb. "Summa" üzrə işin araşdırılmasına hələ 2014-cü ildə başlanıb. Leyla Məmmədzadənin müstəntiqlərlə ilk tanışlığı isə baş direktor təyihn olunduqdan az sonra – 2016-cı ildə baş tutub.

Müəyyən bir vaxtda Məmmədzadə seçim qarşısında qalıb – ya danışır və gedir, ya da dinməzcə oturur. Lakin o, düzgün seçim edir və bizim məkanın reallıqlarına görə, satqınlıq edərək sövdələşməyə gedir. "Summa"nın bütün sənədlərinə və mühasibatlığına giriş təqdim etmək bahasına Leyla xanım yalnız şahid qismində işə cəlb olunur.

Yeri gəlmişkən, cinayət işinin materiallarında Leyla ilə Maqomedov qardaşlarının ən incə və vacib məqamların yer aldığı iş yazışmaları da var.

* * *12:13

Ziyanı öz işçisi Leyla Məmmədzadə satıb: Milyarderlər hədəfdəRusiyada ötən həftə sonu milyarder-oliqarx, çoxprofilli "Summa" şirkətlər qrupunun sahibi Ziyavuddin (Ziya) Maqomedovun qəfil həbsi ilə əlaqəli yeni təfərrüatlar məlum olub.

Virtualaz.org xəbər verir ki, Maqomedovun və qardaşının həbsindən bir həftə əvvəl prezident Vladimir Putin müdafiə naziri Sergey Şoyquya oliqarxı Rusiya Coğrafiya Cəmiyyətinin hamilər şurasından çıxarmağı tapşırıb. Bu haqda "Novaya qazeta" yazır.

Maqomedovlar bu haqda eşidiblər, amma siqnalı düz başa düşməyiblər və Rusiyanı tərk etməyiblər. Yalnız son anda Maqomedov ailə üzvləri ilə birlikdə şəxsi təyyarəsi ilə Mayamiyə uçmağa hazırlaşıb və həmin gün həbs edilib. Qəzetin istinad etdiyi mötəbər mənbələr deyiblər ki, Ziya Maqomedov həbsindən əvvəl "Rosneft" prezidenti, Rusiya hakimiyyətinin qüdrətli "boz kardinalı" İqor Seçini qətiyyən qane etməyən sövdələşməni yekunlaşdırmışdı.

Ziyanı öz işçisi Leyla Məmmədzadə satıb: Milyarderlər hədəfdəMaqomedov Seçinin yolunun üstünə çıxan və dəmir barmaqlıqlar arxasına düşən ilk oliqarx deyil. Məsələn, "Sistem" maliyyə korporasiyasının rəhbəri, milyarder Vladimir Yevtuşenkov "Başneft"lə üzülüşmək istəmədi, əvəzində ev dustağı oldu. İqtisadiyyat naziri Aleksey Ulyukayev də Seçinin güdazına getdi və uzunmüddətli həbs cəzası aldı. Qəzetin şərhçisi Yuliya Latınina yazır ki, Seçinin "Transneft" prezidenti, keçmiş KQB zabiti Tokarevlə münaqişəsi dəf var. Lakin Tokarev də asan hədəf deyil, onun da Seçin kimi güclü inzibati resursları var və Putinə yaxındır. Bu münaqişədə Maqomedov qardaşları Tokarevin tərəfini tutublar və nəticədə "yanıblar". Çünki qüdrətli "boz kardinal"ın Tokarevə birbaşa gücü çatmadığından onu Maqomedovlar vasitəsilə vurub.

Ziyanı öz işçisi Leyla Məmmədzadə satıb: Milyarderlər hədəfdəZiya Maqomedovun həbsindən əvvəl "Summa" şirkətlər qrupu Novorossiysk neft limanını "Transneft" şirkətindən almaq üçün danışıqlar aparırdı və məlumatlara görə tərəflər sövdələşməyə yaxın idi. Lakin indi "Transneft" bildirib ki, limanı satmaq fikrindən daşınıb. Məlumatlara görə limanın alqı-satqısına dair danışıqlarda Maqomedov barışmaz mövqedən çıxış edirdi və bu səhv biznesmendən yaxa qurtarmaq istəyənlərin əl-qolunu açdı.

"Maqomedovun həbsi göstərdi ki, Medvedyev klanı artıq yoxdur, amma bu fakt Dmitri Medvedyevin yenidən baş nazir olmasına əngəl deyil"-qəzet yazır.

Ziyanı öz işçisi Leyla Məmmədzadə satıb: Milyarderlər hədəfdəİndi milyarder-oliqarx "Lefortovo" təcridxanasında günlərini sayır və adi elektrik çaynikinə möhtacdır. Moskva ictimai müşahidə komissiyasının məsul katibi İvan Melnikov deyib ki, Maqomed Maqomedov qardaşı ilə birlikdə saxlanıldığı "Lefortovo" təcridxanası üçün 10 soyuducu və 10 televizor almağa hazırdır. Bir şərtlə ki, onların kamerasına elektrik çayniki qoymağa icazə versinlər. Çünki kamerada isti su yoxdur və onlar əşyalarını yuya bilmirlər. Melnikovun sözlərinə görə, ayrı-ayrı kameralarda saxlanılan oliqarxın və qardaşının başqa istəyi yoxdur, onların əhvalı yaxşıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1333   Tarix: 04 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477