Həbs edilən milyarder-oliqarx Ziyanın çevrəsi: milyarder Məmişov və daha kimlər...

Rusiya məbuatı ötən həftə sonu həbs edilən milyarder-oliqarx, "Summa" şirkətlər qrupunun sahibi Ziya Maqomedovun "dostlarının siyahısını" yayır.

Bildirilir ki, bu siyahıya baş nazir Dmitri Medvedyev və onun müavini Arkadi Dvorkovçlə yanaşı bir sıra yüksək rütbəli məmurlar və oliqarxlar, o cümlədən azərbaycanlı milyarder Vaqif Məmişov, prezidentin köməkçisi Vladislav Surkov, nəqliyyat nazirinin birinci müavini Oleq Belorezov, baş nazirin digər müavini İqor Şuvalovla yaxın münasibətlərə malikdir. Dövlət Dumasının Dağıstandan olan deputatı Umaxan Umaxanov onun yeznəsidir. Və deyilənlərə görə Arkadi Dvorkoviçin xanımı, dağıstanlı Zümrüd Rüstəmova Maqomedovun dostları siyahısındadır. Ümumiyyətlə, Maqomedov Rusiya hakimiyyətində şərti olaraq "liberallar" adlanan qruplaşmanın üzvüdür və ehtimal edilir ki, onun həbsi sərt xətt tərəfdarlarının liberalları sıradan çıxarmağa yönəlmiş planlarının tərkib hissəsidir.

* * *13:55

Həbs edilən milyarder-oliqarx Ziyanın çevrəsi: milyarder Məmişov və daha kimlər...Rusiyada çoxprofilli "Summa" şirkətlər qrupunun sahibi, "Forbes"in siyahısından milyarder-oliqarx Ziyavuddin (yaxud Ziya) Maqomedovun qəfil həbsi Kremldə hakimiyyətdaxili siyasi klanların bir-biri ilə mübarizəsinin nəticəsidir. Virtualazorg xəbər verir ki, bu barədə "The Times" qəzeti yazır.

Ziya Maqomedov və qardaşı Maqomed Maqomedov, habelə "Summa" şirkətlər qrupunun direktorlar şurasının sədri, bakılı menecer Leyla Məmmədzadə də daxil olmaqla bir qrup şəxs ötən həftə korrupsiyada, mənimsəmədə, talançılıqd ittiham olunaraq saxlanılıblar. Bu "oliqarx əməliyyatı" Rusiyada böyük rezonans doğurub, rublun kursuna təsir edib və hakimiyyətdaxili proseslər barədə çoxsaylı ehtimallar doğurub. Belə ki, Ziya Maqomedov baş nazirin müavini Arkadi Dvorkoviçin yaxın dostudur, habelə baş nazir Dmitri Medvedyevə yaxındır. Başqa sözlə, hakimiyyətdəki liberal cinahın adamıdır.

"The Times" qeyd edir ki, baş nazirin komandasında olan maqnat Maqomedov onun müavini Dvorkoviçlə tələbə yoldaşı olub. Son vaxtlar yayılan məlumatlara görə Dvorkoviç hökumətin yeni tərkibində yer almayacaq.

Həbs edilən milyarder-oliqarx Ziyanın çevrəsi: milyarder Məmişov və daha kimlər..."Medvedyev Putinin sadiq müttəfiqi hesab edilir. Lakin onun postu təhlükə altında qala bilər, çünki hakim siyasi elita daxilində fraksiyalar yeni seçilmiş prezidentin mayın 7-nə təyin edilmiş inauqurasiyası ərəfəsində bir-birləri ilə mübarizəni gücləndiriblər. Gözlənilir ki, mübarizə şiddətlənəcək, çünki Putin 2024-cü ildə onu əvəzləyə biləcək varis axtarışındadır"-qəzet yazır.

Qəzetin yazdığına görə indiki halda Maqomedovun vurulmasının arxasında "Rosneft"in prezidenti, Kremlin qüdrətli "boz kardinalı" İqor Seçin dayana bilər. Çünki Maqomedov Seçinlə münaqişədə idi.

"Əlbətdə, Dvorkoviçin və Medvedyevin adamını bu cür sərt formada həbs edirlərsə deməli kimlərsə kadr məsələsinə açıq təsir göstərmək istəyir. Və aydındır ki, baş nazirin imicinə zərbə dəyib. Hərçənd Medvedyevin yenidən baş nazir təyin ediləcəyi ehtimal edilir, amma elitadakı digər qruplar ola bilsin başqa planlar qurub"-rusiyalı siyasi analitik Yevgeni Minçenko qəzetə deyib.

Digər siyasi analitik Mixail Vinoqradov bu həbsi Medvedyev üçün sınaq adlandırıb.

"Versiyalardan birinə görə Maqomedova qarşı Seçin işləyir"-qəzet Rusiyadakı mənbələrə istinadən yazır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1423   Tarix: 03 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643