Allahşükür Paşazadənin tapşırığı ilə Şəkidə müəllim işdən qovuldu? - VİDEO+FOTO

Allahşükür Paşazadənin tapşırığı ilə Şəkidə müəllim işdən qovuldu? - VİDEO+FOTOŞəkinin İslam Hafizlik Kollecində müəllim işləyən Elşad Şahmurovun qeyri-qanuni yolla işdən azad edilməsi məsələsi hələ də öz həllini tapmır.

Daha əvvəl də saytımıza müraciət edən Elşad Şahmurov məhkəmənin onun işə bərpa edilməsi haqda qərar verməsinə baxmayaraq, kollecin direktoru Rəhman Nuri Nadir oğlu qanuna riayət etmir və müəllimi incidir.

Həmin yazını oxuya bilərsiniz.

BiG.AZ xəbər verir ki, yenidən direktorun qanunsuz hərəkətləri ilə bağlı "A24.az"a zəng edərək şikayətlənən Elşad Şahmurov Apellyasiya məhkəsinə gedib çıxan işin yenə onun xeyrinə qərar verildiyini bildirdi:

"Şəki rayon Məhkəməsinin qərarından sonra mənə müəyyən təkliflər etdilər. Lakin onların heç biri normal təklif deyildi. Gah dedilər ki, Azərbaycanı tərk et, gah dedilər başqa yerə get və sair. Beləliklə, qarşı tərəf şikayət ərizəsi ilə Apellyasiya məhkəməsinə müraciət etdi. Şikayət ərizəsində hətta hansısa yüksək vəzifəli şəxslərin maraqlarını müdafiə etdiyini yazmışdı. Allaha şükür, orda da haqq, ədalət bərpa olundu. Bir daha mənim haqlı olduğum sübut olundu. Ancaq bu adam məni hələ də işə bərpə etmək istəmir".

10 yaşında anasını, 11 yaşında isə atasını itirən, çətinliklər içərisində əvvəlcə internatda, daha sonra mədrəsədə böyüyən Elşad Şahmurov ali təhsillidir. Ailəlidir və 3 övladı ilə birlikdə kirayədə yaşayır: "Bu insan fikirləşir ki, pulum qutarandan sonra başqa yerdə iş axtaracam və ya Azərbaycandan çıxıb gedəcəm. Bu şəkildə mənə qalib gəlmək istəyir".

Daha sonra açıqlaması zamanı Elşad Şahmurov bir məqamı xüsusi vurğuladı. O bildirdi ki, kollecin direktoru Rəhman Nuri Nadir oğlu onun deyil, yuxarıda oturanların Elşad Şahmurov haqqında şikayət etdiyini söyləyir. Soruşanda isə bunları deyir: "Bir neçə yerdə deyib ki, bu iş məni aşıb, şikayəti mən etmirəm. Məndən yuxarıdakılar var. Soruşanda "kimdir o arxandakılar?" – ad vermir. Bəzi yerlərdə hallandırıb ki, guya mən məhkəməyə müraciət eləyərək direktoru deyil, Qafqaz Müsəlmanları İdarəsini şikayət etmişəm. Əməllərinə belə şəkil vermək istəyir ki, bəlkə Qafqaz Müsəlmanları İdarəsi arxasında dursun, məhkəməyə necəsə müdaxilə etsinlər. Açıqcası, mən inanmıram ki, Allahşükür Paşazadə hər hansı bir insanın əzilməsinə və yaxud haqsızlığa uğramış adamı əzməyə çalışsın. Amma bu insan belə deməklə gücünü göstərməyə çalışır".

Kollecdə 5 illik fəaliyyətindən sonra niyə işdən çıxarıldığını, hansı səbəblərin gətirldiyini Elşad Şahmurov belə izah etdi:

"Vallah bilmirəm! Orda 5 il müəllim olaraq işləmişəm, uşaqlara Qurani-Kərimi əzbərlətmişəm. Allaha şükür, mənim tələbələrim gözəl oxuyublar, gəlib jurnala baxa da bilərlər. İşdən çıxaranda dedim ki, sən məni tələbələrimlə yoxlaya bilərsən, komissiya yarat, imtahan edin, uşaqların hazırlığını yoxlayın. Əgər tələbələrim pis nəticə göstərərlərsə, mən könüllü şəkildə ərizəmi yazıb çıxaram. Əks halda ərizəmi yazıb çıxmayacam. O isə mənə bildirdi ki, səni ən pis maddə ilə işdən çıxardacam və beləcə Əmək Məcəlləsinin 70ç bəndi ilə məni işdən çıxardı. Guya məktəbdə dələduzluq, valideynlərə qarşı kobudluq etmişəm. Hətta müəllimlərə yalandan şikayət ərizələri yazdıraraq məhkəməyə təqdim edib".

2017-ci ilin sentyabr ayından işindən qovulan müəllim hazırda ailəsini ev tikmək üçün aldığı tikinti materiallarını satmaqla və aldığı sosial yardımla dolandırır. Hazırda işsizdir. İş üçün hara müraciət etsə də, ona işi məhkəmədə davam etdiyi və kollecin rəsmi işçisi olduğu üçün başqa yerdə iş verilmir. Kollecin direktoru Apellyasiya məhkəməsində uduzmasına baxmayaraq, hazırda Ali Məhkəməyə müraciət edib və qərarın dəyişdirilməsinə çalışır. Hətta Elşad Şahmurova QMİ sədri Allahşükür Paşazadənin adından "Heç vaxt işə bərpa olunmayacaqsan. Şeyx Allahşükür Paşazadə Ali Məhkəməyə tapşırıb və əvvəlki məhkəmə qərarları ləğv olunacaq" deyir.

Qeyd edək ki, adıçəkilən Şəki Hafizlik Kolleci 25 ildir ki, fəaliyyət göstərir və Qafqaz Müsəlmanları İdarəsinə tabedir. Bundan başqa, bu, kollecin direktoru Rəhman Nuri Nadir oğlu barəsində yayımlanan ilk şikayət hadisəsi deyil. Qanunsuz dini ədəbiyyat satdığına görə polis tərəfindən saxlanılan direktor məsuliyyətə də cəlb edilib.

"Azerbaycaninfo.az" saytına açıqlama verən kollecin direktorunun səs yazısını təqdim edirik:

Allahşükür Paşazadənin tapşırığı ilə Şəkidə müəllim işdən qovuldu? - VİDEO+FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1965   Tarix: 03 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25.04.2024 843
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 694
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 276
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

25.04.2024 166
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

25.04.2024 133
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 586
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 170
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

25.04.2024 148
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25.04.2024 514