Ad günündə qanlı dava: Ülgüclə üzünü doğradı... – Təfərrüat

Ad günündə qanlı dava: Ülgüclə üzünü doğradı... – TəfərrüatQuba rayonunda ad gü­nündə qanlı cinayət törətməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Cəlal Novr­uzbəyovanın cinayət işi üzrə məhkəmə pro­sesi başa çatıb.

Cəlal Novruzov 30 avqust 2017-ci ildə saat 3 radələrində Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində mə­clisdə yaranmış mübahisə zəm­inində həmkəndlisi Fariz Şahbalayevi əvv­əlcə taksinin içərisində yumruqla vurub, daha sonra ülgüclə bir neçə dəfə sifət nahiyəsindən xəsarət yetirib.

Cəlal Novruzb­əyova qarşı Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa yüngül xəsarət yetirmə) madd­əsi ilə ittiham elan edilib.

Cəlal Novruzbəyov ona elan olunmuş it­tiham üzrə özünü təqsir­li bilib. O, ifadəsi­ndə göstərib ki, avq­ustun 29-da saat 22 radələrində kənddəki kafe­yə girib: "Orada Far­izin və həmkəndlilər­imin yemək yedikləri­ni gördüm. Onlara ya­xınlaşdım, "sizinlə otura bilərəm?" deyə soruşdum. Əyləşməyimə razılıq verdilər.

Orada yeyib-içdikdən sonra başqa kafeyə getdik. Bu zaman tanımadığım bir şəxs mənə yaxınlaşdı, sonra isə bizimlə oturdu. Hə­min şəxsin adını xat­ırlamıram. Fariz həm­in oğlanın xətrinə dəydiyi üçün aramızda mübahisə­si yarandi".

Cəlal Novruzbəyovun sözlərinə görə, təxm­inən gecə saat 2 ra­dələrində onlar taks­iyə minərək evə yoll­anıblar: "Evə gedəndə yolda Farizlə mübahi­səmiz davam etdi. Fa­rizə həmin oğlanın xətrinə dəydiyini və düzgün hərəkət etməd­iyini dedim. Onun mənə görə mas­ada əyləşdiyini bildi­rdim. Fariz qabaqda oturduğuna görə arx­aya çevrilərək mənə qarşı kobudluq etdi. Mən də onu yumruqla vurdum".

Təqsirləndirilən şəxs qeyd edib ki, bund­an sonra Fariz ona hədə-qorxu gəlməyə başlayıb: "Mən də Fa­rizə "nə istəyirsənsə elə" deyərək yola davam etdim. Farizgilin evinin yanına çatdıq. Bu zaman Farizə yax­ınlaşaraq "qardaşın gəlir, burada mübahi­sə etməyək, camaatı narahat etməyək, kən­ara çəkilək" deyə bildirdim. Fariz mənimlə gəlmədi. Bu səbəbdən yumruqla onu vurdum".

Cəlal Novruzbəyovun sözlərinə görə, daha sonra oradan evləri­nə tərəf gedib və kü­çənin başında dayanı­b: "Bu zaman Fariz və qardaşı mənim arxam­ca gəldi. Yenə də məni­mlə mübahisə etməyə başladılar. Buna görə əsəbiləşdim. Cibimdəki ülgücü çıxarıb iki dəfə Farizin sifət nahiyəsinə çəkdim. Fariz də məni yumr­uqla sifətimdən vurd­u. Mübahisə təxminən 10 dəqiqə davam etdi".

Təqsirləndirilən şəxs sonda törətdiyi əm­əldən səmimi peşmanç­ılıq çəkdiyini bildi­rib.

Cinayət işi üzrə zərə­rçəkmiş şəxs qismində ifadə verən Fariz Şahbalayev bildirib ki, avqustun 29-da saat 22 radələrində yaşadığı kəndin əraz­isində kafedə dostun­un doğum günü münasibətilə yeyib-i­çiblər: "Təxminən sa­at 24 radələrində or­adan durub, kəndin kənarında yerləşən başqa bir kafeyə get­dik. Saat 2 radələr­ində kəndə qa­yıtdıq. Yolda maşında həmkəndlim Cəlalla aramızda səs-küylə bağlı münaqişə yar­andı. Bu zaman Cəlala yumruq atdım".

Zərərçəkmişin sözlər­inə görə, bundan son­ra maşından düşərək evlərinə gedib: "Cəl­al da arxamca getdi, qapının qabağında mənə nalayiq sözlər­lə söydü. Buna görə Cəlalı yumruqla vur­dum, o da çıxıb getdi. Həmin vaxt qardaşım Elnur arx­amca gəldi, sonra Cəlalla mübahisəyə getdi.

Qardaşımın arx­asınca getdim ki, onu geri qaytarım. Yaxınlaşanda xəbə­rim olmadan Cəlal əl­indəki kəsici alətlə üz nahiyəmdən vurdu. Hava qaranlıq olduğu üçün Cəlalın əlindəki alətin nə olduğunu görmədim. Mü­bahisəmiz təxminən 10 dəqiqə davam etdi. Həmin vaxt orada qa­rdaşım Elnur, qonşul­arımız Vüqar və Elşən olublar".

Quba rayon Məhkəməsi­nin hökmü ilə Cəlal Novruzbəyov 1500 man­at cərimə olunub. Zə­rərçəkmiş Fariz Şahb­alayevin təqsirləndirilən şəxsə qarşı qa­ldırdığı mülki iddia­sı baxılmamış saxlan­ılıb.

Hökmdən narazı qalan Cəlal Novruzbəyov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdiri­lməsini, pul cəzasın­ın daha yüngül cə­za ilə əvəz edilməsi­ni istəyib.

Sumqayıt Apelyasiya Məhkəməsi Calal Novruz­bəyovun apelyasiya şikayətinin təmin etməyib. Zərərçəkmiş Fa­riz Şahbalayevin təq­sirləndirilən şəxsə qarşı mülki iddiasın­ın təmin edilməməsin­dən verdiyi apelyasi­ya şikayəti baxılmam­ış saxlanılıb. Bununla bağlı bağlı mülki qa­ydada məhkəməyə müra­ciət etməli olduğu izah edi­lib.

mənbə: teleqraf.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1915   Tarix: 30 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568