Seçkiöncəsi Azərbaycanda kredit borcları silinəcək?

Seçkiöncəsi Azərbaycanda kredit borcları silinəcək?Rusiyada seçkilərdən sonra əhalinin banklara olan borcunun silinməsi istiqamətində addım atılmağa başlanılıb. Belə ki, Rusiya mətbuatının yazdığına görə, əhalinin banklara olan 38,6 milyard dollarlıq kredit borcu silinəcək. Azərbaycanda da problemli kreditlərin həcmi durmadan artır. Hazırda problemli kreditlərin həcmi 1,2 milyard dollara çatıb. Dəfələrlə, müxtəlif ekspertlər tərəfindən həmin həcmin müəyyən hissəsinin silinməsi vacibliyi gündəmə gətirilib. Amma hələ də məsələ öz həllini tapmayıb. Bu fonda nə banklar əhalidən kredit borclarını ala bilir, nə də vətəndaşlar həmin borcu ödəmək gücündədir.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli yenicag.az-a açıqlamasında bildirib ki, seçkiöncəsi Azərbaycanda əhalinin kredit borclarının silinməsi istiqamətində hər hansı bir addımın atılması gözlənilmir:

"Çünki nə dövlət büdcəsində, nə də digər mənbələrdə bu addımın atılması üçün hər hansı bir vəsait nəzərdə tutulmayıb. Rusiyada atılan addım isə qaydalara uyğun olaraq, həm ölkənin Mərkəzi Bankının daxili ehtiyatları, həm də sığorta fondlarının müəyyən imkanları hesabına həyata keçiriləcək. Azərbaycanda isə sığorta fondlarında pul qalmayıb. Amma bütün hallarda Azərbaycanda da Rusiyada olduğu kimi problemli kreditlərlə bağlı əvvəl-axır belə bir addımın atılması qaçılmazdır.

Lakin məsələ ondadır ki, həmin istiqamətdə iki il öncə addım atılsaydı, bu məsələ dövlətə daha ucuz baha başa gələcəkdi. Təəssüf ki, proses uzadılır. Nəticədə, problemli kreditlərin həcmi idarəolunmaz bir vəziyyətə gəlib çıxıb. Bu gün də Azərbaycan məhkəmələrində baxılan işlərin 70 faizə yaxını məhz bankla vətəndaş və kommersiya qurumları arasında olan çəkişmələrlə bağlıdır. Açığı, Azərbaycanda problemli kreditlərin həlli üçün vəsaitin mənbəyi göstərilmir. Proses dövlət büdcəsi, Neft Fondu, ya da Mərkəzi Bankın ehtiyatları hesabına öz həllini tapmalıdır. Rusiyadan fərqli olaraq, Azərbaycanda bu istiqamətdə başqa mənbələr yoxdur.

Problemli kreditlər silinəndə banklarda ciddi çatışmamazlıqlar yaranacaq. Ona görə də bankların ayağa qalxa bilməsi üçün bu pulu onlara ödəyən mənbə lazımdır.

Gec-tez bu məsələ onsuz da həll olunacaq və problemin dövlət hesabına həll olunmasından başqa yol yoxdur. Amma prosesin seçkiyə qədər baş verəcəyi inandırıcı görünmür. Lakin may ayında dövlət büdcəsinə yenidən baxılacaq. Ola bilər ki, bu zaman həmin istiqamətdə də müəyyən büdcə xərcləmələri üçün vəsait ayrılsın. Ən azından 4-5 milyard manat lazımdır ki, problemin aradan qaldırılması üçün ilkin addımlar atılsın.

Vəsait tapılmadığı halda yaxın gələcəkdə Azərbaycanda belə bir qərarın veriləcəyini düşünmürəm. Lakin bütün hallarda dövlət əvvəl-axır problemi həll etməlidir. Çünki nə banklar öz vəsaitləri hesabına problemi həll edəcək, nə də vətəndaş həmin pulları qaytaracaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1294   Tarix: 30 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

Sabah, 9 May–Faşizm üzərində Qələbə Günündə Bakının Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbayca

14:17 251
.

İşdən çıxarılan məşhur cərrah DANIŞDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılması ilə bağlı açıqlama verib. Bu barədə -a danışan həkim bildirib ki, artıq apellyasiya instansiyasını da qazanıb. "Hakim Fuad Talışınskini

07.05.2024 812
.

Dönərdən kütləvi zəhərlənmə bu səbəbdən baş verib - Rəsmi açıqlama - Video

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov İTV-yə açıqlamasında hadisənin sanitar-gigiyenik normaların pozulması səbəbindən baş verdiyini bildirib

16:24 395
.

Rusiya: "Ukraynada Xarkov və Donetskdə 2 yaşayış məntəqəsini ələ keçirdik"

Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində Kislovka və Ukraynanın Donetsk vilayətində Novokalinovo qəsəbələrini nəzarətə götürdüklərini açıqlayıb. xəbər verir ki, açıqlamada Ukraynanın Rusiyanın enerji obyektlərinə ziyan vurmaq cəhdlərinə cavab verdiyi və bu gün səhər saatlarında Rusiya Silahlı Qüvvələrini

20:15 28
.

Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi

Rusiyada azərbaycanlı iş adamı vəfat edib. İqtisadiyyat.az xəbər verir ki, 40 yaşlı Rafael Qəfər oğlu Mirzəyev bir müddət əvvəl işləmək üçün Moskvaya gedib. Bizneslə məşğul olan azərbaycanlının səhhətində problemlər yaranıb. Müalicə almasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumu

12:50 536
.

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri DANIŞDI

"Mən daxil bütün işçi kollektivi dönərdən yedik, səhhətimizdə heç bir problem yoxdur". Bu sözləri Baku TV-yə müsahibəsində Zaqatala rayonunda fəaliyyət göstərən dönərxananın sahibi Rəsul Fətəliyev deyib. O bildirib ki, bu gün 200 ədəd dönər satılıb:. "Toyuqla bağlı problem olub. Halbuki

10:34 533
.

"Bu səmimilik deyil, sırtıqlıqdır"

"Sənətə qulluq edirsənsə, əgər sənin müəyyən qədər tamaşaçı kütlən varsa, onları arxanca apara bilirsənsə, mütləq danışığına fikir verməlisən". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Coşqun Rəhimov "Rəngarəng səhər" proqramında deyib. O, özünü səmimi adlandıran və efird

07.05.2024 677
.

İsrailin Rafaha bomba hücumu: 2 ölü

İsrailin Qəzza zolağının cənubundakı Rafah şəhərində bomba hücumu olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 2 fələstinli ölüb, daha bir neçə nəfər yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi "WAFA" məlumat yayıb. Qəzzanın Misirlə Rəfah sərhəd keçidinin Fələstin tərəfini ələ keçirdiy

10:45 127
.

Dönərdən zəhərlənənlərdən biri tələbədir

Ötən gün Zaqatalada dönərdən zəhərlənənlərdən biri UNEC-in Zaqatala filialının tələbəsidir. Bu barədə "Qafqazinfo"ya universitetdən məlumat verilib. Bildirilib ki, birinci kurs tələbəsi olan Əli Qocayev toyuq dönərindən zəhərlənib. Hazırda onun vəziyyəti yaxşıdır və evə buraxılacaq. Qeyd edə

15:11 221