Ramaldanovdan erməni generala cavab: "Hər an döyüşə hazırıq"

Ramaldanovdan erməni generala cavab: "Hər an döyüşə hazırıq""Erməni generallar mütəmadi olaraq təxribatçı çıxışlarla özlərini sakitləşdirmək istəyirlər. İndi növbə Ermənistan silahlı qüvvələrinin qərargah rəisi Movses Akopyana çatıb. Bu cür çıxışlar Ermənistan cəmiyyətinin narahat olduğunu göstərir"

BiG.AZ bildirir ki, bunu azvision.az-a Horadiz əməliyyatının komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistan silahlı qüvvələrinin qərargah rəisi Movses Akopyanın son müsahibəsini şərh edərkən bildirib.

Polkovnik qeyd edib ki, Azərbaycanla bağlı məlumatları Ermənistan cəmiyyəti izləyir və bu məlumatlar onları qorxu içərisində saxlayır: "Beynəlxalq analitiklər üstünlüyün Azərbaycan tərəfində olduğunu deyirlər. Əsaslandırırlar ki, Azərbaycan silah gücü ilə Qarabağ məsələsini həll etmək istəsə, buna nail olacaq. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin inkişafı Ermənistanla müqayisədə bunu deməyə əsas verir. Siyasi qurumlar Qarabağla bağlı məsələdə ehtiyat edirlər ki, əgər Azərbaycan güc yolu ilə torpaqlarını azad etmək istəsə, buna imkanları daha çoxdur. Azərbaycan son zamanlar ən müasir silahları alır. Həmçinin Azərbaycanın hərbi sənayesi haqqında geniş məlumatlar var. Bu yaxınlarda Azərbaycan ordusu irimiqyaslı təlimlər keçirdi. Bu təlimlərlə bağlı Ermənistanın birinci şəxsindən tutmuş digər qurumların nümayəndələrinə kimi hamısı narahatlığını bildirdi. Bununla bağlı beynəlxalq qurumlara müraciət etdilər. Təlimləri danışıqlara təzyiq kimi qiymətləndirdilər. Bütün bunlar Ermənistan rəhbərliyinin ciddi təşviş içində olduğundan xəbər verir. Gözəl bilirlər ki, bu gün Azərbaycanın beynəlxalq aləmdə öz yeri var. Həmçinin Rusiya bizim strateji tərəfdaşımızdır. Ermənilər bu cür çıxışları öz gücünə yox, üçüncü gücə arxalanaraq dilə gətirirlər".

Ramaldanov vurğulayıb ki, ümumilikdə erməni generalın dediyinin heç bir əsası yoxdur: "Hər bir dövlətin müharibə aparmaq üçün iqtisadi potensialı olmalıdır. Bugünkü iqtisadi vəziyyətin müqayisəsi göz qabağındadır. Əhalimiz onların əhalisindən bir neçə dəfə çoxdur. Ermənistanda 1,5 milyon əhalinin qaldığı deyilir. Əhalinin sayı gələcək müharibədə vacib faktordur. Digər tərəfdən Qarabağ məsələsi Ermənistan cəmiyyətini parçalayıb. Orada keçirilən bütün mitinqlərdə bildirilir ki, Qarabağ məsələsini həll etmək lazımdır. Azərbaycan cəmiyyətində isə Qarabağ məsələsi birləşdirici rol oynayır. Hamı bir nəfər kimi Qarabağın azadlığı üçün hazırdır. Bunu bizim cəmiyyət daim göstərir. Aprel döyüşlərində bir daha sübut olundu. Bu gün Azərbaycan müxtəlif ölkələrdən ən müasir silahlar alır. Aprel döyüşlərindən sonra Sarkisyan özü də etiraf etdi ki, Ermənistan ordusu 1970-80-cı illərdə buraxılan silahlarla təmin olunub. Aprel döyüşlərindən sonra olan müddətdə onlar silah parkını müasirləşdirə bilməz. Onların bunun üçün maddi imkanları yoxdur. Rusiya hərbi parkını təzələmək məqsədilə anbarlardan çıxarılan silah və texnikanı güzəştli kreditlə Ermənistana verir. Krediti vermək imkanları olmadığı üçün mütəmadi olaraq diaspor təşkilatlarına müraciət edirlər. Heç kimə sirr deyil ki, ermənilər Qarabağda xidmət etmək istəmirlər. Erməni əsgərlərin valideynləri bununla bağlı şikayət edirlər. Bizim gənclər isə torpaqların işğaldan azad edilməsi üçün hər an döyüşə hazırdırlar".

Ehtiyatda olan polkovnik Azərbaycanda hərbi mütəxəssislərin sayının kifayət qədər çox olduğunu diqqətə çatdırıb:
"Məsələn, tankçılar 10-15 ilin mütəxəssisləridir. Bunlarla müddətli erməni əsgərini müqayisə etmək olarmı? Həmçinin ölkəmizdə müddətdən artıq xidmət etmək üçün mürcaiət edənlərin sayı çoxdur. Bütün bunlarla yanaşı təlimlər də əsasdır. Bu il genişmiqyaslı təlimlə başlamışıq. Amma bu təlimlər Ermənistanda yoxdur. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazırdır. Ermənistanda isə belə deyil. Onların səsləndirdiyi fikirlər hər zaman olduğu kimi narahatçılıqdan irəli gəlir və daxili auditoriyanı aldatmağa hesablanıb. Azərbaycan öz torpaqlarını azad etməyə hər zaman hazırdır. Ordumuzun gücü imkan verir ki, düşməni qısa zamanda darmadağın edib, öz ərazi bütövlüyünü təmin etsin".

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi, general Movses Akopyan müsahibəsində Qarabağda yeni müharibənin başlanacağını istisna etməyib. O, erməniləri arxayın etməyə çalışıb ki, Ermənistan ordusu müharibəyə hazırdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1086   Tarix: 27 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865