Bakı yollarında minlərlə insanı narazı salan məsələ GÜNDƏMDƏ - FOTOLAR

Bakı yollarında minlərlə insanı narazı salan məsələ GÜNDƏMDƏ - FOTOLARBakıda nəqliyyatın hərəkətini çətinləşdirən, sıxlığa səbəb olan və sərnişindaşımanın keyfiyyətinə birbaşa mənfi təsir edən hallardan biri də avtomobillərin, xüsusi ilə də taksilərin avtobus dayanacaqlarını zəbt etməsidir.

BiG.AZ Lent.az-a istinadən xəbər verir ki, günün müxtəlif saatlarında şəhərin bir sıra yerlərində taksilərin avtobus dayanacaqlarını necə tutduğu, 2-3 cərgə sıralandığını görmək olar. Xüsusi ilə də metronun "20 Yanvar", "Memar Əcəmi", "Koroğlu", "28 May", "Nizami" stansiyaları ətrafında, Azadlıq, Moskva prospektində, Rəşid Behbudov, Süleyman Rüstəm, Füzuli, Asif Məhərrəmov, Cavadxan, Həsən Əliyev küçələrində bu hallar daim yaşanır. Bəzi hallarda avtomobillərin avtobus dayanacaqlarının yerini zəbt etməsi, sarı xəttin tələbini pozaraq dayanma-durma qaydalarını saymaması normal qəbul edilir. Lakin bu hallar hər gün minlərlə insanın işə gecikməsinə, avtobusların qrafikinin pozulmasına, yollarda sıxlığın daha da artmasına gətirib çıxarır ki, bu həm iqtisadi həm də şəhərin estetik görünüşü baxımından yolverilməzdir.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, ümumilikdə avtobus dayanacaqlarını yerləşdirərkən diqqətli olmaq vacibdir: "Avtobus dayanacaqları və bunun üçün nəzərdə tutulan xüsusi ciblər hər bir böyük şəhərdə yol infrastrukturunun bir hissəsi hesab edilir. Avtobus dayanacaqlarının yerini seçmək və quraşdırmaq da özlüyündə məsuliyyətli və ciddi işdir. Çünki bu zaman həm piyadaları, həm sərnişin axınını, həm yolun hərəkət hissəsindəki daimi intensivliyi və sair elementləri nəzərə almaq lazımdır. Eyni zamanda dayanacaqlar arasındakı məsafəni də optimal seçmək vacibdir. Bakı şəhərində ümumi istifadədə olan nəqliyyat vasitəsi kimi təkcə marşrut avtobusları fəaliyyət göstərir. Qanunda göstərir ki, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarında hətta taksilərin nəinki sərnişin mindirməsinə, düşürməsinə də icazə yoxdur. Eyni zamanda həmin dayanacaqdan istifadəsi nəzərdə tutulmayan digər avtobusların da orada durmasına yol verilmir. Bunu edənlər üçün isə inzibati cəza nəzərdə tutulur. Lakin əksər hallarda şəhərin müxtəlif yerlərində ümumi istifadədə olan marşrut avtobuslarının duracaqlarının taksilər və digər nəqliyyat vasitələri tərəfindən zəbt edilməsinə şahid oluruq. Bu da həm avtobus sürücülərinin, həm də sərnişinlərin haqlı narazılığına səbəb olur".

Ərşad Hüseynov Yol Hərəkəti Haqqında qanunda avtobus dayanacaqlarının yanında "saxlanma yerləri" anlayışının olduğunu da əlavə etdi. Ekspertin sözlərinə görə, bir çox hallarda marşrut avtobuslarının normal hərəkətinə bu saxlama yerləri maneə olur: "Əslində, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacağına bitişik saxlanma yerlərini təşkil etmək və bunu qanuna salmaq qanunun özünə hörmətsizlikdir. Orada bir parkomat qoyaraq avtomobil sahiblərindən pul toplamaq dayanma-durma qaydalarının kobud şəkildə pozulmasına gətirib çıxarır. Əlbəttə, şəhərdə avtomobillər üçün saxlama yerlərinin olması da vacibdir. Amma bunun üçün daha optimal, yəni boş yerlər seçmək lazımdır".

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev isə bildirib ki, avtobus dayanacaqlarının taksilər və digər nəqliyyat vasitələri tərəfindən tutulması halları ictimai nəqliyyatdan istifadə edən hər bir sərnişini narahat edən məsələdir: "Bu həm də bizi narahat edən bir məsələdir və Bakı Nəqliyyat Agentliyi şəhər yollarında ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti üçün uyğun şəraitin yaradılması, sərnişinlərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görməkdədir. Həmçinin tərəfimizdən müvafiq infrastruktur yaradılır. Xüsusəndə yeni salınan, əsaslı təmir edilən küçə və prospektlərdə bu işə böyük diqqət göstərilir. Yəni BNA olaraq biz müvafiq qurumlarla əməkdaşlıq edərək bu işləri görürük".

Mais Ağayev əlavə edib ki, qeyd edilən hallara yol verən sürücülərə qarşı inzibati tədbirlərin görülməsi BNA-nın səlahiyyətlərinə aid məsələ deyil: "Buna baxmayaraq biz bu cür hallara yol verən taksi sürücülərinin maarfləndirilməsi istiqamətində müəyyən işlər görürük. Mütəmadi olaraq yollarda taksi sürücüləri ilə maarifləndirici söhbətlər aparılır".

Qeyd edək ki, məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov bildirib ki, kimliyindən asılı olmayaraq yol hərəkət qaydalarının pozmuş bütün sürücülər inzibati məsuliyyətə cəlb edilir: "Həmçinin avtobus duracağının zəbt edilməsinə görə cərimə nəzərdə tutulub və həmin minik avtomobillərinin sürücüləri də məsuliyyətə cəlb edilir".

Bakı yollarında minlərlə insanı narazı salan məsələ GÜNDƏMDƏ - FOTOLARBakı yollarında minlərlə insanı narazı salan məsələ GÜNDƏMDƏ - FOTOLARBakı yollarında minlərlə insanı narazı salan məsələ GÜNDƏMDƏ - FOTOLARBakı yollarında minlərlə insanı narazı salan məsələ GÜNDƏMDƏ - FOTOLARBakı yollarında minlərlə insanı narazı salan məsələ GÜNDƏMDƏ - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1055   Tarix: 27 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı ölkə lideri Co Baydenin administrasiyasını Gestapo ilə müqayisə edib. Keçmiş dövlət başçısı bunu qapalı tədbirdə deyib. "Bu insanlar Gestapo administrasiyasını idarə edirlər", - Tramp ona qarşı məhkəmə iddiaları haqqında danışarkən bildirib. Eks-preziden

05.05.2024 233
.

Bakı dünyanın "İdman Paytaxtı" seçilib - FOTO

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib. xəbər verir ki, bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin namizədliyinin təsdiqləndiyi bildirilib. Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi

17:52 41
.

Görüş üçün Almatı şəhəri məqsədli olaraq seçilib? - RƏY

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın Almatı şəhərində bu il may ayının 10-da görüşəcəklər. Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev -a bildirib ki, görüş üçün Almatı şəhərinin seçilməsi maraqlıdır. Görüşdə delimitasiya v

12:28 190
.

İlk dəfə xanımı ilə foto paylaşdı

Müğənni Vaqif Şıxəliyev ailəsi ilə fotolar yayımlayıb. Axşam.az xəbər verir ki, sənətçi həftəsonu istirahətindən şəkilləri instaqram hesabında yayımlayıb. Həyat yoldaşı, qızı və oğlunun yer aldığı fotoya V.Şıxəliyev "Həftəsonu ailəmlə istirahətdən. Allah hər kəsin ailəsini qorusun. Ailə candır"sözlərin

16:09 489
.

Mayın 8-də geomaqnit qasırğası gözlənilir

Günəş küləyinin sürətinin müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının (YTDA) və tac kütlə atılmalarının (TKA) təsiri ilə artacağı gözlənilir. xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Məlumatda qeyd edilib ki, geomaqnit sahəsinin YTDA-nın və TKA-nın təsiri ilə aktivliyi

15:15 150
.

İsraildə "Əl-Cəzirə" rəsmən bağlandı

"İsrail hökuməti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki yayımını dayandırmaq qərarına gəlib". Bu barədə baş nazir Benyamin Netanyahunun "X" sosial şəbəkəsində (keçmiş "Twitter") səhifəsində dərc edilmiş bəyanatda deyilir. "Başçılıq etdiyim hökumət yekdillikl

05.05.2024 218
.

Britaniyalı aktyor Bernard Hill öldü

"Üzüklərin Lord"unda Kral Teoden, "Titanik"də kapitan Edvard Smit kimi rolları ilə tanınan britaniyalı aktyor Bernard Hill vəfat edib. Hillin agenti Lou Koulson aktyorun bu gün səhər vəfat etdiyini bildirib. 1944-cü ildə Mançesterdə anadan olan Hill "Titanik" filmində gəmini

11:58 43
.

Paşinyanla Koçaryan yenidən üz-üzə - TƏHLİL

Ermənistanın sabiq prezidenti Robert Koçaryan dörd kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş rayonunda baş verən kiçikmiqyaslı aksiyalardan istifadə etmək qərarına gəlib. Uzun müddətdir gizli ittifaq qurduğu Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazanı da bu oyuna qoşan siyasətçi İrəvan və digə

05.05.2024 442
.

Yağış yağacaq

Mayın 7-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

13:00 355