Facebook-un böhranı: Zukerberq üzr istədi və söz verdi - FOTO

Facebook-un böhranı: Zukerberq üzr istədi və söz verdi - FOTO"Facebook" şirkəti yarandığı gündən bu yana ən ciddi iqtisadi və imic itkisinə məruz qalıb.

BiG.AZ lent.az-a istinadən xəbər verir ki, sosial şəbəkənin 50 milyon istifadəçisinin məlumatlarının Böyük Britaniyanın "Cambridge Analytica" firmasının əlinə keçdiyi məlum olduqdan sonra "Facebook"un bazar dəyəri azı 65 milyard dollar azalıb. "Cambridge Analytica" ABŞ-da 2016-cı il prezident seçkiləri ərəfəsində Donald Trampın seçki qərargahı ilə əməkdaşlıq edib, "Facebook" istifadəçiləri haqqında məlumatların toplanmasına isə Rusiya ilə əlaqələri olan alim köməklik göstərib.

Qalmaqalın mərkəzindəki qurum - "Cambridge Analytica"

2013-cü ildə yaradılmış "Cambridge Analytica" firması "Big Data" (iri həcmli informasiyalar), siyasi psixometriya və internetdə seçki kampaniyaları aparılması üzrə ixtisaslaşmış konsaltinq şirkətidir. Qurumun Direktorlar Şurasının üzvləri arasında Donal Trampın sabiq baş müşaviri Stiv Bennon da var. Əsas sponsorlardan biri isə Trampın seçki kampaniyasının, o cümlədən ABŞ Respublikaçılar Partiyasının iri donorlarından biri olan iş adamı Robert Merserdir. R. Merser "Cambridge Analytica"ya Trampın seçki qərargahı adından pul ödəyib.

"Cambridge Analytica"nın saytında qeyd olunur ki, istifadəçilərlə aparılan iş nəticəsində D. Tramp öz rəqibi Hillari Klintonu üstələyib. Şirkət müştərilərinə seçicilərin sosial şəbəkələrdəki səhifələri və orada əksini tapmış məlumatlar əsasında personal siyasi təbliğat strategiyası qurmaq sahəsində xidmətlər təklif edir. Müştərilər arasında Britaniyada "Brexit"ə tərəfdar çıxan siyasi qüvvələr də olub.

Aleksandr Koqan kimdir?

"Facebook" istifadəçilərinin şəxsi məlumatları Kembric Universitetinin elmi əməkdaşı Aleksandr Koqanın işləyib hazırladığı proqram əlavəsi ("thisismydigitallife") vasitəsilə toplanıb. İstifadəçilərin şəxsi testlərdən keçməyin müqabilində kiçik məbləğlər qazanmasına yardımçı olan proqram dünya üzrə yüz minlərlə insan tərəfindən yüklənib. Şəxsi testlərdən keçən insanlar anlamayıblar ki, bununla onlar həm öz məlumatlarına, həm də dostlarının məlumatlarına qapını açıblar.

A. Koqan qısa müddətdə milyonlarla insanın bilgilərini əlində cəmləşdirib. Lakin o, topladığı informasiyaların "Cambridge Analytica" tərəfindən necə istifadə olunduğunu bilmədiyini iddia edir.

Aleksandr Koqan (Spektr soyadı ilə də tanınıb) Moldovada doğulub, 8 yaşına qədər Rusiyada yaşayıb, sonra ailəsi ABŞ-a köçüb. Dəfələrlə Rusiyada keçirilən elmi tədbirlərdə iştirak edib. 2014-cü ildə Sankt-Peterburq Dövlət Universitetində mühazirə oxuyub. "VKontakte" sosial şəbəkəsində yerləşdirilmiş mühazirələrindən birində o, tərtib etdiyi proqramın imkanları barədə belə deyir:

"Biz hansı informasiyanı yükləyə bilirik? Demək olar ki, sən "Facebook"da nə edirsənsə, hamısını. Sənin neçə yaşın var, harada yaşayırsan, dostlarının siyahısı və dostlarının dostlarının siyahısı... Biz sənin nələrdən xoşlandığını və sənin dostlarının nələri xoşladığını öyrənə bilirik. Şəxsi məlumatları oxuyuruq. Adətən hər insanın 3 min şəxsi məlumatını oxuyuruq. Bütün fotoları yükləyə bilirik. "Facebook" səni həyatındakı istənilən insandan daha yaxşı tanıyır. Mən bir sual belə vermədən sənin haqqında yüz fakt öyrənə bilərəm".

РЕКЛАМА

facebook.com

Подробнее
Native Video by Adributor

Trampın qərargahından "Cambridge Analytica"ya 15 milyon dollar!

ABŞ mətbuatının məlumatına əsasən Donald Trampın seçki qərargahı "Cambridge Analytica"ya 15 milyon dollardan çox pul ödəyib. Britaniya şirkəti seçki kampaniyası zamanı əlindəki 50 milyon istifadəçi bazası əsasında ayrı-ayrı seçici qruplarının siyasi və psixoloji portretlərini müəyyənləşdirərək onlara uyğun ünvanlı siyasi reklamlar təqdim edib. Məsələn, demokratların ənənəvi seçici kütləsi hesab olunan afroamerikalılara Hillari Klintonun qaradərili insanlar barədə müəyyən xoşagəlməz çıxışlar etdiyi roliklər göstərilib.

A. Koqanın "Facebook"un məlumatlarından istifadə etmək hüququ olub, lakin sadəcə akademik məqsədlərlə. "Facebook" məlumatların siyasi məqsədlə istifadə olunduğunu öyrəndikdən bir müddət sonra "Cambridge Analytica"ya məktub yazaraq məlumatların silinməsini tələb edib.

Mark Zukerberq üzr istədi

Artıq ABŞ Konqresi və Avropa Parlamenti "Facebook" rəhbəri Mark Zukerberqi məsələ ilə bağlı onlara izahat verməyə çağırıb. M. Zukerberq CNN-ə müsahibəsində yol verdikləri xətaya görə üzr istəyib və buna görə cavab verməyə hazır olduğunu bəyan edib: "Bu, etimadı dəhşətli şəkildə doğrultmamaq deməkdir və mən baş verənlərə görə üzr istəyirəm. İstifadəçilərin məlumatlarının qorunması məsuliyyəti bizim üzərimizə düşür, əgər biz buna təminat verə bilmiriksə, deməli, insanlara xidmət göstərməyə layiq deyilik".

M. Zukerberq deyib ki, bir daha bu halın təkrarlanmaması üçün hər şeyi edəcəklər. O, Konqres qarşısında ifadə verməyə hazır olduğunu vurğulayıb. M. Zukerberq onu da əlavə edib ki, hazırda müəyyən qüvvələr ABŞ-da bu il keçiriləcək seçkilərə müdaxilə məqsədilə sosial şəbəkənin imkanlarından istifadə etməyə çalışır: "Mən əminəm ki, bu, rusların 2016-cı ildə etdiklərinin ikinci versiyasıdır. Onların yeni taktikası olacaq və biz səliqəli şəkildə bunu qarşısını almalıyıq. Bu işlə "Facebook"un 20 min əməkdaşı məşğuldur".

M. Zukerberq etiraf edib ki, 2016-cı ildə yalan xəbərlərlə mübarizə və seçkilərə müdaxilənin qarşısını almaq üçün göstərdikləri səylərə baxmayaraq, bunun üçün heç də bütün mümkün olanı etməyiblər. O, alqoritmləri yaxşılaşdırmağa davam etdiklərini söyləyib. "Əgər 2004-cü ildə desəydilər ki, 14 il sonra mən şəffaf seçkiləri xarici müdaxilədən qorumağa çalışacağam, heç vaxt inanmazdım", - deyə gənc iş adamı bildirib.

Artıq "Facebook"un məlumatların təhlükəsizliyi üzrə direktoru Aleks Stamos vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, qalmaqaldan sonra Mark Zukerberq 5 milyard dollar civarında maddi itkiyə məruz qalıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 813   Tarix: 24 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sakit okeanda 6,1 bal gücündə zəlzələ oldu

Sakit okeanda yerləşən Vanuatuda zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,1 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) məlumat yayıb. Zəlzələnin episentrinin Luqanvil bölgəsindən 99 kilometr şimal-şərqdə olduğunu bildirib. Zəlzələ yerin 12,5 kilometr dərinliyində qeyd

08.05.2024 143
.

Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi

Rusiyada azərbaycanlı iş adamı vəfat edib. İqtisadiyyat.az xəbər verir ki, 40 yaşlı Rafael Qəfər oğlu Mirzəyev bir müddət əvvəl işləmək üçün Moskvaya gedib. Bizneslə məşğul olan azərbaycanlının səhhətində problemlər yaranıb. Müalicə almasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumu

08.05.2024 626
.

Qəzaya düşən prokuror yuxulu olub - TƏFƏRRÜAT

Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət Şöbəsinin prokuroru 1983-cü il təvəllüdlü Müşfiq Oruc oğlu Abdullayevin ölümü ilə nəticələnən qəza barədə cinayət işi açılıb. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-c

08.05.2024 564
.

Qəzzada həlak olan BMT-nin işçilərinin sayı 188-ə çatıb

İsrail 7 aydan çoxdur ki, Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücumlar nəticəsində ölən və yaralananlar günü gündən artır. Onlar arasında BMT işçiləri də var. Ölən işçilərin sayı 188 nəfərə çatıb. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliy

08.05.2024 158
.

Qonşu itə görə qonşusunu maşınına bağlayıb sürüdü - ANBAAN VİDEO

Antaliyanın Kaş bölgəsində qandonduran hadisə yaşanıb. xəbər verir ki, Çavdır məhəlləsində iki qonşu it üstündə dava edib. Daha sonra Şaban T. Orhan S.-i iplə maşının arxasına bağlayarq sürüyüb. Hadisə yerinə gələn polis Şaban T.-ni nəzarətə götürüb. Belindən və ayağından yaralanan Orhan S. isə təcil

08.05.2024 591
.

Oteldə zəhərlənən 4 dost barədə ilginc faktlar - Prezident ona ev vermişdi… - FOTO

Bakıda "My Music" hotelində zəhərlənən 4 dostla bağlı ilginc faktlar üzə çıxıb. xəbər verir ki, zərərçəkənlərin ailə üzvləri rəsmi qurumların yaydığı məlumatları təkzib edir. Onlar iddia edirlər ki, faciə qida zəhərlənməsindən baş verib. Bildirirlər ki, oteldə verilən göbələk onları zəhərləyib

08.05.2024 987
.

Sinqapurda F-16 döyüş təyyarəsi qəzaya uğrayıb

Sinqapurda F-16 döyüş təyyarəsi qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, qəzaya səbəb uçuş zamanı yaranan problem olub. Bu barədə Sinqapur Müdafiə Nazirliyini açıqlama yayıb. Təyyarə havaya qalxdıqdan qısa müddət sonra Tengah Hava Bazasında qəza edib. Hadisə zamanı pilot xilas edilərək xəstəxaya yerləşdirilib

08.05.2024 141
.

Rasim Balayev Baş nazirə müraciət etdi

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev "Kinematoqrafiya haqqında" qanunun yerli kinematoqrafçıların qonorarlarını nizamlayan 38 nömrəli qərarı ilə bağlı Baş nazir Əli Əsədova məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyili

08.05.2024 396
.

Dönərdən zəhərlənənlərdən biri tələbədir

Ötən gün Zaqatalada dönərdən zəhərlənənlərdən biri UNEC-in Zaqatala filialının tələbəsidir. Bu barədə "Qafqazinfo"ya universitetdən məlumat verilib. Bildirilib ki, birinci kurs tələbəsi olan Əli Qocayev toyuq dönərindən zəhərlənib. Hazırda onun vəziyyəti yaxşıdır və evə buraxılacaq. Qeyd edə

08.05.2024 293