Onların hamısı dünyanı qan gölünə çevirmək istəyirlər – MÜHARİBƏ KABİNETİ

Onların hamısı dünyanı qan gölünə çevirmək istəyirlər – MÜHARİBƏ KABİNETİABŞ prezidenti Donald Tramp bütün dünyaya meydan oxuyan "müharibə sənədləri"nə paralel olaraq bir "müharibə kabineti" qurur.

BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, xəbər verir ki, İsrail tərəfdarı olan Maykl Pompeonu Reks Tillersonun əvəzinə dövlət katibi postuna itəli sürən Tramp neoconların "şahin"i adlandırılan Con Boltona milli təhlükəsizlik üzrə məsləhətçi vəzifəsi verdi.

Martın 23-də ABŞ prezidenti axşamı milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Qerbert Makmasteri istefaya göndərdi. Bu vəzifəyə ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Con Bolton təyin olunub.

"9 aprel 2018-ci ildən etibarən səfir Con Boltonun mənim milli təhlükəsizlik məsələləri üzrə köməkçim olacağını bildirməyə məmnunam", - deyə Tramp qeyd edib.

Dövlət Departamentinin rəhbərliyində edilən dəyişiklik sərt kursun qarşıdakı dövrə damğa vuracağanı göstərmiş oldu. "Yeni Amerikan əsri layihəsi"nin öndə gələn adlarından olan və neocon qanadın "şahin"i hesab edilən Con Boltonun vəzifəyə gətirilməsi ilə Trampın yeni bir "müharibə kabineti"ni formalaşdırdığı görünür.

Con Bolton ABŞ-ın İran və Şimali Koreyaya qarşı müharibə elan etməli olduğu fikrini müdafiə edir.

Pompeo da kifayət qədər sərt mühafizəkar mövqeyi ilə məşhurdur və "Çay partiyası" - Respublikaçılar Partiyasının daxilində qeyri-formal siyasi qrupla bağlıdır. O, İsrail tərəfdarı və İran əleyhinə olması ilə tanınır. Obama dövründə İran ilə imzalanan nüvə razılaşmasının ləğvini dəstəkləyən Pompeo "Əgər İsrail və Səudiyyə Ərəbistanı İrana qarşı birləşərsə, bu, yaxşı bir şeydir" ifadəsinin müəllifidir. 11 sentyabr 2001-ci il Nyu-Yorkdakı terror aktından sonra sonrası qurulan və "qara dəlik" olaraq xarakterizə edilən işgəncə bazalarının ləğvinə qarşı çıxmışdı. Pompeo, son olaraq 2016-cı il iyulun 15-də Türkiyədəki dövlət çevrilişinə cəhddən sonra "İran da Türkiyə prezidenti Ərdoğanın hökuməti qədər demokratikdir... Hər ikisi də islamçı totalitar bir diktatorluqdur" ifadələrinin yer aldığı skandal bir tvit atmışdı. Pompeonu "İranafobik" adlandıran Qətər Universitetinin əməkdaşı Julian Kole regional güc döyüşündə Səudiyyə Ərəbistanının yanında olacağını qeyd edib.

Əlavə edək ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəhbəri Ceyms Mettis də kifayət qədər sərt mövqeyi ilə tanınır. O, xüsusi halda, "NATO üçün əsas təhdidlər Rusiyanın aqressiv fəaliyyətləri və terrorizmdir" fikri ilə məşhurdur.

Beləliklə, yuxarıda adı çəkilən hər üç adı nəzərə alaraq, dünyada sülh və sabitlik üçün nikbin düşünməyin çətin olduğunu demək olar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 760   Tarix: 23 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

02.05.2024 401
.

Qəzzada ölənlərin sayı 34 396 nəfərə çatıb

Qəzzada ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, İsrail ordusunun 209 gündür Qəzzaya hücumları davam edir. Ölənlərin sayı son 24 saat ərzində 28 nəfər artaraq 34396 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsind

02.05.2024 158
.

"Avroviziya-2024"də Fələstin bayraqları qadağan edildi

"Avroviziya"nın təşkilatçısı olan Avropa Yayım Birliyi builki beynəlxalq mahnı müsabiqəsinə Fələstin bayraqları və siyasi bəyanatlar olan plakatların arenaya gətirilməsini qadağan edib. Bununla əlaqədar Avropa Yayım Birliyi bəyanat yayımlayıb. Bəyanatda qeyd olunur ki, Fələstin bayraqlarını

02.05.2024 255
.

Türkiyənin iş yerində partlayış baş verib - VİDEO

Türkiyənin Başakşehir şəhərində iş yerində partlayış olub. BİG.AZ xəbər verir ki, partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə çoxsaylı yanğınsöndürənlər cəlb olunub. Həmin videonu təqdim edirik:

02.05.2024 251
.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

02.05.2024 780
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

02.05.2024 287
.

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 1

02.05.2024 667
.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

10:10 74
.

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağı

02.05.2024 437