Bu kənddə Novruz bayramı fərqli qeyd edilir - VİDEO

Bu kənddə Novruz bayramı fərqli qeyd edilir - VİDEONovruz bayramı hər bir rayonda böyük coşqu ilə qarşılanır. Beyləqan rayonunun Günəşli kəndində isə bu bayram bir qədər fərqli formada qeyd edilir.

BiG.AZ xezerxeber.az-a istinadən bildirir ki, gənclər böyük mağar qurur, hətta məclisin xüsusi "şah"ı da olur.

Hər kəs məclisə əlində xonçalarla daxil olur. Hətta "şah", köməkçilərinin iştirakı ilə böyük bir təntənə ilə gətirilir.
Günəşli kəndində hər il ənənəvi olaraq keçirilən məclisdə kəndin bütün sakinləri iştirak edir. Bayrama bir neçə gün əvvəl hazırlaşan cavanlar kəndin stadionunda xüsusi mağar qururlar. Kəndin qız-gəlinləri bayram mərasiminə əllərində xonça və səmənilərlə gəlirlər.
Mərasim başlayanda "şah" musiqi sədaları altında, "vəzir-vəkil"in, "fərraş"ların əhatəsində məclisə daxil olur. Stadionda Novruz tonqalı qalanır, kənd sakinləri dövrə vurub, yallı gedirlər. Sonra "şah" "vəzir-vəkil"in, "fərraş"ların müşayiətilə mağara gələrək, "taxt"ında oturub və "səlahiyyət"lərinin icrasına başlayır.

"Padşah oyunu"nda "şah"ı "fərraş"lar qoruyur. Fərraşların seçilməsi üçün qollarında qırmızı sarğı, başçıları isə çiynindən aşırdılaraq sinəsinin ortasına qırmızı şal bağlayır. Mərasimdə "şah" danışmır, "vəzir" isə müəyyən "əmr"lər verir, başındakı adamlar onun "əmr"lərini icra edirlər. Əmrlərə tabe olmayan, qaydaları pozanlar "fərraş"lar tərəfindən tutularaq "padşah"ın hüzuruna aparılır və "cəzalandırılır". Məclisdə adamlar əsasən "pulla cərimələnir". Pullar "xəzinə"də yığılır və həmin vəsait xeyirxah işlərə sərf olunur. Bəzən isə cəza verilən adamı kəndirə bağlayaraq "dar ağacı"ndan asırlar.
Çal-çağırlı bayram mərasimi gecə saatlarınadək davam edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1302   Tarix: 22 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

14:36 299
.

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb. Belə ki, məktəblilə

10:15 475
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

12:23 505
.

Ermənistan və İtaliya hərbi əməkdaşlığı müzakirə ediblər

Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyanın başçılıq etdiyi nümayəndə heyəti İtaliyada işgüzar səfərdə olub. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi bildirib. Görüşlərdə Ermənistan-İtaliya hərbi, hərbi-texniki və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələ

20:15 2
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 1249
.

Manaf Ağayevi Füzulidə avtomobil karvanı qarşıladı - Video

Müğənni Manaf Ağayev ad gününü Füzulidə qeyd edib. Axşam.az xəbər verir ki, 60 yaşı tamam olan sənətçi bu münasibətlə ata yurduna yollanıb. M.Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun ad günü gününə salıblar. "Bugün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu

14:22 522
.

"Vardanyan timsalında hamıya başa salındı ki, Azərbaycan ərazisində qanunu pozanlar cəzalarını layiqincə alacaqlar"

"Aprelin 8-də erməni biznesmen Ruben Vardanyanla bağlı qəribə informasiya yayıldı. Vardanyanın ofisindən bildirildi ki, hansısa təşəbbüs qrupu tərəfindən "Sülh təşəbbüslərinin inkişaf etdirilməsi" və Qarabağda "humanitar fəlakət"in qarşısının alınmasında xidmətlərinə görə onu

16:59 115
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 419
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

14:20 614