Erməni qadının həyatından bəhz edən filmin nümayişinə İstanbul qubernatorundan QADAĞA - VİDEO

Erməni qadının həyatından bəhz edən filmin nümayişinə İstanbul qubernatorundan QADAĞA - VİDEOİstanbul qubernatoru Vasip Şahin Azərbaycan əleyhinə yönəlmiş, erməni İran rejissoru Anait Abadinin çəkdiyi "Yeva" (Həvva) filminin nümayişini qadağan edib.

BiG.AZ ANF alman nəşrinə istinadən xəbər verir ki, kinofilm İstanbulda davam edən Beynəlxalq "Filmmor" qadın kino festivalı çərçivəsində Fransa mədəniyyət mərkəzində göstərilməli idi.

Kinofestivalın təmsilçisi Mələk Özman jurnalistlərə müsahibəsində bildirib ki, bu kino lenti Azərbaycan səfirliyinin diqqətini cəlb edib və böyük narazılığa səbəb olub. İş buraslndadır ki, filmdə gənc erməni qadının həyatından bəhs olunur. O, ərinin ölümündən sonra onun nüfuzlu qohumlarından uşaqları ilə birlikdə qaçmağa məcbur olur.

Nəticədə, qadın "Artsax Respublikası"ndakı (Azərbaycan ərazisində separatçı rejim – red.) kiçik bir kənddə sığınacaq və müdafiə tapa bilir. Filmdə Qarabağ separatçılarının və onların rejiminin fəal təbliğatı aparılır.

"Əvvəlcə Azərbaycan səfirliyi Fransa mədəniyyət mərkəzinə filmin nümayişinin dayandırılması tələbi ilə müraciət etdi. Nəticədə, mərkəzin direktorlar şurası filmə tamaşa edərək əmin olub ki, onu qadağan etməyə bir səbəb yoxdur", - o bildirib.

Mələk Özman deyib ki, bundan sonra Azərbaycan tərəfi Türkiyə hökumətinə müvafiq müraciət göndərib.

"Biz bildirdik ki, bütün ölkələrin heysiyyatını nəzərə alaraq filmləri qadağan edə bilmərik. Buna baxmayaraq, Azərbaycan tərəfi Türkiyə XİN-ə və şəxsən xarici işlər nazirinə müraciət edib. Nəticədə, bizə filmi nümayiş etdirməyi qadağan etdilər", - Özman qeyd edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 792   Tarix: 22 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı

Ulan-Udedə itkin düşənlər siyahısında olan dörd yaşlı uşağın meyiti tapılıb. Onun meyiti yaşadığı evin əlavə qarajında, paltaryuyan maşında gizlədilib. Körpənin ailəsi şübhə altına düşüb. Qeyd olunur ki, uşağın itməsi ötən gecə məlum olub. Polis və könüllülər onun axtarışına çıxıblar. Nəticədə oğlanı

28.04.2024 373
.

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

Xankəndi şəhərində mikrosahibkarlar işə başlayıblar. İTV xəbər verir ki, onların ilk müştəriləri Xankəndinin yenidən qurulmasında çalışan şəxslərdir. Artıq şəhərdə dərzi, saç ustası və digər peşə sahibləri çalışırlar. ( )

28.04.2024 205
.

Amsterdamda keçirilən nümayişdə 100-dən çox ətraf fəal saxlanılıb

Amsterdam polisi şəhərin hərəkətli yollarından birini bağlayan Extinction Rebellion təşkilatının 100-dən çox ətraf mühit fəalını saxlayıb. "Report"un məlumatına görə, bu barədə NOS telekanalı məlumat yayıb. Belə ki, iki yerdə səkkiz avtomobil dairəvi yolu kəsib. Fəallar "ING Bank"ı

28.04.2024 156
.

Sabah Bakıda 30 dərəcə isti olacaq

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündüz 25-30 isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütun

28.04.2024 227
.

Toyda FACİƏ: Altı nəfərdən ibarət ailə yanaraq öldü

Hindistanda toyda baş verən yanğında bütöv bir ailənin üzvləri yanaraq ölüblər. Faciə Bihar ştatının Darbhanqa şəhəri yaxınlığındakı kənddə baş verib. Axşam dostlar və qohumlar yerli sakin Çhaqan Pasvanın nikah mərasiminə toplaşıblar. Təntənəli kortej toy yerinə çatdıqda, fişəngindən çıxan atəş qonaqları

28.04.2024 269
.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28.04.2024 144
.

Sahibə Qafarova: Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur

Fransa regionda sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur. "Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Prezidenti Yakov Milatoviç ilə görüşündə Fransanın regionda gərginliyi artırmaq məqsədi daşıyan addımları barəd

28.04.2024 171
.

Bakıda restoranda yanğın olub: Üç nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış bir ədəd kompressor yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Vurğulanıb ki, yanğın zamanı üç nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib. Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğı

28.04.2024 189
.

Sədərək rayonunda sursat partladı: Həlak olan mülki şəxslər dəfn ediliblər - FOTO/VİDEO

Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn ediliblər. "Report" xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-c

28.04.2024 365