Bayram sovqatı ala bilməyən nişanlı gənc ÖZÜNÜ ÖLDÜRDÜ - AZƏRBAYCANDA

Bayram sovqatı ala bilməyən nişanlı gənc ÖZÜNÜ ÖLDÜRDÜ - AZƏRBAYCANDA

Şamaxı rayonunda gənc oğlan intihar edib.

BiG.AZ-ın apa-ya istinadən məlumatına görə, hadisə bu gün saat 12.00 radələrində rayonun Ovculu kəndində baş verib.

Kənd sakini 1995-ci il təvəllüdlü Alıyev Müzadil Şahsəddin oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib.

Alıyev bir neçə aydır ki, nişanlıdır və bu yaxınlarda toyu olacaqmış. M. Alıyevin maddi vəsait problemi səbəbindən Novruz bayramı ilə əlaqədar nişanlı olduğu qızın evinə bayram sovqatı apara bilmədiyi üçün özünə qəsd etdiyi bildirilir.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2877 Tarix: 20.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Gunay_meherremova
Gunay_meherremova 20.03.2018
Nado_676 beli olenle olmek olmur Damla o mahni superdi


 
Nado_676
Nado_676 20.03.2018
heqiqeten heyif o oldu budaki olenle olmek olmur ezizim Damla


 
Gunay_meherremova
Gunay_meherremova 20.03.2018
Yeqin qiz direnibki getir ama duzgun deyil oglan evine direnmek ki mutleq getirmelisen onunla xowbextlik olmur caw etmezdi ele bu il xoncasi olmasin ne olacaq heyif


 
Farqilit
Farqilit 20.03.2018
Ay yaziq ozuvu ele weye oldurmeye hec deyerdimi? Sen olub getdin de noldu?! Eger qorxun var idiki apara bilmeseydin senden imtina eliyecekler hec ele qizin olmagindansa olmamagi yaxwidi. Azerbaycanin bu adet enenelerinden zehlem gedir de. Bir eve ne qeder xonca aparmaq olar. Niwanli ki oldun fso da ancaq her bayramda xonca berbezek getmelidi qiz evine.