Qardaşdan bacısına qarşı ŞOK ƏMƏL: bacısıgilə getdi, gizlicə yataq otağına saldı, sonra...

Qardaşdan bacısına qarşı ŞOK ƏMƏL: bacısıgilə getdi, gizlicə yataq otağına saldı, sonra...Tərtər rayonunda qısqanclıq zəminində bacısının öldürməyə cəhd etməkdə təqsirli bilinən 1996-cı il təvəllüdlü Taleh Alızadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, Taleh Alızadənin bacısı Cəmilə Tərtər rayonunun Evoğlu kəndində yaşayan Şahin Quliyev ilə rəsmi nikahda olub. Onunla birlikdə yaşayıb.

Cəmilə Şahin Quliyevlə yaşasa da, qonşu kəndə yaşayan Şamil Süleymanlı ilə münasibət saxlayıb. Onunla gəzməklə, ərinə xəyanət edib.

Xəyanət və qısqanclıq

Cəmilə istifadəsində olan mobil telefonla mütəmadi olaraq tanışı Şamil Süleymanlı ilə danışıb. Taleh Alızadə bacısının Şamil Süleymanovla danışmasını bilib və onun həyat yoldaşına xəyanət etməsindən şübhələnib.

Taleh Alızadə bacısının onların ailəsinin namusuna xələl gətirməsini və camaat arasında qınaq ediləcəklərini düşünüb. Bu məqsədlə o, qısqanclıq zəminində qisas almaq niyyəti ilə bacısını qəsdən öldürmək qərarına gəlib.
Bacısı evinə qonaq gələn qardaş

Bu məqsədlə Taleh Alızadə 14 iyul 2016-cı il tarixdə, saat 12.30-da Cəmilənin yaşadığı Tərtər rayonunun Evoğlu kəndində yerləşən evinə gəlib. O, evin mətbəxində olan bıçağı götürərək köynəyinin altında gizlədib.

Bundan sonra Taleh Alızadə bacısını söhbət etmək adı ilə evin yataq otağına aparıb. Cəmilə yataq otağına keçən kimi ailə üzvlərinin içəriyə keçib onun hərəkətlərinə müdaxilə etmələrinin qarşısını almaq məqsədilə otaqda olan güzgülü tumbanı giriş qapısının arxa hissəsinə itələyib, qapını arxadan bağlayıb.
Yataq otağında bacısının boğazını kəsdi

Daha sonra Taleh Alızadə köynəyinin altında gizlətdiyi bıçağı çıxararaq qəsdən öldürmək məqsədilə Cəmilənin boğaz nahiyəsinə bir dəfə bıçaqla zərbə vurub.

Taleh Alızadə bacısının boyunun ön səthinin kəsilmiş-deşilmiş yarası, qırtlağın və qida borusunun daxilə keçən deşilmiş yaraları xarakterli sağlamlığa ağır zərərvurmaya aid olan bədən xəsarətləri yetirib.

Qayınatası və əri xilas etdi

Bundan sonra bıçaqla Cəmiləyə bir daha zərbə vurmaq istəyib. Həmin vaxt qışqırıq səsini eşidən Cəmilənin qayınatası Eldəniz yataq otağa girib.

Eldəniz Quliyev onu itələyərək əlindəki bıçağı alıb və kənara atıb, həmçinin xəsarət almış Cəmilə əri Şahin Quliyev tərəfindən dərhal Bərdə rayon Mərkəzi Xəstəxanasına aparılıb. Orada həkimlərin vaxtında tibbi müdaxiləsi nəticəsində Cəmilənin həyatı xilas edilib.

Bacım namusumuzu ləkələyib

İstintaq orqanı tərəfindən Taleh Alızadəyə Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan olunub. Onun barəsində toplanan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Faiq Mahmudovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Birinci instansiya məhkəməsinin hökmü

Təqsirləndirilən şəxs qismində ifadə verən Taleh Alızadə bildirib ki, bacısı onun namusunu ləkələdiyi üçün onu öldümək qərarına gəlib: "Bu məqsədlə bacımı bıçaqla vurdum. Bacımın boğazından bir dəfə vurdum. Düşdüm ki, artıq bacım ölər, ona görə də ona əlavə zərbələr vurmadım".

Cinayət işini araşdıran hakim heyəti daha sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Taleh Alızadə 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Taleh Alızadənin vəkilləri apelyasiya şikayəti verib. Vəkillər müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini istəyiblər. Vəkillər müvəkkilinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq olunmasını tələb ediblər.

Cəza dəyişdirildi: 3 il

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Taleh Alızadənin barəsində təyin edilmiş hökm dəyişdirilib. Məhkəmənin qərarı ilə Taleh Alızadənin ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi həmin məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsinə tövsif edilib. Məhkəmənin hökmü ilə Taleh Alızadənin cəzası 3 ilə qədər endirilib.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror protestində Gəncə Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən araşdırılması üçün apelyasiya instansiyasına göndərilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkilləri də kasasiya şikayəti verib. Vəkillər şikayətində prokurorun protestinin təmin edilməməsini istəyiblər. Onlar müdafiə etdiyi şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasını istəyiblər.

Hökmün ləğvi: İş yenidən araşdırılacaq

Tərəflərin şikayətləri araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə qərar açıqlanıb.

Qərara görə, təqsirləndirilən şəxsin vəkillərinin kasasiya şikayətləri təmin olunmayıb. Məhkəmə prokurorun protestini təmin edib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar verilib.
Bu səbəbdən cinayət işinin materialları araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə qaytarılıb. Yaxın günlərdə bu iş üzrə apelyasiya instansiyasında yenidən araşdırma başlanacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1226   Tarix: 20 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

05.05.2024 14714
.

İndoneziyada 6,2 bal gücündə zəlzələ olub

İndoneziyanın Qərbi Papua əyalətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,2 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) məlumat yayıb. Zəlzələnin episentrinin Fakfak bölgəsindən 153 kilometr cənub-qərbdə olduğunu açıqlanıb. Zəlzələ yerin 12,1 kilometr dərinlikdə qeyd

10:54 105
.

Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün tarixi açıqlanıb - FOTO

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub. Bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə "X" hesabında paylaşım edib. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq

11:15 129
.

Yerlə bağlı XƏBƏRDARLIQ - 15-16 saat ərzində...

Yerdə qeomaqnit qasırğası başlayıb. xəbər verir ki, qeomatnit qasırğası orta həddən zəifə doğru dəyişəcək. Təbiət hadisəsi minimum 15-16 saat davam edəcək. Meteoroloq Mixail Leus qeyd edib ki, qeomatnit qasırğası zəifləsə belə meteohəssas insanlar üçün təsir gücünü itirməyəcək. Onlarda təzyiqin oynamas

10:08 280
.

"Financial Times": "Makronu sarsıdıcı məğlubiyyət gözləyir"

"Makronun mərkəzçi ittifaqı iyunda keçirilən Avropa Parlamenti seçkilərində ağır məğlubiyyətlə üzləşəcəklər ki, bu da onun karyerasının ən sarsıdıcı məğlubiyyəti olacaq". Bu barədə "Financial Times" yazır. Nəşrin fikrincə, əsas problem Fransada yaşayışın bahalaşması, eləcə də 5,5%-li

05.05.2024 182
.

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilə

05.05.2024 225
.

Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Pasxa bayramı münasibətilə paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm

05.05.2024 262
.

Müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ

Şəmkirdə dəhşətli yol-nəqliyyat hadisəsi zamanı vəfat edən müğənninin oğlunun fotoları yayılıb. xəbər verir ki, müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə olub. Qəza nəticəsində müğənninin 17 yaşlı oğlu İlkin Rzayev vəfat edib. Yol-nəqliyya

05.05.2024 1413
.

Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək

Cənubi Koreyanın Kiber Əməliyyatlar Komandanlığı Şimali Koreyadan artan təhlükəsizlik təhdidləri fonunda ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli kiber təlimdə iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Qeyd olunub ki, Cənubi Koreyanın doqquz hərbi qulluqçus

05.05.2024 195