Cəbrayılda türk şəhidin qəbri açıldı və... – Heyrətamiz olay

Cəbrayılda türk şəhidin qəbri açıldı və... – Heyrətamiz olayAzərbaycan xalqının milli-dini-irqi mənsubiyyətinə qarşı əsrlər boyu dözümsüzlük və qatı düşmənçilik göstərən hayların XX əsrin əvvəllərində (xüsusilə, 1905-1920-ci illər ərzində) yeritdikləri qanlı qırğınların, soyqırımın qarşısının alınmasında yerli özünümüdafiə qüvvələri ilə yanaşı Nuru paşanın başçılıq etdiyi 5-ci Qafqaz İslam Ordusunun əsgər və zabit heyətinin xalqımız qarşısında unudulmayacaq dərəcədə böyük xidmətləri olub. Bu müzəffər dəstənin ölkəmizin ərazisinə Naxçıvan, Dərələyəz, Göyçə, Zəngəzur və Qarabağ bölgələrindən daxil olması və paytaxt Bakı şəhərində gavurlar üzərində zəfər bayrağının dalğalandırması qürur doğurucu hadisə idi.

BiG.AZ axar.az-a istinadən xəbər verir ki, qürurverici hallarla yanaşı, hay-daşnak-bolşevik tör-töküntülərinə qarşı döyüşlərdə şəhid olmuş türk əsgər və zabitlərinin müqəddəs qəbirlərini ziyarət etdikdə nə qədər şərəf və doğmalıq hissi keçiriksə, bir o qədər də qəlbən ağrıyırıq, can yanğısı duyuruq.

Belə müqəddəs məkanlardan biri də Cəbrayıl rayonunun Çələbilər kəndi ərazisindədir. Bu kəndin qəbiristanlığında "Hacı Qaraman ocağı" yeri yaxınlığında 60-a qədər şəhid və naməlum türk döyüşçülərinin qəbri olub. Bu sayın çoxluğu onunla bağlıdır ki, 1918-1919-cu illərdə Qarabağın dağlıq hissəsinin Arazboyu yaşayış məntəqələrində (Cəbrayıl və Şuşa qəzaları daxilində) şəhid olmuş türk silahlıları burada dəfn ediliblər.

Bu illər ərzində qəzanın Şahvələdli kəndində hay-daşnakların təcavüzü daha ağır olduğundan, (bu hissədə qanlı döyüşlər bu kənddə daxil olmaqla Süleymanlı, Qışlaq, Balyan və ətraf kəndlərdə baş verib) şəhid olmuş türk əsgərlərinin sayı 50-yə çatıb. İndi naməlum olan bu şəhidlər kənd qəbiristanlığında həm ayrı-ayrı, həm də "Qardaşlıq məzarı"ında dəfn olunublar. Bu qəbirlər keçən əsrin 70-cı illərinədək salamat qalıb.

Ötən əsrin 60-cı illərinin əvvəllərində Mustafa adlı şəxs həmin şəhid məzarlarının birinin üstünü açıb. Döyüşçü libasında və silahı ilə birlikdə uyuyan şəhidin barmağı tüfəngin tətiyində olduğundan necə olursa, ona toxunulur. Güllə açılır... və Mustafanın əli-barmağı yaralanır, ömrünün sonunadək şikəst qalır. Bundan sonra qəbirin üstü örtülür və sonra bir daha onlara toxunan olmur.

Qarabağın aran bölgəsinə yaxın yerdə - Ağdam rayonu ərazisində naməlum şəhid türk əsgərlərinin məzarı Şelli kənd qəbiristanlığında da olub. Həmin qəbirlər kənd yolunun altında qəbiristanlığa bitişik olan və qoz ağaclarından ibarət olan "Qurdlar bağı" adlanan yerdə, "Şelli arxı"nın yanında idi. Sayı 40-a qədər, tək-tək basdırılmış halda. Keçən əsrin 60-cı illərinədək bu qəbirlər olduğu kimi (kiçik torpaq təpəcikləri və alçaq başdaşı olmaqla) qalsa da, sonrakı illərdə həyətyanı sahələrin altında qalıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2798   Tarix: 20 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Honkonq 140 il ərzində ən isti aprelini yaşadı

Çin ən isti aprelini keçirib. BİG.AZ xəbər verir ki, 1884-cü ildə meteoroloji rekordların başlanmasından sonra Çinin Honkonq Xüsusi İnzibati Bölgəsi bu il ən isti aprel yaşadı. Honkonq Müşahidə Şurasının bəyanatına əsasən, aprel ayında havanın orta temperaturu 26,4 dərəcə olub. Subtropik iqlim zonasınd

03.05.2024 50
.

İran XİN rəhbəri və Livandakı səfir Tehran-Beyrut əlaqələrini müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İranın Livandakı səfiri Müctəba Əmani Tehranda görüşərək iki ölkə arasındakı əlaqələri, həmçinin İsrailin Livana təcavüzünü müzakirə ediblər. xəbər verir ki, səfir baş diplomata Tehran-Beyrut münasibətlərinin son vəziyyəti barədə məlumat verib. Nazi

03.05.2024 135
.

Zeynep Bastık aktyorun arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Məşhur türkiyəli aktrisa Ceyda Düvencinin özü kimi aktyor olan əri Bülent Şakrak "Maviye sürgün" serialında tanış olduğu Esra Akpınarla yaxınlaşıb. -a istinadən xəbər verir ki, iddialara görə, Bülent Şakrak və Ceyda Düvenci məhz bu səbəbdən boşanma qərarı alıblar və səkkiz illik evliliklərin

03.05.2024 346
.

Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib - VİDEO

Müğənni Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib. Sözləri və musiqisi Emil Bayramova aid olan nəğmə bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib. Eyni zamanda, R. Zərgərli sözügedən mahnını ekranlaşdırmaq qərarına da gəlib. Bunun üçün o, Röyal Səfərova (Eresmoon

03.05.2024 272
.

Bakıda kişi sevdiyi qıza görə özünü yandırdı - TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Bakıda kişinin özünü küçədə yandırmasının təfərrüatı məlum olub. Hadisə şahidlərinin sözlərinə görə, binanın qarşısında sevdiyi qadınla mübahisə edək şəxs daha sonra oradan uzaqlaşıb. Bir neçə dəqiqədən sonra yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən həmin binanın qarşısına qayıdıb. "Gördü

03.05.2024 1359
.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

03.05.2024 157
.

İçərişəhərə giriş məhdudlaşdırılır

İçərişəhərdə keçiriləcək Milli Xalça Festivalı ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə -a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Qeyd edilib ki, məhdudlaşdırma mayın 3-dən 5-dək Qoşa Qala girişi, Kiçik Qal

03.05.2024 458
.

May ayında toy və nişan məclisləri nə üçün keçirilmir? - VİDEO

May ayında insanlar toy və nişan məclislərini keçirməyi təxirə salırlar. Halbuki aprel ayında şadlıq saraylarında yer tapmaq qəliz məsələ olur. Bir çox insan xeyir işlərinin may ayında düşməsini istəmirlər. Uzun illərə dayanan, heç bir dini və qanunvericliklə əsası olmayan bu ənənəyə insanlarımız əmə

03.05.2024 301
.

"Birbaşa uçuşların sayını artırmaqda digər hava yollarının da maraqları olmalıdır" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Göydəniz Qəhrəmanov -a bildirib ki , Azərbaycan Hava Yolları birbaşa uçuşların sayını artırır. Amma bu məsələd

03.05.2024 259