Deputatlarımızın Novruz PLANLARI - Kim harada istirahət edəcək?
Bu gün Azərbaycanda ilaxır çərşənbə və Novruz bayramı qeyd edilir. Bayramı bir çoxu evində, bəziləri isə bölgələrdə və ya xarici dövlətdə qeyd etməyi sevir. BiG.AZ deputatlarımızın milli bayramımız olan Novruzu harda qeyd edəcəkləri ilə bağlı sorğu keçirirb.
Sorğunu oxucularımıza təqdim edirik:
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu: İlk öncə mən xalqımızı ən qədim və əziz olan Novruz bayramı münasibəti ilə təbrik edirəm. Novruz bayramı bizim ən sevimli milli bayramımızdır. Bu bayramda hamının əhval-ruhiyəsi yüksəkdir. Bilirsiniz ki, hazırda ölkəmizdə mühüm tarixi hadisə gözlənir. Aprelin 11-də prezident seçkiləri keçiriləcək. Seçkilər üçün təbliğat və təşvikat kompaniyyası artıq başlayıbdır. "Yeni Azərbaycan" qəzeti siyasi qəzet kimi bu fəaliyyətdə yaxından iştirak edəcək. Bizim kollektivin istirahətlə bağlı xüsusi planları yoxdur. Biz bu prossesdə daha fəal içtirak etmək üçün gündəlik ictimai-siyasi qəzet kimi işimizi davam etdirəcəyik.
Deputatı Azər Badamov: Bayramlarda konkret harasa getmək planım yoxdur. Sabah Qusara qayıdacağam. Bayram günlərində elimdə-obamda olacağam.Yaxınlarımla görüşüb, onların bayramlarını təbrik edəcəyəm. Mənə səs verib deputat seçən insanların arasında olacağam. Onları təbrik etmək mənim ən böyük bayramımdır. Sizin vasitənizlə bütün xalqımızın Novruz bayramını təbrik edir, hər bir ailəyə mehriban və firəvan yaşayış arzulayıram.
Deputat Zahid Oruc: Bayram günləri prezident seçkiləri ilə bağlı televiziya ekranında olacam. Televiziya vasitəsi ilə insanlarımızla ünsiyyət quracam. Ənənəvi olaraq onlarla görüşə getməyi planlaşdırmışam.
Deputat Fəzail Ağamalı: Novruz bayramını Bakıda ailəmlə birgə qeyd edəcəyəm.
Deputat Aydın Hüseynov: Novruz bayramını ailəmlə birgə öz evimdə keçirəcəyəm. Bu il ölkəmizə yaz çox gözəl gəldiyi üçün bayram günlərində Bakıda olacağam.
Aysel Yusifqızı
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1218 Tarix: 20 mart 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865