22 nömrəli məktəbdəki QALMAQAL böyüyür: Valideyin ölkə RƏHBƏRLİYİNƏ ÜZ TUTDU

22 nömrəli məktəbdəki QALMAQAL böyüyür: Valideyin ölkə RƏHBƏRLİYİNƏ ÜZ TUTDUDirektor və müavini tərəfindən oğlunun döyüldüyünü iddia edən ata ölkə rəhbərliyinə müraciət etməyə hazırlaşır.

BiG.AZ xəbər verir ki, bu barədə Axar.az-a açıqlama verən Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 22 nömrəli məktəbin 9-cu sinif şagirdi Rauf Orucovun atası Nihad Orucov məlumat verib. N.Orucov bildirib ki, oğlunun direktor və onun müavini tərəfindən döyülməsi, oğlunun məktəbə polis nəzarəti ilə getməsi artıq onu narahat edir. Ata oğlu ilə bağlı yaşanan problemin birdəfəlik aradan qalxmasını istəyir:

"Direktor özünü müdafiə etmək üçün mənim uşağımın dərsdən qaçdığını, nizam-intizam qaydalarına riayət etmədiyini deyir. Buna görə məni dərsə çağırırlar. Məktəbin direktor müavini Novruz müəllim mənimlə əlaqə saxlayaraq oğlumun dərsdən yenə qaçdığını bildirdi. Məktəbə gedəndə isə məlum oldu ki, oğlum xəstəliyi ilə əlaqədar özünü pis hiss edib və icazə alıb. Dostlarının köməyi ilə məktəbdən çıxıb və yaxınlıqdakı aptekə aparıblar onu. Direktor müavini Alı Məmmədovdan icazə də alıblar. Aptekdə dərman alıb və özünə gələndən sonra yenidən dərsə qayıdıblar".

N.Orucovun sözlərinə görə, məktəbin direktoru Azər Ələkbərov onlara qarşı qərəzlidir və bütün bunları qəsdən edir:

"Sabunçu rayonu 14-cü Polis Bölməsinin tədqiqatçısı Əşrəf Əzizovla sonuncu danışığım zamanı mənə bildirmişdi ki, toplanmış bütün materiallar prokurorluğa göndərilib. Məsələ nə yerdədir, məlumatım yoxdur. Artıq dözə bilmirəm. Narahatlıq keçirirəm oğluma görə. Bu problem nə vaxta qədər davam edəcək? Problemin həll edilməsi üçün ölkə rəhbərliyinə müraciət edəcəyəm".

Qeyd edək ki, 28 fevral tarixində Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 22 nömrəli tam orta məktəbin direktoru Azər Ələkbərov və onun müavininin məktəbin 9-cu sinif şagirdi Rauf Orucovu jilet geyinmədiyi üçün döydüyü deyilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1241   Tarix: 17 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447