Aygün Kazımova: "Ay da, uy da, oy mama" kimi işlər mənlikdir

Aygün Kazımova: "Ay da, uy da, oy mama" kimi işlər mənlikdirXalq artisti Aygün Kazımova ilə tədbirlərin birində ayaqüstü görüşdük.

Həmişəki kimi, tədbirdə seçilməyi və diqqət çəkməyi bacarır.

Əhvalı yüksəkdir. Gülür, ətrafa enerji saçır. Xoş əhvalından istifadə edib bir-iki sual ünvanlayırıq.

Oxu.Az-a yeni işlərindən danışan Kazımovanın müsahibəsini təqdim edirik:

– İnsanlar konsertdən sonra yenidən durğunluq olacağını düşünürdülər, lakin Aygün Kazımova aktiv həyatına davam edir...

– Əslində, mənim aktiv həyatım keçən ilin yanvarından başlayıb, hələ də davam edir.

– Yeni işlər var, amma deyəsən, gizlədirsiniz...

– Bəli, var. Üç gün öncə bir klipi bitirdik. Hətta çəkiliş zamanı yıxılmışam. Burnumdan zədə almışdım. Rejissora demişəm ki, necə edirsən, et, onu gizlət. Bundan başqa, ardı-arası kəsilmədən tamaşaçılarımız yeni layihələr görəcək.

– Yeni fotosessiyanız fərqli idi, yenə də insanları təəccübləndirdiniz...

– Bu, kişi imicini əks etdirən geyimlər idi. Mənə tamaşaçıların rəyi çox maraqlıdır. Dostlarım fotolarımı çox bəyəndiklərini söylədilər. Növbəti fotosessiyamız tam başqa olacaq. Klipdə görünüşüm tam başqa, o birində isə başqa cür olacaq. Gözəl xəbərlər var.

Aygün Kazımova: "Ay da, uy da, oy mama" kimi işlər mənlikdir– Bu yaxınlarda "Cücələrim" layihəsi də oldu. Tamaşaçılar sizdən bunu gözləmirdi...

– Sıradan, hər kəsin görə biləcəyi bir şey mənlik deyil. Deyəndə ki bunu kim edə bilər? "Ay da, uy da, oy mama" kimi işlər mənlikdir.

Aygün Kazımova: "Ay da, uy da, oy mama" kimi işlər mənlikdir– "Eurovision" təmsilçimizlə bağlı məlumatınız var? Mahnımızı bəyənmisiniz?

– Hələ mahnısını dinləməmişəm. Ancaq Ayseli tanıyıram. Vaxtımız var, müğənnini çox peşəkar şəkildə yarışmaya hazırlamaq olar. İnanıram ki, gözəl performans olacaq. Çünki Aysel istedadlı qızdır, mənim qızımla rəfiqədir. Ona uğurlar arzu edirəm. Hansısa dəstəyim lazım olsa, bilsin ki, hər zaman hazıram.

Aygün Kazımova: "Ay da, uy da, oy mama" kimi işlər mənlikdir– Nə vaxtsa sizi o səhnədə görəcəyik?

– Bilirsiniz axı, "Eurovision"a qatılmaq biz sənətçilərin arzusu ilə olmur. Ona görə də, yəqin ki, mənə təklif olunsa, məmnuniyyətlə qəbul edərəm. Lakin iş orasıdır ki, elə bir təklif yoxdur (gülür).

Aygün Kazımova: "Ay da, uy da, oy mama" kimi işlər mənlikdir– Hazırda səhnədə olan, öz sözünü demiş sənətçilərdən kimi "Eurovision"da görürsünüz?

– Çox adamı o səhnədə görürəm, ancaq adlarını çəkməyəcəm. Düşünürəm ki, peşəkarlar həmin müğənniləri hazırladıqdan sonra heç bir problem olmaz. Sadəcə, yaxşı hazırlaşmaq mütləqdir.

Aygün Kazımova: "Ay da, uy da, oy mama" kimi işlər mənlikdirAygün Kazımova: "Ay da, uy da, oy mama" kimi işlər mənlikdirAygün Kazımova: "Ay da, uy da, oy mama" kimi işlər mənlikdir


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2179   Tarix: 13 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Səidə Sultanın transparan geyimi - Foto

Müğənni Səidə Sultan sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qatıldığı məclislərdən birində çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Müğənni yığıncağa dekolteli qara transparan tulum geyinib

30.04.2024 1208
.

"Evdar xanımlar estetik etdirməsin"

"Efir insanları əgər ehtiyac varsa, estetik etsinlər, amma evdar xanımlar yox. Hamı Cennifer Lopez kimi görünə bilməz. Onlar bunu etdikcə çox süni olublar, danışıqlarını da itiriblər. Siz adi qadın olun, həyat yoldaşınıza uyğun. Yoxsa ki, hamı Cennifer Lopez, Diva olub. Bunu qəbul etmirəm. Baxırsa

29.04.2024 1304
.

Günay efirdə göz yaşlarına "QƏRQ OLDU" - VİDEO

Teleaparıcı Günay Baxşəliyeva aparıcısı olduğu "Günaylı gün" verilişində duyğusal anlar yaşayıb. xəbər verir ki, buna səbəb verilişdə qonaq olan həkim Xariqə xanımın qardaşının şəhid olduğu gün olması olub. Canlı efirin qonağı olan muğam ifaçısı, Xalq Artisti Könül Xasıyevanın ifası zaman

02.05.2024 861
.

Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi

Xalq artisti Flora Kərimova özəl klinikalardan birini və Heydərova Sevinc adlı həkimi yenidən məhkəməyə verib. "Unikal"ın məlumatına görə, məhkəmə prosesi may ayının 17-də Nəsimi Rayon Məhkəməsində hakim Günay Abidovanın sədrliyi ilə keçiriləcək. Belə ki, Flora xanımla Sevinc Heydərova arasınd

28.04.2024 1068
.

"Xəzər"in aparıcısı ərə getdi

"Xəzər" TV-nin aparıcısı Səhər Əkbər ailə qurub. OLAY yazır ki, onun toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Aparıcının xoş günündə kanalın "Ənənə boğçası" verilişi çəkiliş edib

30.04.2024 1503
.

Murat Dalkılıç 9-cu dəfə əməliyyat keçirdi- FOTO

9-cu dəfə əməliyyat keçirən müğənni Murat Dalkılıç burun əməliyyatı olub. xəbər verir ki, əməliyyatdan sonra o ilk dəfə görüntülənib. Müğənninin yeni görünüşü Maykl Ceksona bənzədilib

29.04.2024 741
.

Kərimin biznesi batdı

Müğənni Kərim Abbasov ilin əvvəlində açdığı restoranı bağlayıb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəbərin var?" verilişində qonaq olarkən danışıb. O, müəyyən problemlərlə üzləşdiyini bildirib:. "Yanvarda açdığım restoranı bağladım, çox getmədi. Müəyyən problemlər yarandı. He

01.05.2024 1004
.

"Nisə Qasımovaya halallıq vermirəm" - Ceyran Haşımova

"Xalq artisti adını daşıyan bir müğənni var ki, efirə çıxıb hər şeydən danışır, amma üzvü olduğu "Lalə" qızlar ansamblının adın çəkmir. Halbuki o, ilk addımlarını bu ansamblda atıb. Nankorluqlarını qəbul edirəm, halallıq vermirəm". Axşam.az xəbər verir ki, bunu Xalq artisti Ceyra

29.04.2024 1070
.

Əsəbiləşib izləyicinin telefonunu əlindən aldı

İki həftə əvvəl Qriqori Lepsin konsertində xoşagəlməz hadisə baş verib. Axşam.az xəbər verir ki, tamaşaçılardan biri səhnəyə yaxınlaşaraq sənətçini telefonu ilə yaxından lentə almağa başlayıb. Leps əsəbiləşib, qəfildən telefonu qızın əlindən alıb. Daha sonra müğənni davranışını izah edərək, bir neç

28.04.2024 559