Məhkumdan Tağı Əhmədovun hakim oğluna sərt ittihamlar

Məhkumdan Tağı Əhmədovun hakim oğluna sərt ittihamlarSahib Ağayev: "Rauf Əhmədov qanunlardan bixəbərdir"

6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Sahib Qüdrət oğlu Ağayev "Yeni Müsavat"a məktub yollayıb. S.Ağayev ölkə başçısının imzaladığı qanunların hakim və dövlət ittihamçıları tərəfindən layiqincə icra edilməməsindən şikayətçidir.

CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilən S.Ağayev yazır ki, hökm üzrə tərəfindən vurulmuş ziyan 18 min 957 manat təşkil edir: "10 fevral 2017-ci il tarixdə prezident tərəfindən məhkumların həyatında böyük dəyişiklik edəcək yüksək səviyyəli və professional şəkildə düşünülmüş bir sərəncam imzalandı. Sərəncamın əsas məqsədi cinayət törədən insanlara səhvlərini düzəltmək üçün şəraitin yaradılmasıdır. Bu istiqamətdə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər üzrə "azadlığın məhdudlaşdırılması" cəzasının alternativ olaraq sanksiyalara əlavə edilməsi və bu cəza növünə üstünlük verilməsi, azadlıqdan məhrumetmə cəza növünün müstəsna hallarda tətbiq olunması tapşırığı verilib.

Biz məhkumlar 1 ildir ki, bu sərəncamın icra vaxtını səbirsizliklə gözləyir, qeyd-şərtsiz icra olunmasına ümid bəsləyirdik. Lakin mənzərə tamam fərqlidir. 2 mart 2018-ci il tarixdə "Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqda" 20 oktyabr 2017-ci il tarixli 816-VQD nömrəli Qanununun tətbiqi və hüquqi tənzimləmə məsələlərinə dair ərizəmə 6 saylı cəzaçəkmə müəssisəsinin inzibati binasında Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun sədrliyi ilə açıq məhkəmə iclasında baxıldı.

Məhkəmə iclasında sərəncam üzrə tapşırıq və tövsiyələri, yeni qanunun tətbiqi xüsusiyyətlərini rəhbər tutaraq ictimai dildə deyil, hüquqi dildə çıxış etdim. Əməlimin CM-in 177.2.4-cü maddəsinə tövsif olunduğunu, həmin əməlin az ağır cinayətlər kateqoriyasına aid olduğunu və prezident tərəfindən imzalanan sərəncamın 8, 10.2 və 10.5-ci bəndləri üzrə tapşırığı, 13.4-cü bəndi üzrə tövsiyəni rəhbər tutaraq barəmdə "azadlığın məhdudlaşdırılması" cəza növünün tətbiq olunmasını xahiş etdim. Hakim Rauf Əhmədov bildirdi ki, yalnız zərər ödənildiyi halda bu cəza növünün tətbiqi mümkündür. Baxmayaraq ki, hətta bu formada belə nəzərdə tutulsaydı, məndən əvvəl məhkəməsi olmuş və ziyanı tam ödəmiş şəxslərin heç birinə bu cəza növü tətbiq edilməyib.

Mən israrla "azadlığın məhdudlaşdırılması" cəza növü üzrə cəza çəkərək zərərin ödənilməsinin mümkün olduğunu, yəni həm azadlığın məhdudlaşdırılması cəza növü üzrə cəzanın icrası işinin, həm də ziyanın ödənilməsi işinin probasiya üzrə icra məmurları tərəfindən icra olunduğuna görə ziyanın ödənilməsi vəzifəsi ilə azadlığın məhdudlaşdırılması cəza növünün mümkünlüyünü bildirdim. Hakim Rauf Əhmədov heç bir əsaslı səbəb gətirmədən iddiamın qarşısında cavabsız qaldı. Hakim ərizəmi oxumadan məhkəmə iclasına çıxmışdı. Ən dəhşətlisi odur ki, Rauf Əhmədov Cəzaların İcrası Məcəlləsi üzrə probasiya məsələlərinin təsbit olunduğundan və həmin qanunun 1 yanvar 2018-ci il tarixindən qüvvədə olduğundan bixəbərdir".

Məhkum yazır ki, prezidentin imzaladığı sərəncamın 9-cu bəndi üzrə "Cinayət qanunvericiliyinin prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət edilsin, cinayət təqibi və cəzaların icrası zamanı qeyri-prosessual münasibətlərə yol verilməsin, korrupsiya və vəzifədən sui-istifadə hallarına qarşı mübarizədə daha ciddi tədbirlər görülsün" qeydi var: "Müşahidələrimə istinadən bildirmək istərdim ki, Rauf Əhmədov başda olmaqla, Nizami Rayon Məhkəməsinin hakimləri yeni qanunu heç bir humanistlik göstərmədən, prezident sərəncamı üzrə tapşırıqlara məhəl qoymadan ən sərt şəkildə məcburi qaydada tətbiq edirlər. Daha doğrusu, vəzifələrindən sui-istifadə edərək korrupsiyaya şərait yaradırlar. Bu kimi hakimlər insanlarda ölkə rəhbərliyinə inamı sarsıdırlar. Bizim 1 illik gözləntilərimiz nəticəsiz qaldı.

"Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli Sərəncamın adından da göründüyü kimi, CM-in 10.3-cü maddəsinə əsasən, həmçinin əvvəllər məhkum edilmiş şəxslər üzrə də alternativ cəzaların tətbiqinə üstünlük verilməlidir. Lakin heç bir alternativ cəzalar tətbiq olunmur".

Məhkum Sahib Ağayev yazır: "Çox xahiş edirəm ki, korrupsiyaya şərait yaradan Rauf Əhmədov kimi hakimlər barəsində ciddi tədbirlər görəsiniz".

Qeyd edək ki, hakim Rauf Əhmədovun adı əvvəllər də mətbuatda dəfələrlə hallanıb. Rauf Əhmədov sabiq metropoliten rəisi, hazırda YAP Yasamal təşkilatının sədri olan Tağı Əhmədovun oğludur.

Mənbə: "Yeni Müsavat"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1027   Tarix: 13 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 371
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 823
.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

14:36 91
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 487
.

Sevdanın Barselonada gerçəkləşməyən arzusu - Video

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla ispaniyaya yollanıb. Axşam.az xəbər verir ki, Barcelonada gəzən cütlük bir çox turistik məkanlara girə bilməyib. Bu haqda Sevda sosial şəbəkədə paylaşım edib. Z.Bayramov dördüncü dəfə Barselonaya getdiyini, amma hələ də "Sagrada Família"

11:35 443
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 423
.

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC məlumat yayıb

14:15 95
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 78
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 832