Fatimə ilə Anar barışdı: "Düşmənlər çatlasın"

Fatimə ilə Anar barışdı: "Düşmənlər çatlasın"

Rəqqasə Fatimə Fətəliyeva ilə stilist Anar Ağakişiyev barışıblar.

BiG.AZ axşam.az-a istinadən bildirir ki, bu barədə rəqqasə sosial şəbəkədə yazıb:

"Anar, bilirəm ki, sənin də ürəyin mənim ürəyim kimidir - ürəyimiz qızıldır. Düşmənlər çatlasın, biz barışdıq. İşinin peşəkarı olan dostum, səndən yoxdur, tayın-bərabərin olmayacaq".

Xatırladaq ki, Anar verilişlərin birində Fatiməni geyimlərinə görə tənqid etmiş, onu "zövqsüz" adlandırmışdı. Fatimənin bu sözlərə isə cavabı gecikməmişdi. O, "Kimsən ki, məni zövqsüz adlandırırsan? Sən Yudaşkin ola bilməzsən, zövqdən danışmağa haqqın yoxdur. Pula satılmayın", - deyə stilistə etirazını bildirmişdi.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 949 Tarix: 11.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol