Qida borusu daralan xəstə riskə getdi

Qida borusu daralan xəstə riskə getdiQida borusu yanığı nəticəsində qidalanması mümkün olmayan P.M. 8 ay ərzində müxtəlif tibb müəssisəsinə üz tutsa da, onu narahat edən xəstəliyə şəfa tapılmayıb. Həkimlər təcili əməliyyat aparılmasının vacibliyini bildirsələr də, onlardan heç biri bu ağır və məsuliyyətli işin altında girməyib. Həmin əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzində yerinə yetirilib.

BiG.AZ AZƏRTAC-a istinadən bildirir ki, Mərkəzdən verilən məlumata görə, xəstə əvvəllər başqa xəstəxanalarda müalicə almasına baxmayaraq, qida borusunda yenidən problemlər yaranmağa başlayıb. Tədricən daralma baş verməsi nəticəsində qida qəbul etmək mümkün olmayıb. Müraciət etdiyi digər mərkəzlərdə xəstənin yaşamaq ehtimalının çox az olduğunu bildirsələr də, riskli olduğu üçün açıq əməliyyatdan imtina ediblər. Mərkəzin ümumi cərrahı Ilqar İsmayılov və döş qəfəsi cərrahı Elmar Məmmədovun birgə icra etdikləri əməliyyat uğurla nəticələnib.

Ümumi cərrah İlqar İsmayılov əməliyyatın mürəkkəbliyi barədə məlumat verərək deyib: "Xəstənin özəlliyi onda idi ki, qida borusundakı darlıq yuxarıdan - boyun hissəsindən başlanırdı. Cərrahi mürəkkəbliyi isə yemək borusunun plastikasının kəsilib çıxardılaraq mədə ilə əvəz olunması və mədənin boyuna çəkilməsi idi. Əməliyyat 3 bölgədə- qarın boşluğu, döş qəfəsi və boyunda aparılır. Həmin əməliyyatlar ciddi ağırlaşmalarla müşahidə olunur və xəstələrin əməliyyatətrafı dönəmlərdəki ölüm faizi çox yüksəkdir. Ona görə həmin xəstələri laparoskopik yolla əməliyyat apardıq, yəni endoskopik kəsik olmadan - qarın boşluğu açılmır, döş qəfəsində kəsik aparılmır, dəliklərdən endoskop vasitəsilə icra olunur, yemək borusu tamamilə kəsilib çıxarılır, mədədən yemək borusu düzəldilir və döş qəfəsindən çəkilərək boyuna birləşdirilir. Xəstə bir həftə ərzində sağalaraq evə buraxılır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1496   Tarix: 10 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571