Vəkili Fədayə Laçının şəraitsiz vəziyyətdə saxlanılmasından danışdı - ÖZƏL

Vəkili Fədayə Laçının şəraitsiz vəziyyətdə saxlanılmasından danışdı - ÖZƏL"Fədayə xanımla bağlı hələlik istintaq prosesində hər hansı yenilik yoxdur. Son ayda heç bir istintaq işi aparılmayıb. Özü ilə görüşmüşəm, normaldır. Azadlıq üçün, tamaşaçıları, sevənləri üçün darıxıb".

Bu sözləri Sfera.az-a açıqlamasında məhbus müğənninin vəkili Türkel Süleymanlı deyib. Onun sözlərinə görə, müğənninin səhhəti normaldır, həkim nəzarətindədir.

Vəkil yaxın günlərdə Fədayə Laçınla bağlı qəti-imkan tədbirinin dəyişdirilməsi üçün yenidən müraciət edəcəklərini bildirib:

"Heç bir istintaq işi aparılmadan Fədayə Laçının həbsdə qalması heç kimə faydalı deyil. O istənilən vaxtda istintaq prosesi ilə əlaqədar gəlib-getməyə hazırdır. Lakin heç bir iş aparılmadan onun aylarla həbsdə qalması qanunvericiliyə də ziddir. Səbəb olmalıdır. Fədayə Laçın nə zaman istintaqdan qaçıb, gizlənib? Sabah haqqında cəza tədbiri seçilsə, daha normal şəraitli bir yerə, düşərgəyə göndəriləcək. Lakin indiki gündə daş divar arasında cəza çəkməsi onun səhhətinə ziyandır. Belə şəraitsiz yerdə qalmaq çətindir".

Vəkil məhkəmə prosesinin gecikməsindən də danışıb:

"Bilmirik ki, məhkəmə prosesi hansı səbəbdən gecikdirilir. Heç bir hərəkət yoxdur".

T.Süleymanlının sözlərinə görə, məhkəmə Fədayə Laçını təqsirli hesab etsə, bu zaman haqqında verilən həbs müddəti onun dustaq həyatı yaşadığı gündən hesablanacaq.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2055   Tarix: 08 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu gün Ədalət Şükürovun evində toydur

Bu gün Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyudur. Axşam.az xəbər verir ki, məclis şəhər restoranlarından birində keçiriləcək. Toya şou-biznes nümayəndələri dəvət olunub. Qeyd edək ki, Ə.Şükürovun qızı Jalənin nişanı yanvarın 28-də olub

05.05.2024 809
.

Hüsniyə Məhərrəmli: "Mən Masazırdan təzə çıxmışam" - FOTO

Aparıcı Hüsniyə Məhərrəmli "Instagram" hesabında diqqət çəkən paylaşım edib. xəbər verir ki, aparıcı Amerikada doğum günü məclisinə qatılarkən, ona çox bəzənməməyi tapşırdıqlarını söyləyib. "Sergionun ad gününə gedirəm. Deyiblər, sadə geyin, bura Amerikadır, çox bəzənmirlər. Mən Masazırda

06.05.2024 1129
.

"Ölü qadının ruhu içimə girdi" - Kobra Muratdan ŞOK açıqlama

Qeyri-adi güclərə sahib olduğunu iddia edən türkiyəli qaraçı müğənni Kobra Murat ona necə "vergi verilməsindən" danışıb. -ın xəbərinə görə, müğənni sosial şəbəkə hesabındakı canlı yayımda şok açıqlama verib. "17 yaşım olardı. Qonşumuzda tənha yaşayan bir Zöhrə nənə var idi. Zöhrə nən

05.05.2024 689
.

Nebahat Çehre əməliyyat olundu

Türkiyəli aktrisa Nebahat Çehre bir neçə gün əvvəl özünü pis hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, aktrisanın ürəyinə stent qoyulub. Hazırda onun vəziyyətinin yaxşı olduğu və müalicəsinə ev şəraitində davam etdiyi bildirilib. Qeyd edək ki, Nebahat son olaraq "Menajerim

07.05.2024 564
.

Serenay Sarıkayadan yeni FOTOLAR

Türkiyəli aktrisa Serenay Sarıkaya yeni serialı "Kimler geldi kimler geçti"nin təqdimat gecəsinə qırmızı paltar geyinib. xəbər verir ki, aktrisa görüntüləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, serial Netflix də yayımlanacaq

08.05.2024 224
.

Nihat Doğan boşanır

Türkiyəli müğənni Nihat Doğan və yoldaşı Arzu Doğan boşanmaq qərarı verib. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Boşanmağa səbəbin qısqanclıq olduğu iddia olunur. Qeyd edək ki, cütlük 2 il əvvəl evlənib

07.05.2024 726
.

Hüseyn Həsənov Ədalət Şükürovun qızının toyunda

Rusiyada populyarlaşan bloger Hüseyn Həsənov Əməkdar artist Ədalət Şükürovun qızının toyunda iştirak edib. OLAY yazır ki, Hüseyn Jalənin xoş günündə yer alıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Qeyd edək ki, Jalə bir neçə gün öncə Ənvər adlı bəylə ailə qurub

07.05.2024 1020
.

Ədalət Şükürovla xanımı - Foto

Xəbər verdiyimiz kimi, Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyu olub. Axşam.az-ın məlumatına görə, müğənni xanımı ilə obyektivlərə tuş gəlib. Ə.Şükürovun həyat yoldaşı ilə fotosunu təqdim edirik:. Qeyd edək ki, Jalə Ənvər adlı bəylə ailə qurub. Ə.Şükürovun Emil adlı oğul övladı da var

06.05.2024 1725
.

"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - Video

Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov və aktrisa Solmaz Hətəmova "Sabahın xeyir, Azərbaycan" verilişində qonaq olublar. Axşam.az xəbər verir ki, 1964-cü ildə yayımlanan "Sehrli xalat" filminin aktyorları ekran işində necə rol aldıqlarından danışıblar. S.Hətəmova filmdə "Zərifə"

05.05.2024 450