Dollarla kredit olanlara şad xəbər - Prezidentə müraciət olunub

Dollarla kredit olanlara şad xəbər - Prezidentə müraciət olunubVahid Əhmədov: "Biz cənab Prezidentdən dollarla olan kreditlərin müəyyən hissəsi ilə bağlı humanist addım atmasını xahiş etdik".

Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranan və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinəcək.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" qanun layihəsində öz əksini tapıb. Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasında qəbul edilib.
Qanun aprelin 1-dən qüvvəyə minəcək. Azərbaycanda devalvasiya baş verdikdən sonra ölkədə problemli kreditlər çoxalmağa başladı. Həmin problem hələ də həllini tapmayıb. Əhali bu kreditlərin qaytarmaqda çətinlik çəkir, bank sektorunun sağlamlaşıdırlması sahəsində isə problemli ktreditlərə görə müəyyən problemlər yaranır. Əhalinin dollarla olan kreditlərinə müəyyən güzəşt oluna bilərmi?

Məsələ ilə bağlı İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri iqtisadçı – ekspert Vüqar Bayramov Sonxeber.az-a açıqlamasında bildirib ki, xarici valyutada olan kreditlərə güzəştlərin tətbiq edilməsi ilə bağlı İqtisadi Sosial İnkişaf Mərkəzinin hələ üç il əvvəl təkliflər paketi hazırlanıb. Məsələ ilə bağlı Dövlət, vətəndaş, müəyyən müştəri və bank arasında məsələhətləşmə aparıla bilər. Nəticə etibarilə bu problemin müəyyən qədər azalmasına, güzəştin tətbiq edilməsinə gətirib çıxaracaq. Amma problemli kreditlərlə bağlı güzəştin verilməsini söyləmək çətindir. Çünki, bütün hallarda qərarı hökumət verir. Biz güzəştin verilməsinin tərəfdarıyıq:

"İqtisadi Sosial İnkişaf Mərkəzi tərəfindən hələ 2015-ci ilin əvvəlində birinci devalvasiyadan sonra dollarla kolan kreditlər güzəşt edilməsi ilə bağlı təklif hazırlandı. Güman edirik ki, güzəştlərin verilməsi məsələsi aktualdır. Hökumət və dövlət quurmları həmin güzəşt paketindən istifadə edərsə, bu problemli kreditlərin həcminin azalmasına, bank sektorunun sağlamlaşdırılmasına və kredit götürənlərin öhdəliklərinin azalmasına gətirib çıxara bilər. Artıq növbəti addım Maliyyə Nazirliyi və Mərkəzi Bankın mövqeyindən asılıdır. Güzəşt tətbiq edilərsə, bu əhalinin xərclərinin azalmasınasəbəb olacaq. Vətəndşalar ödənişlərin bir qismindən azad ediləcək, bankların problemli kreditlərinin həcmi azalacaq. Bu baxımdan güzəştlərin tətbiq edilməsi vətəndaşlar və banklar üçün məqbul və əhəmiyyətli hesab olunur.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov Sonxeber.az- açıqlamasında "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" qanun layihəsinin qəbul edilməsinə münasibət bildirib.

Onun sözlərinə görə, Milli Məclisdə sığorta borclarının silinməsi ilə əlaqədar olaraq həmin qanunu birinci oxunuşda qəbul elədik. Bu çox ciddi qanun layihəsidir. Sığorta bazarının stabilləşməsi, işəgötürənlərin sığorta borclarının silinməsi üçün atılan bir humanist addım idi. Buna görə, Cənab Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.
Millət vəkili deyib ki, dollarla olan kreditlərin də qaytarılması üçün cənab Prezident tərəfindən sərəncam verilməsini arzu etdik. Çünki bu problem hələ də qalmaqdadır. Onun həll olunmaması Azərbaycanın maliyyə bazarına, kredit bazarına təsir göstərir. Bankların sağlamlaşdırılmasında müəyyən problem yaranır. Ona görə də, biz cənab Prezidentdən dollarla olan kreditlərin müəyyən hissəsi ilə bağlı humanist addım atmasını xahiş etdik.

Dollarla olan problemli kreditlərin Hökumət, Mərkəzi Bank və kommersiya bankları arasında bölüşdürülməsi ilə bağlı təklifimiz olub. Həmin kreditlər bu cür bölüşdürlsə bu problem yalnız hökumətin üzərində qalmaz:

"Bu kreditlərə güzəşt tətbiq edilməsi ilə bağlı 14 səhifəlik təklif vermişik. Hələlik bu təklifə baxılmayıb. Son vaxtlar müəyyən qədər maliyyə vəziyyəti yaxşılaşıb, problemlər aradan qalxdığı üçün biz xahiş edirik ki, əhalinin vəziyyətini yüngülləşdirmək, bankların sağlamlaşdırılması üçün Cənab Prezident belə bir sərəncam versin, yaxud biz bu sahədə qanun layihəsi qəbul edək. Həmişə olduğu kimi Cənab Prezident İlham Əliyev tez-tez humanist addımlar atır. Yəqin ki, bizim fikirlərimizə diqqət yetirilər, dolalrla olan kreditlər güzəşt edilməsi ilə bağlı addım atıla bilər. Problemli kreditlər sahəsində müəyyən güzəştlərin edilməsi ilə bağlı bu addımın atılması mümkündür. Çünki bu həm əhali, həmdə banklar üçün vacibdir".

Deputat vurğulayıb ki, ölkədə manatın devalvasiyadan sonra dollarla olan kreditlərin qaytarılması sahəsində problemlər yaranıb. Məhkəmələrdə bu məsələ ilə bağlı kifayət qədər işlər qalıb. Bunun həlli üçün bu addımın atılmasına ehtiyac var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4509   Tarix: 07 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133