Rusiya ordusunun generalı və daha 38 hərbçisi Suriyada həlak oldu

Rusiya ordusunun generalı və daha 38 hərbçisi Suriyada həlak olduRusiya Müdafiə Nazirliyinə məxsus olan və Suriyadakı Hmeymim aviabazası yaxınlığında bu gün qəzaya uğrayan An-26 hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində general da olub.

BiG.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə WarGonzo Telegram-kanalında məlumat yer alır. Bildirilir ki, həlak olanlardan biri silahlı qüvvələrin generalı Vladimir Yermeyevdir.

Qəzada generalın həlak olduğu barədə "Fontanka" saytı da öz mənbələrinə istinadən xəbər verir. Hələlik rəsmi qaynaqlar bu məlumatı şərh etmir.

Qəzaya uğrayan təyyarə Rusiya Hava Kosmik Qüvvələrinin Sankt-Peterburqda dislokasiya olunmuş 6-cı ordusunun sərəncamında olub. Müdafiə Nazirliyi təyyarənin uçuşdan əvvəl bütün yoxlamadan keçdiyini, texniki nasazlıq aşkarlanmadığını bildirir.

WarGonzo Telegram-kanalı onu da bildirir ki, göyərtədə "Vagner" özəl hərbi şirkətinin döyşçüləri də olub. Təyyarə Dəməşq-Latakiyə avtomobil yolunun yaxınlığına düşüb. "Enərkən təyyarə birdən yana əyildi, haradasa bir saniyə sonra yenidən düzəldi, sonra kəskin şəkildə aşağı düşməyə başladı, yerə dəyəndə yanı üstə aşdı və qanadı qopdu. Yerli sakinlərin istixanalarının üstünə düşdü, xeyli yerdə sürüşdü və sonra yanğın başladı"-şahidlərdən biri danışıb.

O da bildirilir ki, təyyarə bu gün Hmeymimdən Hələb əyalətindəki Kveyris aerodromuna uçub, orada mühərriklərini söndürmədən bir az gözləyib və texnki yoxlamadan keçmədən geri qayıdıb.

***21:27

Rusiya Müdafiə Nazirliyinin An-26 nəqliyyat təyyarəsi Hmeymim aviabazası yaxınlığında qəzaya uğrayarkən silahlı qüvvələrin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov da bazada olub.

Virtualaz.org xəbər verir ki, bu barədə RBC agentliyinə Rusiya Müdafiə Nazirliyindəki iki ayrı mənbə bildirib. Məlumatı nazirliyə yaxın digər mənbə də təsdiqləyib. Lakin general Gerasimovun hansı məqsədlə Suriyaya səfər etdiyi barədə məlumat verilmir. Mənbələr deyiblər ki, Baş qərargah rəisinin qəzaya uğrayan təyyarədə olmadığı dəqiqdir.

21:21

Rusiyanın Suriyadakı Hmeymim aviabazasına enərkən qəzaya uğrayan An-26 hərbi-nəqliyyat təyyarəsi Hələb əyalətindəki Kuveyris hərbi aerodromundan havaya qalxıbmış. Virtualaz.org xəbər verir ki, bu iki hərbi baza arasında məsafə cəmi 200 kilometr təşkil edir. RF-36162 bort nömrəli təyyarə Hələb bölgəsindəki hərbi əməliyyatlarda iştirak edən Rusiya hərbçilərini Hmeymim bazasına qaytarırmış. Lakin göyərtədəkilərin kimlikləri və hərbi rütbələri barədə məlumat verilmir. Bununla belə təyyarəni mayor rütbəli hərbçinin idarə etdiyi məlumdur.

Hmeymim bazası yaxınlığında yaşayan sakinlər deyiblər ki, təyyarə yaşayış məntəqəsinə düşə bilərdi. Lakin ekipaj son anda təyyarənin istiqamətini yaxınlıqdakı sitrus plantasiyasına döndərə bilib.

Həmin təyyarə bundan əvvəl jurnalistləri press-turlara aparmaq üçün istifadə edilmişdi. Təyyarə 1980-ci ildə istehsal olunub, qəzanın səbəbi kimi hələlik texniki nasazlıq əsas versiya kimi göstərilir. Rusiya Müdafiə Nazirliyi təyyarəyə yerdən atəş açılmadığını bildirir. Müdafiə naziri Sergey Şoyqu hadisə barədə Sverdlovsk vilayətində səfərdə olan prezident Vladimir Putini telefonla məlumatlandırıb.

Xatırladaq ki, ötən il də Rusiya Müdafiə Nazirliyinin Tu-154 təyyarəsi Suriyaya uçarkən Qara dənizə düşmüşdü. Nəticədə Müdafiə Nazirliyinin hərbi orkestri tam heyətdə , o cümlədən bir neçə humanitar yardım işçisi və vəzifəli şəxs həlak olmuşdu.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 506   Tarix: 07 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Amsterdamda keçirilən nümayişdə 100-dən çox ətraf fəal saxlanılıb

Amsterdam polisi şəhərin hərəkətli yollarından birini bağlayan Extinction Rebellion təşkilatının 100-dən çox ətraf mühit fəalını saxlayıb. "Report"un məlumatına görə, bu barədə NOS telekanalı məlumat yayıb. Belə ki, iki yerdə səkkiz avtomobil dairəvi yolu kəsib. Fəallar "ING Bank"ı

19:20 143
.

Bakıda restoranda yanğın olub: Üç nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış bir ədəd kompressor yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Vurğulanıb ki, yanğın zamanı üç nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib. Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğı

22:00 164
.

Britaniya özünün hipersəs raketlərini hazırlamağı planlaşdırır

Böyük Britaniya 2030-cu ilə qədər hipersəs qanadlı raketləri hazırlamağı və ordunun istifadəsinə verməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Daily Telegraph" qəzeti məlumat yayıb. Qeyd olunub ki, Britaniya ordusu raketlərin sürətlə hərəkət edə bilməsini, yeni silahları

20:20 125
.

İstanbul aeroportu Avropanın ən işlək hava limanı oldu

İstanbul aeroportu Avropanın ən işlək hava limanı olub. Bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının ("Eurocontrol") 15-21 aprel tarixləri üzrə Avropa Aviasiya Hesabatında bildirilib. Məlumata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1424 uçuş həyat

21:40 114
.

Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı

Ulan-Udedə itkin düşənlər siyahısında olan dörd yaşlı uşağın meyiti tapılıb. Onun meyiti yaşadığı evin əlavə qarajında, paltaryuyan maşında gizlədilib. Körpənin ailəsi şübhə altına düşüb. Qeyd olunur ki, uşağın itməsi ötən gecə məlum olub. Polis və könüllülər onun axtarışına çıxıblar. Nəticədə oğlanı

21:00 306
.

Portuqaliya keçmiş koloniyalara təzminat ödəməkdən imtina etdi

Portuqaliya hökuməti prezidentin bəyanatının əksinə olaraq, müstəmləkəçilik dövründə köləlikdən zərər çəkmiş dövlətlərə təzminat ödəməmək qərarına gəlib. Məlumata görə, 15-ci əsrdən 19-cu əsrə qədər portuqaliyalı dənizçilər altı milyon afrikalını Atlantik okeanından zorla keçirərək köləliyə (əsasən Braziliyaya

15:30 170
.

"Oman LNG" "TotalEnergies" ilə ildə 800 min ton MTQ tədarükü haqqında müqavilə imzalayıb

Omanın "Oman LNG" şirkəti Fransanın "TotalEnergies"i ilə ildə 800 min ton mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü üçün müqavilə bağlayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Oman LNG"nin bəyanatında bildirilib. Müqavilənin şərtlərinə görə, "Oma

17:10 156
.

Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətlər

16:30 166
.

Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?

"Qəzza zolağının minalardan təmizlənməsi və dağıntıların təmizlənməsi 14 il çəkəcək". Bunu BMT-nin minalarla mübarizə üzrə yüksəkvəzifəli rəsmisi Per Lodhammar bildirib. Onun sözlərinə görə, müharibə nəticəsində anklavın ərazisində 37 milyon tona yaxın dağıntı yaranıb. Eyni zamanda, partlamamı

11:10 172