Dəm qazından boğulan jurnalistin oğlu hadisənin TƏFƏRRÜATLARINI danışdı

Dəm qazından boğulan jurnalistin oğlu hadisənin TƏFƏRRÜATLARINI danışdıTanınmış hüquqşünas və jurnalist, "Femida-007" qəzetinin baş redaktoru Əyyub Kərimovun öz evində dəm qazından boğularaq ölməsi onu tanıyanların sarsılmasına səbəb olub.

Bədbəxt hadisə paytaxtın Nərimanov rayonunda yaşanıb.

Bununla bağlı Bakı şəhər prokurorluğu məlumat yayıb. Bildirilib ki, martın 2-də saat 14 radələrində 1958-ci il təvəllüdlü, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 132-də qeydiyyatda olan Kərimov Əyyub Zakir oğlunun yaşadığı mənzilin hamam otağında ailə üzvləri tərəfindən kəskin qaz iyi hiss olunmaqla meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Həmin məlumat əsasında rayon prokurorluğunun əməkdaşları dərhal həmin ünvana gedərək məhkəmə-tibb ekspertinin, Bakı Regional Qaz İstismar Departamentinin Nərimanov texniki istismar xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Müayinə zamanı meyitin bədən səthində hər hansı xəsarət aşkar edilməyib. Meyitin aşkar olunduğu şərait onun dəm qazından boğulmasına əsaslı şübhələr yaratdığından meyit daxili müayinə olunaraq ölümün səbəblərinin müəyyən edilməsi üçün Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyininin Nərimanov rayon şöbəsinə göndərilib. Daxili müayinə zamanı müəyyən edilib ki, Ə.Kərimovun ölümünə səbəb "dəm qazı ilə zəhərlənmə" olub.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

BiG.AZ xəbər verir ki, Modern.az saytı mərhum jurnalistin oğlu Zakir Kərimovla həmsöhbət olub. O, hadisənin təfərrüatlarından söz açıb:

"Atam hər gün işə getməzdən qabaq duş qəbul edirdi. Həmin gün duş qəbul edən zaman hava küləkli olduğundan binanın suisidici ilə əlaqəli havalandırmasından külək geri daxil olub və seksiyaların hamısında tam yanma baş verməyib. Bu səbəbdən dəm qazı birbaşa içəri dolub. Qapı da bağlı olduğundan qazın çölə axını mümkün olmayıb.

Atam evdə tək, anam və bacım isə işdə idilər. Təxminən günorta saatlarında əvvəlcə anam, sonra bacım evə gəlib. Hamamdan su səsi gəlsə də, qapını döyərkən heç bir səs eşitməyiblər. Buna görə də onlar qapını sındırıb içəri daxil olublar".

Z.Kərimovun sözlərinə görə, Əyyub Kərimovu hamamda tapan ailə üzvləri dərhal təcili tibbi yardım çağırıblar:

"Təcili tibbi yardımın həkimləri baxış keçirəndən sonra polisə xəbər vermək lazım olduğunu bildirib. Prokurorluq hadisə yerinin şəklini çəkib, lakin atamın cəsədini yerindən tərpətməyiblər. Bundan sonra cəsədi ekspertizaya aparıblar, orada bədənə baxış keçirilib və yarılıb. Nəticə olaraq ekspertiza "dəm qazından boğulma" diaqnozu qoyub".

Hadisə baş verən zaman müsahibimiz hərbi xidmətdə olub:

"Bədbəxt hadisə baş verəndə mən Bakıda deyildim. Sonradan xəbər verildiyi üçün gəlmişəm. Hazırda istintaqın davam edib-etməməsi ilə bağlı dəqiq məlumatım yoxdur. Çünki indi rayondayıq. Atam Qaxda ata-anasının yanında dəfn olunub. Ayın 10-u Bakıda saat 11-dən axşam saat 5-ə qədər "Gənclik"dəki "Tural" mərasim zalında yas mərasimi keçiriləcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 989   Tarix: 06 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Daha bir erməni yalanı ifşa edildi - VİDEO

Qondarma soyqırımı ilə bağlı miflər illər keçdikcə daha da artır. Erməni yalanlarının vaxtaşırı ifşa olunmasına baxmayaraq, onlar bitib-tükənmək bilmir. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib. Qeyd olunub ki, Hitlerin adına yazılan "Ermən

22:20 0
.

Paşinyanla Koçaryan yenidən üz-üzə - TƏHLİL

Ermənistanın sabiq prezidenti Robert Koçaryan dörd kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş rayonunda baş verən kiçikmiqyaslı aksiyalardan istifadə etmək qərarına gəlib. Uzun müddətdir gizli ittifaq qurduğu Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazanı da bu oyuna qoşan siyasətçi İrəvan və digə

21:30 95
.

Xoşqədəmlə Doğuş efirdə əkizlərinə ad günü etdi - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun əkiz övladlarının 8 yaşı tamam olub. xəbər verir ki, cütlük oğulları üçün "Günaydın Azərbaycan" verilişində ad günü ediblər. Həmin görüntüləri təqdim edirik:

18:23 493
.

18 mindən çox iştirakçının yarışdığı "Bakı marafonu 2024" start götürüb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı marafonu 2024"ə start verilib. xəbər verir ki, yeddinci dəfədir təşkil edilən marafonda 18 mindən çox iştirakçı yarışır. Marafonda 200-dən çox fəxri qonaq, altı mindən çox tələbə iştirak edir. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəd

10:52 214
.

KİV: Rusiya Avropada təxribat hazırlayır

Rusiya Avropada təxribat hazırlayır. "Report" xəbər verir ki, bu barədə "Financial Times" üç Avropa ölkəsinin kəşfiyyat xidmətlərindən adı açıqlanmayan mənbələrə istinadən yazıb. Artıq Avropa ölkələrinin hökumətlərinin müvafiq xəbərdarlıqlar aldığı bildirilib. Materialda o da vurğulanı

19:30 129
.

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilə

16:50 180
.

KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər

Ukrayna avrobondlarının bir qrup xarici sahibləri Kiyevdən dövlət borcuna görə faiz ödənişlərinin 2025-ci ilə kimi bərpa olunmasını tələb etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" məlumat yayıb. Kreditorlar komitəsinə Ukraynanı

20:50 104
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 216
.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

13:49 10063