Əhalinin DİQQƏTİNƏ! Borclar SİLİNİR

Əhalinin DİQQƏTİNƏ! Borclar SİLİNİRMilli Məclisin bu gün keçirilən plenar iclasında "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi barədə Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

Bildirilib ki, ölkə başçısının təqdim etdiyi layihə sahibkarlığın inkişafı, biznesinvestisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirlərinə dəstək məqsədi daşımaqla yanaşı hüquqi və sahibkarlıq fəaliyyət ilə məşğul olan fiziki şəxslər üçün əlverişli sığorta mühitinin stimullaşdırılmasına xidmət edir.
Layihədə sığortaedənlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclarının tam məbləğdə silinməsi nəzərdə tutulub. Həmin borcları təhlil etdikdə ötən 12 il ərzində borcu olan sığortaedənlərin heç də hamısının borclarını ödəməyə cəhd göstərmədiyi və ya belə bir imkana malik olmadıqları aydın olur. Bu sahədə görülmüş tədbirlər nəticəsində məhkəmə qərarları vasitəsilə gözlənilən məqsədə kifayət qədər nail olunmayıb.
Hesabat məlumatlarına görə, sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə 1 yanvar 2006-cı il tarixə olan 199,6 milyon manat borcundan yalnız 50 faizi və ya 99,3 milyon manatı 1 yanvar 2018-ci il tarixinədək ödənilib. Beləliklə, sığortaedənlər üzrə 12 il ərzində ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcun məbləği 100,2 milyon manat təşkil edir.

Ümumilikdə isə "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" qanun layihəsi ilə sığortaedənlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Sosial Müdafiə Fondunun uçot sistemində mövcud olan məcburi dövlət sosial haqları və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış pensiya) üzrə borclarının 155,3 milyon manat hissəsinin silinməsi, 26,7 milyon manat hissəsinin isə tənzimlənməsi nəzərdə tutulur. Bundan əlavə qanun layihəsi ilə 373,7 min sığortaedənin, o cümlədən 217 min sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin məcburi dövlət sosial sığortası üzrə borcları tənzimlənəcək.
Daha sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

mənbə: olke.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7750   Tarix: 06 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrailin hücumunda öldürülən anasının bətnindən xilas edilən körpə ölüb

İsrailin hücumunda öldürülən anasının bətnindən xilas edilən körpə ölüb. xəbər verir ki, körpə Sabrin əl-Sakani bazar günü gecə yarısından az sonra Rəfahdakı xəstəxanada qeysəriyyə əməliyyatı ilə ana bətnindən çıxarılıb. Xaotik mühitdə həkimlər körpənin ciyərlərinə hava sıxmaq üçün əl nasosundan istifad

26.04.2024 388
.

İsrailin hücumları nəticəsində 10 fələstinli həlak olub

İsrail ordusunun Qəzzanın mərkəzi hissəsindəki Ən-Nüseyrat Qaçqınlar Düşərgəsi və İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə təşkil etdiyi hücumlarda 10 fələstinli həyatını itirib. xəbər verir ki, İsrail ordusunun Qəzzanın mərkəzi hissəsindəki Ən-Nüseyrat Qaçqınlar Düşərgəsinə təşkil etdiy

10:52 128
.

189819 hərfdən ibarət sözün mənası nədir?

İngilis dilində 189819 hərfdən ibarət söz olduğunu bilirdinizmi?. -ın xarici mediaya istinadən xəbərinə görə, bu söz "metionil." ilə başlayıb, ".izolösin" ilə bitir. Bu sözün tələffüzü 3 saata qədər vaxt aparır. Bu nəhəng söz 34 mindən çox amin turşusundan ibarət olan və onların siyahısın

12:57 189
.

Övladlarından Bəsdi Sevdiyevaya qadağa

Əməkdar artist Bəsdi Sevdiyeva ailəsinin ona qoyduğu qadağadan danışıb. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Zaurla Günaydın" proqramında danışıb. O bildirib ki, övladları ona efirdə ağlamağı qadağan ediblər. Bir müddət əvvəl dünyasını dəyişən həyat yoldaşı Oqtaydan danışan B.Sevdiyev

14:16 108
.

"Özünü sındırmırdı, amma qəm içində idi"

"İlhamə xanımın müsbət cəhətləri və kaprizləri var idi. Kaprizlərini insan kimi başa düşürdüm. Uşaqlıqdan ərköyün böyümüşdü, eqoistliyi də çox idi. Diqqət mərkəzində olmağı, sevilməyi xoşlayırdı". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Xəzər axşamı" verilişind

10:21 277
.

Azərbaycan I rübdə Gürcüstanın balıq tədarük etdiyi əsas satış bazarı olub

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 336 min ABŞ dolları dəyərində balıq (dondurulmuş) ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 43 % azdır. Beləliklə, Azərbaycan Gürcüstanı

17:30 0
.

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: "Son arzusunu yerinə yetirmədilər" - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini açıqlamışdı. Mərhum sənətçinin vəsiyyəti insanlar arasında marağa səbəb olmuşdu. Bəs görəsən, onun bu vəsiyyətinə niyə əməl olunmadı?. -a istinadən xəbər verir ki, bu sualla Filologiya üzrə fəlsəfə doktoru Aqi

14:38 69
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26.04.2024 293
.

Rusiya: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-nin Ukraynadakı münaqişəni bilərəkdən uzatdığını bildirib. xəbər verir ki, Şoyqu Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxış edib. Şoyqu vurğulayıb ki, ŞƏT regionunda sabitli

26.04.2024 250