İdeyalara xəyanət edənlər nüfuzunu itirir? Dünəndə qalan Kərimli erası bitir-ŞƏRH
Əli Kərimli "Müsavat" partiyasının gücünü görərək ondan istifadə etmək qərarına gəlib. Belə ki, özünün yetəri qədər tərəfdaşı olmayan, lakin özünü müxalifətin lideri kimi qələmə verən Əli Kərimli müxalifət camiyəsində nüfuzunun olmadığını bilərək Cəmil Həsənli "kart"ından istifadə edir. Hətta yanvar ayının 31-i Məmməd Əmin Rəsulzadənin Novxanıdakı heykəlini ziyarət zamanı da Müsavat partiyasının böyük kütlə ilə ziyarət etməsindən narahat olan Kərimli ayrı-ayrı mitinq keçiriləcəyi təqdirdə birgə mitinq qərarı verib. Müsavat partiyasına müraciət etməyə üzü olmayan Kərimli Milli Şuranın sədri Cəmil Həsənlini irəli verərək, onun müraciət etməsini xahiş etdiyi də bizə məlumdur.
Görünən odur ki, bir zamanlar bir cəbhədə olsalar da, Əli Kərimli daim Müsavat partiyası ilə əks qütbdən çıxış edib. Lakin son zamanlar əhatəsinin seyrəldiyini görən Kərimli "Müsavat" partiyasına yamanmağa meyllənib.
Partiyalararası münasibətlərin bəzən soyuqlaşmasından, bəzən isə mehribanlaşmasından BiG.AZ -a danışan beynəlxalq hüquq və münasibətlər üzrə ekspert Yeganə Hacıyeva bildirib ki, Müsavat və AXCP qarşı durması ilk dəfə deyil: "Bu hal dəfələrlə təkrarlanıb. Ümumiyyətlə Müsavatla AXCP hər zaman eyni mövqedə olublar. Əsasən bu münasibətlərə seçki ərəfəsində rast gəlmək olur. Əlbəttə Müsavat partiyası AXCP ilə müqayisədə daha geniş və böyük partiyadır. Çünki Müsavatın beynəlxalq münasibətləri olan, xaricdə təmsil edilən və Avropa Parlamentimdə təmsilçiyi olan partiyadır. Eyni sözləri AXCP haqqında demək olmaz. AXCP ölkə daxilində bir qrupun idarə ediyi bir partiyadır. Əvvəldən AXCP daxili və çirkli məsələlərdə istifadə olunub".
Yeganə Hacıyeva vurğulayıb ki, çoxluğun dəstəkləmədiyi və keçmiş başqanın tərəfdarı olduğu namizədin açıq pozuntu ilə başqanın seçilməsi xeyli insanın Müsavat partiyasından çıxmasına səbəb olub. Bu da nəticədə də siyasi partiyanın dərnəyə çevrilməsi ilə nəticələndi. Hansı ki, rəhbərin qohumunun, yaxınlarının və dostlarının toplaşdığı dərnəyidir. Müsavat partiyasının keçmişi ilə indiki vəziyyəti uyğun deyil. Müsavat etik qaydaları və ziyalıları önəmsədiyi partiya olub. Əli Kərimlinin sədri olduğu təşkilat zamanında fan klub kimi bir mövzu ətrafında bütün çirkli üsullardan istifadə edən təşkilatdır. Ənənəvi siyasi mədəniyyət Müsavat patiyasının 2014-cü il qurultayında sona çatdı. Yerini etik qaydalara uyğun olmayan və çox tərbiyəsiz yanaşma aldı. Siyasət isə bir elm kimi hər zaman elit yanaşma olub. Çünki təhqir zəiflərə aiddir".
Deputat Aydın Mirzəzadə isə açıqlamasında Əli Kərimli və onun kimilərinin Azərbaycanın dünənində qaldığını qeyd edib: "Onlar bugünki inkişafdan və cəmiyyətin istəklərindən çox geri qalıblar. Əli Kərimli və onun kimilərini ancaq istənilən yolla hakimiyyətə gəlmək maraqlıdır. Ölkənin problemlərinin həlli, cəmiyyətlə işlənilməsi və beynalxalq aləmdə nüfuzunun artması üçün müxalifətin də işlər görməli olduğu anlayışı onlara yaddır. Onlar seçkiləri boykot edirlər. Bir tərəfdən baş verən hadisələri qeyri-obyektiv işıqlandırmaqla öz reytinqlərini artırmağa çalışırlar. Amma unudurlar ki, cəmiyyət onun maraqlarını müdafiə edən, gələcəyinin daha yaxşı olması üçün çalışan qüvvələrə dəstək olur. Əli Kərimli və onun kimi düşünənlərə cəmiyyət hər hansı dəstək verməkdən uzaqdır. Müxalfət partiyaların tərəfdarları zəif olduğundan bir-birlərinin sosial bazalarından istifadə edirlər. Kim daha yaxşıdır münaqişəsi cəmiyyət üçün maraqlı deyil. İnsanların bugünki problemləri ilə məşğul olmayanlar hər zaman siyasətin arxa pərdəsində qalacaq".
AXCP-nin sədr müavini Ehtiram Mehdiyev bildirib ki, bu gün Azərbaycanda real müxalifət zəifləyib:
"Bunun da səbəbi ənənəvi müxalifətdir. Bütün mövzularda hakimiyyət bizdən öndə olur. Yeganə sahib çıxa bildiklərimiz idealarımızdır. Bu gün hakimiyyətə qarşı əyilməz mövqe ortaya qoymuşuqsa bu ölümə gedəcəyimiz idealarımız və vətəndaşlarımıza verdiyimiz dəyərə görədir. Amma içimizdə bu ideyaya xəyanət edənlər də var. O kəslər ki, 25 ildir ki, kimə və hansı amala xidmət etdikləri bəlli deyil. Onlar Əli Kərimli, İsa Qəmbər və ənənəvi müxalifətdir. Onların tək bildiyi şey xalqın taleyi üzərindən bazarlıq etməkdir. Onların hədəfi yoxdur. Müxalifət və cəmiyyət arasında ünsiyyət azdır. Buna da səbəb Əli Kərimlinin pafoslu çıxışıdır. 5-10 nəfər mitinqə yığır. Boş vəddlər verərək xalqı aldatmağa çalışır".
Aysel Yusifqızı
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










