Qarın piylərinin əridilməsi
Qarın piylərinin əridilməsi normal görünmək istəyən hər kəsin arzusudur və şişman qarın bir sıra xəstəliklərin mənbəyidir.
BiG.AZ AZƏRTAC-a istinadən bildirir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov deyib: "Piy hüceyrələrinin bölünməsi iki formada olur: ya hüceyrələr iki, sonra dörd yerə bölünməklə artıb çoxalır, ya da hüceyrələr şişərək böyüyürlər. Ayaqda və qolda olan piy hüceyrələri iki yerə bölünərək artan hüceyrələrdir. Həmin hüceyrələr dayaq-hərəkət sisteminin fəaliyyətində iştirak edir və əzələlərə yardım göstərir, qarın piyləri isə şişərək böyüyür. Onlar çox təhlükəlidir və artıq yük kimi əziyyət verir, çünki həmin piylər qarındakı bütün orqanları sıxır və onun normal işləməsinə mane olur".
Bəs niyə qarın qabağa çıxır və onun böyüməməsi üçün nə etmək lazımdır? Həkim-fitoterapevt həmin sualın cavabında deyib: "Qarın piyləri qarın əzələləri tonusdan düşəndə irəli çıxmağa başlayır. Onun qarşısını almaq üçün, ilk növbədə, hər gün press hərəkəti etmək lazımdır. Bunu etmək üçün əvvəlcə arxası üstə uzanaraq divara və ya çarpayıya bağlanmış ipin köməyi ilə qarın press hərəkəti edilir. Mütəmadi hərəkət edəndə ipə ehtiyac qalmır, hərəkətlər gündə 3 dəfə və hər birində 20 dəfə olmaqla yerinə yetirilir. Qarın hüceyrələri şişib böyüyəndə kip korsetdən istifadə etmək olar".
Bəs bu sahədə hansı xalq təbabəti reseptlərindən istifadə etmək olar? Xalq təbabəti bilicisi bunun üçün bir neçə resept məsləhət görüb: "100 qram acı bibər qəhvəüyüdəndə toz halına salınır, yarım litr zeytun yağı ilə qarışdırılıb qarına çəkilir və üstündən korsetlə bağlanılır. Dərini yandırmaması üçün əvvəlcə az yağ çəkilir və korset səhərdən axşama qədər çıxarılmır, yatmazdan əvvəl çıxarılır və dəri yuyulur. Hərəkət edilərkən fəal həyat tərzi yaşamaq və gündə 5 kilometrdən artıq gəzmək lazımdır. Prosedur zamanı həftədə bir dəfə qarın diametri ölçülür.
Bağırsaq mənşəli köpmə də ola bilər. Bağırsaqların hərəki fəallığı azalanda sürətli addımlarla gəzmək lazımdır. Gündə 5 kilometr hərəkət bağırsaqları işləməyə məcbur edir və tərkibində efirli birləşmələr olan dərman bitkiləri də bağırsaqların hərəki fəaliyyətini artırır.
Başqa bir reseptdən də istifadə etmək olar. Hərəsindən 100 qram cirə, razyana, qaraqınıq, pişikotu və kəcəvər bitkiləri qarışdırılır, qarışıqdan 2 xörək qaşığı 3 stəkan suda dəmlənir, hər dəfə yeməkdən əvvəl 1 stəkan içilir.
Bəzi hallarda ağır yük götürəndə mədə-bağırsaq müsariqəsi sallana bilər. Bu zaman qarın nahiyəsi aşağıdan yuxarıya doğru adi günəbaxan yağı ilə masaj edilir və möhkəm bağlanır. Prosedur hər həftə gündə bir dəfə yerinə yetirilir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1640 Tarix: 03 mart 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avropa Birliyi ölkələri Rusiyadan qaz alışını dayandıracaq
Avropa Parlamenti Avropa Birliyi ölkələrindən 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz idxalını dayandırmağı tələb edən qanun layihəsini qəbul edib. BİG.AZ DW-yə istinadən xəbər verir ki, Avropa Birliyi ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəmər
12:51 126 Dünya liderlərindən aldığı hədiyyələri satır
İtaliyanın Baş naziri Corciya Meloni dünya liderlərindən aldığı hədiyyələri xeyriyyə məqsədilə satışa çıxarır. "Qafqazinfo" xəbər verir ki, ABŞ-nin keçmiş Prezidenti Co Baydenin ona verdiyi keramika qabdan tutmuş Albaniya Baş naziri Edi Ramanın ona hədiyyə etdiyi ad günü şərfinə qədər təxminə
17.12.2025 327 Stomatoloqlardan pul tələb edən şəxslər tutuldu - Foto
Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, rayonda özlərini jurnalist kimi tanıdan iki nəfərin vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub. Balakən RPŞ-nin keçirdiyi tədbirlərl
13:02 188 Rotşildlər arasında qalmaqal: əvəzsiz incəsənət kolleksiyası bölüşdürülmür
Rotşild ailəsinin varisləri Cenevrə yaxınlığında yerləşən Preqni sarayındakı incəsənət kolleksiyası uğrunda ciddi münaqişəyə başlayıblar. xarici mediaya istinadən xəbər verir ki, bu barədə The Guardian qəzeti məlumat yayıb. Münaqişə 93 yaşlı baronessa Nadin de Rotşild ilə onun yeganə oğlunun dul arvadı
11:41 145 Qida təhlükəsizliyi pozuntularına görə cərimələr
"İnzibati Xətalar Məcəlləsinin 220-ci maddəsində qida təhlükəsizliyinin pozulması ilə bağlı müddəalar öz əksini tapmışdır". Bunu BİG.AZ-a açıqlamasında vəkil Turan Abdullazadə bildirib. O, qeyd edib ki, xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalar, restoranlar, kafelər, barlar və s.) əhalini
14:34 88 Malayziyada təhlükəli timsahlar: əhali üçün risk artır
Malayziyanın Saravak əyalətinin hökuməti timsah populyasiyasının azaldılması məqsədilə xüsusi proqram hazırlamağa başlayıb. Buna səbəb son aylarda sürünənlərin insanlara qarşı hücumlarının artmasıdır. Belə ki, təkcə 2025-ci ilin sentyabr-oktyabr aylarında timsah hücumları nəticəsində dörd nəfər həyatın
10:27 148 Dördüncü uşağa görə ipoteka krediti silinə bilər - Bu ölkədə
Rusiyada ailədə dördüncü uşağın doğulması ilə ipoteka krediti tamamilə silinə bilər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Nina Ostanina " "ya bildirib. "Hər növbəti uşağın doğulması ilə ipoteka kreditinin bir hissəsinin, dördüncü uşağın doğulması il
17.12.2025 289 Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi
Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-i davam etdirilib
13:58 112 Tramp xalqa müraciət etdi - Video
ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin yekunları ilə bağlı xalqa müraciət edib. "Qafqazinfo" xəbər verir ki, müraciət Ağ Ev tərəfindən yayımlanıb. "11 ay əvvəl xaosu miras aldım və indi bu vəziyyəti düzəltmək üzərində çalışıram", - Tramp çıxışının əvvəlində bildirib. O, demokratlar
10:23 132