"Deyirlər ki, onsuz da narkoman idilər, ölümləri nəyi dəyişəcək?"

"Deyirlər ki, onsuz da narkoman idilər, ölümləri nəyi dəyişəcək?"Yanğında xəsarət alan və dünyasını dəyişən şəxslərə qarşı qeyri-etik fikir səsləndirənlər insanlıqdan anlayışı olmayanlardır.

BiG.AZ xəbər verir ki, bu sözləri Oxu.Az-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

O, açıqlamasında ötən gün Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı xəsarət alan və dünyasını dəyişən şəxslərin ünvanına sosial şəbəkələrdə qərəzli mövqedən çıxış edənlərə münasibət bildirib.

A.Naxçıvanlı qeyd edib ki, cəmiyyətimizdə xəstə insanlara qarşı daima xüsusi diqqət və qayğı olub. Əks mövqedən çıxış edənlər insanlığa sığmayan hərəkətləri dəstəkləyənlərdir:

"Fikirlər səsləndirilib ki, onsuz da narkoman idilər, ölümləri nəyi dəyişəcək? Hər kim olsa da, öncəliklə insan və müalicə alan xəstələrdir. O zaman biz xərçəngdən əziyyət çəkən xəstələrə də deyək ki, birdəfəlik ölsünlər?!

Bu söz etik və alqışalayiq deyil. Çünki onlar da cəmiyyətin bir üzvü və vətəndaşdır. Mənə elə gəlir ki, insanda insana qarşı hər zaman mərhəmət hissi olmalıdır. Hər bir durumda hamımız onlardan köməyimizi əsirgəməməli və yaşaması üçün əlimizdən gələni etməliyik.

Əgər onlar məhv olunası insanlar olsaydı, dövlət həmin şəxslərə kömək etməz və müalicə mərkəzləri yaratmazdı. Bu səbəbdən də sosial şəbəkələrdə həmin şəxslərin ünvanına səsləndirilən fikirləri dəstəkləmir və rədd edirəm. Bu fikirlərlə razılaşanlar insanlıqdan xəbəri olmayanlardır.

Hər bir halda əgər bir insan xəstədirsə, o, müalicə almalı, cəmiyyətə qarışmalı və sağalaraq ailəsinə geri dönməlidir. Bunu da nəzərə alaq ki, xəstə insanlara müsəlman cəmiyyətində daha çox mərhəmət hissi aşılanır.

Fikrimcə, cənab prezidentin hadisə yerinə getməsi, vəziyyətlə şəxsən maraqlanması və müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqların verməsi insanlığın bariz nümunəsidir".

Qeyd edək ki, ötən gün səhər saatlarında Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb edilib.

Operativ şəkildə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan üçü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə, biri isə Sabunçu rayonu 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.

Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Azərbaycan prezidenti İlham Əliyev Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın la əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
"Deyirlər ki, onsuz da narkoman idilər, ölümləri nəyi dəyişəcək?"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3992   Tarix: 03 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133