Başgicəllənmənin əsl səbəbləri bunlardır

Başgicəllənmənin əsl səbəbləri bunlardırİnsanların əksəriyyəti bu halla tanışdır. Başgicəllənməsi zamanı insanda onu əhatə edən əşyaların onun ətrafında fırlanması və ya öz bədənin fırlanması hissi yaranır. Buna tibbdə "həqiqi baçgicəllənmə" (vertiqo) deyilir. Bəzən insanlar digər simptomları hiss etdikdə (zəiflik, gözlərin qaralması, halsızlıq və s.) onları səhvən başgicəllənməsi kimi anlayırlar. Lakin bu belə deyil.

Həqiqi başgicəllənmə tez-tez təkrarlanırsa, bu bir sıra pozulma və xəstəliklərin əlaməti ola bilər. Bu halda mütləq həkimə müraciət etmək lazımdır. İlk növbədə terapevtin müayinəsindən keçin. Lazım olduqda terapevt xəstəni digər həkimlərin (LOR, nevropatoloq, nevroloq, ortoped və s.) müayinələrinə göndərə bilər.

Beləliklə, tez-tez təkrarlanan başgicəllənmə bu kimi hallarda meydana çıxa bilər:

- vestibulyar (bədənin müvazinətini nizama salan mərkəz) sinirlərin iltihabı,

- daxili qulağın iltihabı (eşitmə qabiliyyətinin azalması, qulaqdan hər hansı ifrazatların gəlməsi ilə müşayiət olunur),

- baş beyini şişləri (güclü baş ağrıları, ürəkbulanması, qusma ilə müşayiət olunur),

- miqren (baş ağrısı, ürəkbulanması, qusma, qulaqlarda küy və s. kimi simptomlarla müşayiət olunur),

- Menyer xəstəliyi (bu xəstəlik güclü başgicəllənmələri tutmaları, bir qulaqda eşitmə qabiliyyətinin azalması, ürəkbulanması, qusma ilə müşayiət olunur),

- baş və boyun travmaları (xüsusilə avtomobil qəzalardan sonra),

- boyun osteoxondrozu (başgicəllənməsindən əlavə xəstə boyun nahiyyəsində ağrılar və hərəkətliliyin pozulmasını hiss edir),

- beyin qan dövranı pozulması, insult. Bu halda başgicəllənməsi uzunsürən olur (hətta bir neçə gün ərzində davam edə bilər), xəstədə qollarda və ayaqlarda keyimə hissi, nitqin pozulması (xəstə hətta öz adını aydın deyə bilmir) və s. ağır simptomlar meydana çıxır. Dərhal "təcili yardım" çağırmaq və xəstəni xərəkdə xəstəxanaya çatdırmaq lazımdır. Lakin onu da nəzərinizə çatdıraq ki, əksər hallarda həqiqi başgicəllənməsinin səbəbi travma və ya infeksiyanın nəticəsində insanın vestibulyar apparatında olan pozulmalardır. Belə başgicəllənmələri insanın həyatı üçün ciddi təhlükə yaratmır. Lakin insan daha diqqətli olmalıdır ki, başgicəllənməsi tutması zamanı yıxılmasın və travma almasın. Başgicəllənməsinin bu formasını nevropatoloqlar müalicə edir.

Hamiləlik zamanı qadın orqanizmində ciddi dəyşikliklər baş verir ki, bunun nəticəsində qadında tez-tez başgicəllənmələri ola bilər. Adətən bunun səbəbi hamilə qadınların qanında qlükozanın səviyyəsinin və ya qan təzyiqinin aşağı düşməsidir. Əgər başgicəllənməsi hamilə qadında tez-tez təkrarlanırsa, bu haqda mütləq qadına nəzarət edən ginekoloqa məlumat vermək lazımdır. Belə başgicəllənməsi fizioloji sayılır (yəni xəstəliyin simptomu sayılmır). Hamiləlik başa çatdıqda belə fizioloji başgicəllənməsi də artıq təkrarlanmır.

Hamiləlikdən əlavə fizioloji başgicəllənməsi bu kimi hallarda ola bilər:

- İnsan böyük auditoriya qarşısında çıxış etdikdə, qəfildən sevindikdə və ya əksinə kədərləndikdə, onun qanında adrenalin hormonu çoxalır ki, nəticədə başgicəllənməsi inkişaf edə bilər.

- Nəqliyyatda getdikdə (xüsusilə su nəqliyyatında), karuseldə yelləndikdə insan başğıcəllənməsi hiss edə bilər.

- Balanslaşdırmamış pəhrizlər də başgicəllənməsinə səbəb olur. Bu zaman insanın orqanizmi az miqdarda qlükoza alır ki, beyin "ac qalır" və bunun nəticəsində insanda başgicəllənməsi inkişaf edir.

- Çoxlu miqdarda siqaretlərin çəkilməsi, alkoqollu içkilərin və narkotiklərin qəbulu da başgicəllənmələrə səbəb ola bilər.

- Uzun müddət ərzində kompüterdə işləyən insanlarda da başgicəllənmələri tez-tez olur. Bundan əlavə bu qrup insanlarda baş ağrısı, ürəkbulanması, tez yorulma, zəiflik əmələ gəlir. Bu xoşagəlməz simptomlardan qurtulmaq üçün bu insanlar daha az vaxt kompüterdə işləməli, daha çox açıq havada olmalı, idmanla məşğul olmalıdırlar.

- Bəzi dərmanların qəbulu insanda başgicəllənməsinə səbəb ola bilər. Bu dərmanların arasında: allergiya əleyhinə preparatlar, bəzi antibiotiklər, güclü sakitləşdirici preparatlar və s. Əgər hər hansı preparatın qəbulundan sonra sizdə başgicəllənməsi əmələ gəlibsə, mütləq bu haqda öz müalicə həkiminizə məlumat verin.

mənbə: sia.az


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1085   Tarix: 02 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

TOP MP3