İran-İsrail arasında müharibə ikinci Qarabağ savaşına yol aça bilərmi? Millət vəkili
2019-cu ildə İranla İsrail arasında böyük müharibə başlaya bilər. Bu iddia ilə "Nationla İnterest" qəzeti çıxış edib. İran-İsrail müharribəsi başlayarsa Azərbaycan öz torpaqlarını azad etmək üçün yenidən Qarabağ savaşını başlada bilərmi?
Bununla bağlı BiG.AZ-a açıqlama verən deputat Zahid Oruc qeyd edib ki, İran-İsrail arasında gərginlik uzun illərdir ki, davam edir: "Əlbəttə bunun əsaslı səbəbləri var. Qarşılıqsız tanımamazlıq və nifrət aşılamaqdadılar. Əlbəttə bu da beynəlxalq münasibətlərə mənfi təsir göstərir. Eləcə bu dövlətlərin çevrəsində yerləşən ölkələrdə həm siyasi məkan olaraq həm də çoğrafi məkanlarda təhlükəli ssenarilər baş qaldıra bilər. Azərbaycan dövləti olaraq hər zaman çalışırıq ki, bu münasibətlər gərginləşməsin, danışıqlar vasitəsilə həll edilsin və müəyyən təmas xəttləri tapılsın. İran tərəfinin İsrail əlehinə mövqeləri həm tarixi həm də siyasi xarekter daşıyır. Bir tərəfdən yaxın şərqdə Tehranın yürütdüyü siyasət terrorizmə zidd kimi tanınır. Müəyyən ərəb dövlətlərin birləşdiyi ittifaqlar yaradılır. Bu cür bloklaşma da münasibətləri çətinə salır. Tramp dövründə Amerikanın təzədən sərt sanksiyalar dilinə keçməsi İsrailin mövqelərini daha da möhkəmləndirir. Müharibə xəbərləri yenidən mətbuatın gündəmini tutub. Əlbəttə bu da arzuolunmazdır. Bizim İranla münasibətlərimizdən aslı olmayaraq ölkədə savaşlar gedir. Bu savaşlar təkcə dövlət infrastrukturlarını məhv etmir həm də mədəni sərvətlərin və insan məskənlərinin üstünə xətt çəkir. Nəticə etibari ilə terroru gücləndirir. Nəticə etibarı ilə daha geniş meydan verir. İsrailin əlində güclü arqumentlər var? Onlar İranın mövqeyini pisləyir. Ötən dövr ərzində məxvi yazışmalar ortaya çıxdı. Bununla da bəlli oldu ki, ərəb şeyxləri İranın vurulması üçün Obamadan xahiş ediblər. Həmçinin İsrail ilə də gizlin əməkdaşlıq ediblər".
Zahid Oruc vurğulayıb ki, Azərbaycanın siyasi adamları bu bölgədə müharibənin olmaması üçün əlindən gələni edir: "Biz nə qədər təcavüzə məruz qalsaq da sülh dövlətiyik. Müharibənin nə olduğunu bizim insanlarımız yaxşı bilir. Bilirsiniz danışıqlar prossesi o qədər də asan deyil. Bilirsiniz ki, Fələstin məsələsi, İran qoşunlarının 5 ölkədə xidmət göstərməsi bu kimi faktlar vəziyyəti daha da gərginləşdirir. Belə savaşların Qarabağ müharibəsinin başlamasına səbəb olacağını düşünmürəm. Çünki Azərbaycan gözləmə mövqeyində deyil. Biz danışıqlarla çalışırıq ki, ermənilər ən azında Qarabağ ətrafı əraziləri boşaltsınlar. Bu da danışıqların növbəti raunduna keçid deməkdir. Həm də Azərbaycan gələcəkdə öz torpaqlarına qovuşa bilsin. Qarabağ müharibəsi həqiqətən öz miqyasını aşa bilər. Onun nəticələri cilovlanmasa sərhədləri aşa bilər. Çünki 90-cu illərdə mövcud olan silahlarla müqayisədə Azərbaycanda güclü raketlər mövcuddur. Qarşı tərəf İsgəndər raketinin kölgəsində gizlənməyə çalışırlar. Ermənistan-Azərbaycan arasında yeni müharibəsi əvvəlki Qarabağ savaşının sərhədlərini aşa bilər. Əsas dövlətlərində bu savaşa qoşulması kimi təhlükəli ehtimallar da var. Qarabağ savaşı İran-İsrail müharibəsindən aslı olması fikri ilə razı deyiləm" .
Aysel Yusifqızı
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 890 Tarix: 01 mart 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254