Prezident seçkilərində iştirak edəcək seçicilərin siyahısı dəqiqləşdirildi

Prezident seçkilərində iştirak edəcək seçicilərin siyahısı dəqiqləşdirildi2018-ci il üzrə daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi prosesinə yekun vurulub

BiG.AZ xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasından məlumat verilib. Verilən məlumata görə, seçici siyahıları seçkilərin azad, ədalətli və şəffaf keçirilməsini şərtləndirən mühüm amillərdən biridir. Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi, 2018-ci il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə start verilib. Mərkəzi Seçki Komissiyasının bilavasitə rəhbərliyi altında ardıcıl və intensiv şəkildə aparılan genişmiqyaslı və çox əhatəli proses nəticəsində son illərdə olduğu kimi, cari il üçün də seçici siyahılarının dəqiqliklə və yüksək keyfiyyətlə hazırlanmasına nail olunub.

Dəqiqləşdirməyə ölkə üzrə bütün aşağı seçki komissiyalarının otuz mindən artıq üzvü cəlb olunub və bütün proses boyunca həm Daxili İşlər Nazirliyi, həm Ədliyyə Nazirliyinin müvafiq orqanları, həm də yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq edilib.

Siyahıların dəqiqləşdirilməsi zamanı MSK-nın 115 nömrəli qaynar xətti və internet səhifəsindəki on-line müraciət imkanı mütəmadi şəkildə seçicilərin ixtiyarında olub və görülən işlərin səmərəliliyinin daha da artırılmasında əhəmiyyətli rol oynayıb. Dəqiqləşdirmə prosesinin bütünlüklə effektiv həyata keçirilməsinə və siyahıların yüksək standartlara uyğun tərtib və çap olunmasına heç şübhəsiz ki, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin uğurla tətbiqi və texniki imkanları daha da təkmilləşdirilmiş xüsusi proqram təminatları çox mühüm töhfə verib.

Mərkəzi Seçki Komissiyasının üzvləri kütləvi informasiya vasitələrinin də iştirakı ilə fevralın 28-də Komissiyanın inzibati binasında vahid seçicilər siyahısının 2018-ci il üzrə yenidən tərfib edilmiş variantı ilə yaxından tanış olublar. Media təmsilçiləri tərəfindən geniş işıqlandırılan tədbirdə qeyd olunub ki, vahid seçici siyahılarının yenidən tərtib edilməsi, yoxlanılması və
dəqiqləşdirilməsində fasiləsiz on-line rejimdə işləyən dövlət avtomatlaşdırılmış informasiya sisteminin yaratdığı imkanlardan peşəkarlıqla istifadə olunub. Yüksək texnoloji və interaktiv mübadilə seçici siyahılarının dəqiqləşdirilməsi və ümumiləşdirilməsi proseslərini daha da
sürətləndirib, seçicilər barədə məlumatların ətraflı toplanması, bütün daxil edilənlərin orfoqrafik və qrammatik testdən keçirilməsi, təkrar və oxşar seçici məlumatlarının hərtərəfli təhlil edilməsi, habelə seçici siyahılarının keyfiyyətlə hazırlanması və çap edilməsini təmin edib.

Dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə vahid seçicilər siyahısına 5192042 seçici daxil edilib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası 2018-ci il üzrə daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsini cari il martın 3-dək başa çatdırılmasını qərara alıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 562   Tarix: 28 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264