Yeni Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi baş tutdu - FOTO

Yeni Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi baş tutdu - FOTOBu gün Tərtər rayonunda yeni Olimpiya İdman Kompleksinin (OİK) təməlqoyma mərasimi baş tutub.

BiG.AZ xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və digər rəsmilər iştirak ediblər.

Azərbaycan Respublikasının prezidenti, MOK rəhbəri cənab İlham Əliyev tərəfindən idmana, idmançılara çox böyük qayğı və diqqət ayrıldığını bildirən nazir Azad Rəhimov, hal hazırda ölkədə 43 OİK-in fəaliyyət göstərdiyini qeyd etdi . Nazir, bu gün növbəti, 44-cü OİK-in təməlinin qoyulduğunu və bu il ölkəmizdə daha iki- Lənkəran və Beyləqan OİK-in də istifadəyə veriləcəyini diqqətə çatdırdı.

Azad Rəhimov xüsusi olaraq vurğuladı ki, cəbhə bölgəsində yaşayan gənclərin sağlam həyat tərzi sürmələri, onların rahat şəkildə idmanla məşğul olmaları üçün təməli qoyulan OİK müstəsna rol oynayacaq.

Qeyd edək ki, Tərtər Olimpiya İdman Kompleksinin tikintisi Azərbayca Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulub.

·Ölkə başçısının müvafiq Sərəncamı ilə Kompleksin tikintisi işlərinin yerinə yetirilməsi üçün maliyyə vəsaiti ayrılmışdır

·Kompleksin 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tututlur

·Komleksin layihələndirilməsi Azərbaycan şirkəti olan "ArchiCo" MMC-i tərəfindən hazırlanıb

·Kompleksin tikintisini Azərbaycan şirkəti olan "Xəzər inşaat" MMC-i icra edəcəkdir

·Kompleksin tikintisi məqsədi ilə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən 4 hektar torpaq sahəsi ayrılmışdır

· İnşa ediləcək Olimpiya İdman Kompleksinin Tikintialtı sahəsi 7320 m2, ümumi sahəsi 10792 m2, yaşıllıq sahəsi 27624 m2, abadlıq sahəsi 5057 m2-dir.

· Əsas idman kompleksi binası 6 hissədən (blokdan) və 1,2 və 3 mərtəbələrdə ibarət olmaqla aşagıdakı göstəricilərə malikdir:

- 1036 tamaşaçı tribunası olan, müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan Universal idman zalı

- 174 tamaşaçı tribunası və 24x12 olçüdə üzgücülük hovuzu olan Üzgüçülük zalı

-152 tamaşaçı tribunası olan Güləş zalı

- Boks və trenajor zalları

-54 çarpayı yerlik 22 otaqdan ibarət Mehmanxana

-Restoran, mətbəx, həkim otaqları, hakimlər üçün otaqlar, işçi otaqları, tamaşaçılar üçün sanitar qovşaqlar, digər texniki və köməkçi otaqlar

Hər bir idman zalının üçün ayrı-ayrılıqda soyunub-geyinmə, sanitar qovşaq və duş otaqları nəzərdə tutulmuşdur.

Fiziki imkanları məhdud olan tamaşaçıların və idmançıların Kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün bütün zəruri şəraitin yaradılması nəzərdə tutulmuşdur

·Tərtər Olimpiya İdman Kompleksininin hazırlanmış baş planına əsasən ərazidə 1000 nəfərlik tamaşaçı tribunası olan Futbol stadionu, Mini-futbol meydançası, Voleybol - basketbol meydançaları inşa ediləcəkdir

Kompleksin enerji təchizatını təmin etmək üçün ərazidə 2 ədəd x 1000 kVa gücündə transfarmator yarımstansiyası, generator məntəqəsi, İstilik qazanxanası və nasosxana binası, Nəzarət buraxılış məntəqəsi binası, içməli və yanğına qarşı ehtiyyat su anbarları inşa ediləcəkdir

Kompleksin müasir tələblərə cavab verən kondinsoner, havalandırma, isitmə, yanğın xəbərverici siqnalizasiya, rabitə, video müşahidə, səs və digər sistemlərlə, müasir idman avadanlıqları, mebel, ləvazimatlar və digər inventarlarla təchiz olunması, eləcədə müstəqil sahəxarici elektrik, qaz, su-kanalizasiya və rabitə kommunikasıya xətlərinin çəkilməsi nəzərdə tutulur.

Aysel Yusifqızı

Yeni Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi baş tutdu - FOTOYeni Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi baş tutdu - FOTOYeni Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi baş tutdu - FOTOYeni Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi baş tutdu - FOTOYeni Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi baş tutdu - FOTOYeni Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi baş tutdu - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 829   Tarix: 28 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585