"Premium Clinic" şikayətçinin adından yalan məlumat yaydı – FOTOLAR
"Bu ilin fevral ayının 22-də sayıtımızda "Premium Clinic"də həkim səhlənkarlığı: "Boğaz əti yerinə, dilçəyini kəsdi..."" məqaləsinə "Premium clinic"adan rəsmi cavab verilib.
BiG.AZ xəbər verir ki, klinikadan Unikal.org-a göndərilən rəsmi açıqlamada qeyd edilir:
"22.02.2018 və 23.02.2018-ci il tarixində saytınızda yayımlanan "Premium clinic" də həkim səhlənkarlığı: "Boğaz əti yerinə, dilçəyini kəsdi" yazısına cavab olaraq bildiririk ki, xəstə Mahmudov Nurlan Tehrab oğlu 26.12.2017-ci il tarixində cərrahi əməliyyat olunub. 27.12.2017-ci il tarixində həkim Elçin Mahmudovun göstərişi ilə normal vəziyyətdə (heç bir şikayəti olmadan) evə buraxılmışdır. Sizin saytınızda yayımlanan məlumatdan sonra biz, xəstənin qardaşı İlkin Mahmudovla əlaqə saxladıq və o bildirdi ki, boğaz əti yerinə, dilçəyi kəsilməyib. Həkimlə aramızda maddi anlaşılmazlıq olmuşdur. Biz həkim Elçin Mahmudovla söhbət etdik, məsələni qaydasına qoyduq. Heç bir şikayət və narazılığımız yoxdur. "Premium clinic" də bizə göstərilən xidmətdən çox razı qaldığını bildirdi".
Xəstə Mahmudov Nurlan Tehrab oğlunun qardaşı İlkin Mahmudovun məsələyə münasibəti sərt olub:
"Klinikanın sizə göndərdiyi rəsmi açıqlamasında mənim adımdan əməlli-başlı yalan danışılıb. Guya ki, "Premium clinic"asının xidmətlərindən razıyam və əsassız şikayət etmişəm. Onların açıqlamalarının məntiqi belə çıxır. Sadəcə həkimlə birlikdə oturub, bu məsələni müzakirə etmişik. O, mənə bildirib ki, müəyyən məsələlərin xətrinə bu söhbəti bağlayaq. Lazım gəlsə, bunu da açıqlaya bilərəm. Bir sözlə aramızda razlığa gəldik ki, bu məsələnin üstünə getməyək. Amma mənim "Premium clinic"asından razılıq deyilən bir sözüm olmayıb. Onlar adımdan əsassız açıqlama yayıblar. Bir daha bəyan edirəm ki, qardaşım Nurlan Mahmudov həkim Elçin Mahmudovun əməliyyatından sonra dilçəyini itirib və burun damarlarının kəsilməsi nəticəsində 40 gün qanaxmadan əziyət çəkib. Bir sözlə bizə maddi ziyanla bərabər, mənəvi ziyanda dəyib. Mən nə "Premium clinic"ə getməmişəm, nə də hər hansı bir yazılı və ya şifahi şəkildə bu klinikadan razılıq etmişəm".
İlk xəbər bu linkdə yayımlanıb:




BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1531 Tarix: 26 fevral 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467