Azərbaycanda sənət adamlarının ailələrinin dağılma SƏBƏBLƏRİ: "Soyunub kişi ovuna çıxırlar"

Azərbaycanda sənət adamlarının ailələrinin dağılma SƏBƏBLƏRİ: "Soyunub kişi ovuna çıxırlar"Həm dünyada, həm də Azərbaycan cəmiyyətində müğənnilərlə bağlı müəyyən fikirlər formalaşıb. Sənət adamları xüsusilə gənc müğənnilər ya ailəsi dağılandan sonra sənətə gəlirlər ya da sənətə gələndən sonra boşanırlar.

Maraqlıdır, problem nə ilə bağlıdır? Bu, cəmiyyətdə formalaşan fikirdi yoxsa həqiqətən gənc müğənnilər boşanmağa meyllidir?

BiG.AZ bildirir ki, sosioloq Əhməd Qəşəmoğlu modern.az saytına açıqlamasında deyib ki, bütün dünyada, o cümlədən Azərbaycanda sənət adamlarına qarşı bu cür münasibəti müşahidə edirik:

"Bu problemin cavabı sosial pxisologiyada öz əksini aydın tapıb. İnsanın hər hansı bir davranışı üç güclü amilin təsiri altındadır: Mühit, insanın aldığı informasiyalar, onun üstünlük verdiyi dəyərlər.

Əgər gənc müğənnilərdə dediyimiz mənzərə müşahidə olunursa, onun səbəblərini bu üç tərəflərin hər birində axtarmaq lazımdır. Təbii ki, müğənni ondan əvvəl artıq belə bir mənzərənin yarandığını görəndə onda belə bir fikir yaranır ki,tanınmış müğənni olmaq üçün əvvəl-axır boşanmaq lazımdır.

Beynində bu fikir formalaşan adamın ailəyə qarşı münasibəti hər zaman arxa planda olur. Yəni onun qəlbindəki əsas arzusu müğənni olmaqdırsa, əlbəttə, ailə geri planda qalır. Sosial psixologiyada tamamilə əsaslandırılıb ki, hər bir insanın özünün konkret baş tələbatı olur.

Bu tələbat yerdə qalan tələbatları tənzimləyir. Əgər insanın əsas tələbatı tanınmış biri olmaqdırsa, qalan tələbatlar buna uyğun formalaşacaq. Yox əgər, bir adam gözəl ailə sahibi olmaq istəyirsə, sənəti də, təhsili də buna uyğun tənzimlənəcək. O cümlədən bu, gənc müğənnilərə də aiddir".

Ə.Qəşəmoğlu qeyd edib ki, ən mühüm rol oynayan məsələlərdən biri dəyərlərdir:

"Mənəvi dəyərlər öndə olanda bu, müğənninin həyatında fərqli rol oynayır. Digər dəyərlər ön planda olan zaman isə tamamilə başqa situasiya yaranır. Ola bilər ki, mühit imkan verməyəndə mənəvi dəyərlər müğəninin ortadan çıxmasına səbəb olsun. Bu səbəbdən qeyd etdiyim faktorları birlikdə nəzərdən keçirməliyik. Əgər ölkəmizdə gənc müğənnilərin sürətlə boşanma hallarının baş verməməsini istəyiriksə, elə bir mühit yaratmalıyıq ki, dediyim üç faktorun qarşılıqlı əlaqələri davranışa daha müsbət təsir etsin.

Müğənnilər daha çox öz həmkarlarından informasiya alırlar. Onlar da bunlara ancaq kiminsə sərgüzəştlərindən, ailənin karyeraya mane olmağından danışır. O cümlədən bu cür xəbərlərlə bağlı tez-tez mətbuatda məlumatlar gedir. Hətta filmlər çəkilir, bədii əsərlər yazılır. Yəni gənc müğənnilərin boşanmasını sürətləndirən proseslərdən biri də aldıqları informasiyalardır".

Sosioloq bildirib ki, indi bütün dünyada insanlar maddiyyata, şöhrətə köklənib:

"Mənəvi amillərə qarşı sanki böyük basqı var. Bunun hesabına bu cür proseslər ölkəmizdə də davam edəcək. Həmçinin digər qorxulu tərəf də var. Müğənnilərdən bəzən sosial, siyasi mexanizmlərin həyata keçirilməsi istiqamətində vasitəçi kimi istifadə edirlər. Yəni əgər bir ölkədə mədəniyyət, mənəviyyat sisteminə güclü təsir etmək istəyirlərsə, maraqlı olan qüvvələr müğənnilərə də müraciət edirlər.

Lakin ailəsini dağıtmadan da böyük uğurlar qazanan müğənnilər var. Onların təcrübəsini öyrənmək və geniş təbliğ etməklazımdır. Mənə elə gəlir ki, həyat yoldaşı ilə müğənninin maraqları üst-üstə düşəndə, aralarındakı sevgi hissi güclü olanda ailə dağıdılmadan da nailiyyətlər əldə etmək olar. Təəssüf ki, biz cəmiyyətimizdə bu istiqamətdə işlər görmürük. Halbuki böyük ailə ənənələrini təbliğ etmək önəmlidir".

Tanınmış psixoloq Elnur Rüstəmovdeyib ki, əslində müğənnilərin boşanması və ya ailəsini dağıtdıqdan sonra sənətə gəlməsi məsələsi nisbi yanaşmadır:

"Burada əsas məsələ sənət adamı və onun tərəf müqabilinin bir-birini nə qədər anlamasıdır. Çünki sənət adamlarının müəyyən qədər düzənli həyatları olmur, tədbirlərdə, səfərlərdə olurlar.

Onlar psixoloji baxımdan bir qədər həssas insan kimi dəyərləndirilir, diqqət istəyirlər. Digər tərəfdən müğənnilərin onlarla mütəmadi olaraq əlaqə yaradan tərəfdarları, fanatları olur. Əlbəttə bu da istər-istəməz onların tərəf müqabilində, yəni həyat yoldaşlarında qısqanclıq, narahatlıq yarada bilər.

Lakin zamanında müğənnilər psixoloji dəstək alsa, ailənin dağılmasına gərək qalmayacaq. Qeyd etdiyim kimi tərəflərin bir-birini anlaması, qarşı tərəfin müğənninin sənətini nə qədər tanıması, gözlənilən hadisələrdən məlumatlı olması önəmlidir.

Bu gün Azərbaycan mədəniyyət və incəsənətində kifayət qədər gözəl ailəsi olan və sənətdə uğur qazanan insanlar var. Boşanandan sonra müğənni olmağa can atanların psixologiyası isə tamamilə fərqlidir.

Onlar düşünür ki, ailəli olanda müəyyən qadağalar var idi, öz potensiallarını reallaşdıra bilmirdilər. Lakin ailələri dağıldıqdan sonra sərbəst olduqlarını zənn edib məşhurluğa, müğənni olmağa cəhd göstərib, özlərini sənətə həsr etməyə qərar verirlər".

Maqazin müxbiri Könül İbrahim qeyd edib ki, hələ də Azərbaycanda müğənnilərə, sənət adamlarına qarşı fikir birmənalı deyil:

"Müğənnilər özləri də həmkarı olan xanımla evlənmək istəmir, oğluna sənətçi qız almır. Bunun bir səbəbi onlara çox zaman dırnaqarası baxılmasıdır.

Eyni zamanda müğənni həyat yoldaşı olmaq asan deyil. Xüsusilə, qadın müğənnilərin həyat yoldaşları onların iş qrafikinə dözə bilmir.

Çünki bəzən xarici ölkələrə qastrola gedirlər, bəzən gec saatlara qədər toy oxuyurlar, səsyazma studiyalarında saatlar keçirirlər və sair. Ailəyə zaman ayırmağa vaxt qalmır. Bir çox müğənninin ailəsi buna görə dağılır.

Elə müğənnilər də var ki, içindəki sənət sevgisini yox edə bilmədiyi üçün ailəsini dağıdıb, sənətə gəlir. Varlı sevgili tapmaq üçün müğənni olanlar da az deyil. Onların istəyi sənət deyil, imkanlı kişi tapmaqdır. Səsləri olmasa da, hər kəs onları tənqid etsə də, veclərinə deyil. Soyunub kişi ovuna çıxırlar. Beləsi həm sənəti gözdən salır, həm də digər əxlaqlı müğənnilərin adını ləkələyir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2705   Tarix: 25 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704