Təqaüdlərin artırılması jurnalistlərə də şamil ediləcək

Təqaüdlərin artırılması jurnalistlərə də şamil ediləcəkMəlum olduğu kimi, fevralın 22-də prezidentin sərəncamı ilə fərdi, xüsusi və fəxri adlara görə aylıq təqaüdlər artırıldı.

BiG.AZ Musavat.com-a istinadən məlumat verir ki, dəyişikliyə görə prezidentin fərdi təqaüdünün məbləğinin martın 1-dən 1300 manatdan 1450 manatadək, gənc istedadlara xüsusi təqaüdlər 300 manatdan 400 manata qədər artırılıb. Həmçinin martın 1-dən "Xalq" fəxri adından ötrü təqaüd 150 manat, "Əməkdar" fəxri adına görə isə 100 manat müəyyən edilib. Xatırladaq ki, əvvəlcə "Xalq" fəxri adına görə 100, "Əməkdar" fəxri adına görə isə hər ay 60 manat ödənildiyi bildirilirdi.

Qeyd edək ki, ölkə mətbuatında "Əməkdar" fəxri adını almış çoxsaylı jurnalistlər var. Onlardan "Yeni Müsavat" qəzetinin baş redkatoru Rauf Arifoğlu, qəzetin redaktoru Zahid Səfəroğlu, "Ayna", "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı, "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, "Gündəlik Teleqraf" MMC-nin direktoru Aynur Camalqızı və digərlərini qeyd etmək olar.

Maraqlıdır, prezidentin sərəncamı "Əməkdar" fəxri adını almış jurnalistlərə də şamil ediləcəkmi?

Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev sualımızı bu cür cavablandırdı: "Bəli, prezidentin sərəncamı "Əməkdar" fəxri adını almış jurnalistlərə də şamil ediləcək. Sərəncama əsasən onların təqaüdləri martın 1-dən artırılacaq. Belə ki, əvvəlcə bu təqaüd 60 manat idisə, hazırda 100 manat olacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 450   Tarix: 24 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı

Ulan-Udedə itkin düşənlər siyahısında olan dörd yaşlı uşağın meyiti tapılıb. Onun meyiti yaşadığı evin əlavə qarajında, paltaryuyan maşında gizlədilib. Körpənin ailəsi şübhə altına düşüb. Qeyd olunur ki, uşağın itməsi ötən gecə məlum olub. Polis və könüllülər onun axtarışına çıxıblar. Nəticədə oğlanı

28.04.2024 402
.

Sabah Bakıda 30 dərəcə isti olacaq

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündüz 25-30 isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütun

28.04.2024 228
.

Kür çayında suyun səviyyəsi azalıb

Böyük Qafqazın ərazisindən axan Qudyalçay-Qımıl məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb, Qarasuçay-Zərdabda 20, Qaraçay-Rük, Əyriçay-Ağyazıdə 3 santimetr azalıb, Katexçay-Qəbizdərə məntəqəsində isə dəyişməyib. Bu barədə BİG.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy

28.04.2024 194
.

Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. Bizim.Media xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü 21 yaşlı Nəbi Səhrab oğlu Nəbizadə həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındak

28.04.2024 154
.

İrtış çayında qayıq qəzasında iki nəfər ölüb

İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat üzr

28.04.2024 147
.

Ermənistan XİN: "Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır"

Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib. "Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşma

28.04.2024 146
.

Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib

Tacikistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müvəqqəti olaraq Rusiya Federasiyasına getməməyi tövsiyə edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir. Qeyd olunub ki, Tacikistan vətəndaşlarına çox zərurət olmadıqda müvəqqəti olaraq bütün nəqliyyat növlər

28.04.2024 207
.

Paris həbsxanası Olimpiya Oyunları ərəfəsində məhbus izdihamı ilə üzləşəcək

Fransa polisi şəhərətrafı Sena-Sen-Deni ərazisini xırda cinayətkarlıqdan təmizləyir və dolub-daşan Vilpenta həbsxanasına yeni məhbus axını barədə xəbərdarlıq edib. Bobinyinin baş prokuroru Erik Mate həbsxana rəhbərliyini ən pis vəziyyətə hazır olmağa çağırıb. Onun sözlərinə görə, polis həbsxanalardak

28.04.2024 192
.

Zəngilanda silah-sursat aşkarlanıb

Zəngilanda silah-sursat aşkarlanıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Tağlı kəndi ərazisindən 4 avtomat, 1 pulemyot, 3 avtomat darağı və 251 müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Faktla bağl

28.04.2024 186