Niyə gözümüzün altı qaralır?

Niyə gözümüzün altı qaralır?Göz altındakı qaralıq adətən yuxusuz gecələr və az yuxu nişanəsi sayılır. Bəs başqa səbəbləri ola bilərmi? Mövzunu BBC Future araşdırıb.

Daha az tükü olan üzlərin üstünlüyü ondadır ki, parazitlərin gizlənmək üçün yeri az olur. Həmçinin təmiz dəridə tər bərabər yayılır və bizə sərinlik verərək işini effektiv şəkildə görmüş olur.

Dərinin təmiz olması faktı da rahatlıq bəxş edir. Çəkinmədən qarşımızdakı insanlarla ünsiyyət qura bilirik. Təəssüf ki, təmiz dərinin də bir amması var: insanın yorğunluğunu dərhal hiss etdirir.

özaltı torbaların yaranması çox zaman tibbi problem kimi qiymətləndirilmir. Kosmetik Dermatologiya jurnalında 2007-ci ildə dərc olunan bir məqalədə braziliyalı tədqiqatçı Fernanda Magagnin Freitag göstərib ki, bir çox pasientlər "qara halqaların həyat keyfiyyətini əks etdirən mühüm bir şey kimi qəbul edib narahatlıq keçirirlər".

Dəri ilə bağlı problemlər psixoloji və ya emosional qəmginliyə səbəb ola bilər. Bu problemlər sağlamlıq üçün təhlükəli sayılmasa belə, insanlar çox zaman çarə axtarmağa başlayırlar.

Çox güman ki, göz altı torbalar ardıcıl yuxusuz gecələrdən asılı deyil

Təbii ki, "qara halqalar" və ya "gözaltı torbalar" tibbi termin deyil və oxşar görünüşlü bir neçə problemə şamil olunur. Tibbi adı "periorbital hiperpiqmentasiya" və ya POH-dur və tarixən dermatoloji tədqiqatların mövzusu olmadığına görə haqqında çox şey bilinmir.

Bir şeydən isə əminik: gözaltı dəri son dərəcə nazik olduğuna görə çox şəffafdır. Bu da həmin hissədəki qan damarlarını daha qabardır və dərini tünd göstərir.

"Kimsə mənə gözünün altındakı şişkinlikdən danışanda, onları görüb, müayinə etmək istəyirəm," UCLA-də dermatologiya üzrə rezident həkim olan Hayley Goldbach deyir.

Çünki nazik dəri insanlarda POH yaradan səbəblərdən biridir.

"Bu ya göz altlarındakı tünd piqmentləri, ya kölgə təsiri, ya da ki, həmin hissənin altında damarların qabarıqlığı ilə izah oluna bilər."

Goldbach, həmin dərini dartmağı xoşladığını deyir. Əgər tündlük daha da pisləşərsə, səbəbkar altdakı vaskulyasiyadır. Yox əgər yaxşılaşarsa, problem dərinin boş və ya sallaq olmasından qaynaqlanır.

Burun, göz və yanaq arasındakı hissəni dermatoloqlar göz yaşı çökəkliyi adlandırırlar. Çünki bu hissə yaş gözdən axdıqdan sonra, çıxış yolu rolunu oynayır.

"Yaşlandıqca dəri altındakı piyi itiririk," Goldbach izah edir.

Beləliklə göz yaşı çökəkliyi daha dərin görünür. Bu əslində optiki illüziyadır. Görünən qaralıq isə sadəcə olaraq, işığın üz konturlarının səthi boyunca əksidir.

Göz yaşı çökəkliyi damcının üzümüz boyunca aşağı axmasını təmin edir

Dermatoloqlar həm də rəng əsasında göz altındakı problemin səbəbini müəyyənləşdirə bilirlər. Əgər onlar mavi, çəhrayı və ya bənövşəyi çalardadırsa, rəngin dəri altındakı damarlardan gəldiyi zənn edilir.

Əgər qəhvəyi tonda görünərlərsə, çox güman ki, dəridə artıq melanin piqmenti mövcuddur. Bu isə qara halqaların nadir səbabkarlarından hesab olunur.

Amma Goldbach-a görə, gözaltı qaraltıların ən ümumi izahı quruluşla verilməlidir. Yəni, yaşa dolduqca dərialtı piy itir. Gözaltı torbaya sahib insanları yorğun göstərən də elə budur.

Bu izahları isə az istirahət nəticəsində yaranan müvəqqəti torbalara aid etmək olmaz.

"Gözaltı torbaların digər səbəbi isə ödəm və ya şişkinlikdir," Goldbach deyir.

Bəzən səhər oyanarkən gözaltı dərinin normaldakından daha şişkin olduğu ilə rastlaşırıq. Duzu çox qidalar da gözlərimizi şişirdə bilər. Yatmamışdan qabaq qızarılmış kartof yesəniz, səhər gözaltı torbalarla oyanacaqsınız.

Ultrabənövşəyi radiasiyanın POH-u artırdığı nəzəriyyəsi də mövcuddur. Eləcə də stress, alkoqol və tütünün təsiri.

Fəqət 2016-cı ildə dermatologiya tədqiqatçısı Rashmi Sarkar, Klinik və Estetik Dermatologiya jurnalında qələmə aldığı yazısında deyir ki, bu iddialardan heç biri öz elmi əsasını tapmayıb.

Gözləri ovuşdurmaq və ya ağlamaq ilə müşayiət olunan allergiyaların da POH yaratdığı söylənilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2457   Tarix: 22 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439