Beynəlxalq Ana Dili Günü qeyd olunub - FOTOLAR
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbirlər keçirilib.
Bakı məktəblərində "Ana dilimizi sevək və qoruyaq", "Dilimiz-dəyərimizdir", "Ana dilim-doğma dilim", "Ana dilimiz-Milli sərvətimizdir", "Mənim dilim" və digər müvafiq mövzularda tədbirlər, inşa yazı müsabiqələri, ədəbi-bədii kompozisiyalar, "Dəyirmi masa"lar, xüsusi dərslər və məşğələlər təşkil edilib.
Bakı Şəhəri üzrə Təsil İdarəsi və yerli icra qurumları əməkdaşlarının, ziyalıların, şair və yazıçıların, məktəblərin pedaqoji kollektivi, valideyn və şagirdlərin iştirak etiyi tədbirlərdə Beynəlxalq Ana Dili Gününün tarixindən danışılıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirilib.
Tədbirlərdə şagirdlərə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı söhbət açılıb. Qeyd olunub ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına qayğı ilə yanaşır.
Şagirdlər ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Tədbirlərdə Azərbaycan dilinin inkişafına həsr olunmuş videoçarxlar da nümayiş etdirilib.
Qeyd edək ki, paytaxt məktəblərində 21 fevralın Beynəlxalq Ana Dili günü kimi qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin tarixi mərhələləri, rəngarəngliyi və bu dildə yaranmış əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi gələcək nəsillərə ötümək üçün onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaqdan ibarətdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 576 Tarix: 21 fevral 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avropa Birliyi ölkələri Rusiyadan qaz alışını dayandıracaq
Avropa Parlamenti Avropa Birliyi ölkələrindən 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz idxalını dayandırmağı tələb edən qanun layihəsini qəbul edib. BİG.AZ DW-yə istinadən xəbər verir ki, Avropa Birliyi ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəmər
18.12.2025 188 Bu ərazilərdə 13° şaxta olacaq
Dekabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən, məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq
18.12.2025 262 Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi
Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-i davam etdirilib
18.12.2025 215 Xəlil Göyüşov şadlıq sarayında camış ətinin verilməsindən danışdı: "AQTA-nın açıqlaması qərəzlidir..."
"Körpü-Bina-Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşov sahibi olduğu "Ramin-Nur" şadlıq sarayında camış ətini dana əti adı ilə təqdim olunaraq istehlakçıların aldadılmasından danışıb. İş adamı Qaynarinfo-ya açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatdan naraz
18.12.2025 259 Dırnaq yeməyin təhlükələri - ondan necə qurtulmaq olar?
İnsanlar dırnaq yeməyə hələ uşaqlıq dövründən başlayır. Bəzi hallarda bu vərdiş yetkin yaşda da qalır. Halbuki bunun fəsadları təkcə estetik problemlərlə məhdudlaşmır. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər dırnaq yemə vərdişini çox vaxt stresslə əlaqələndirilirlər. Dırnaq yemək adətə
18.12.2025 183 "Sizin heç birinizə borcum yoxdur" - Zaur özündən çıxdı
"Nə mənim, nə də çalışdığım kanalın heç kəsə borcu yoxdur. Bura gələn insanlar dərdlərini danışır, biz də qurumlardan xahiş edib onu həll edirik. Kiminsə "Mənə bunu etmədiniz" deyib gileylənməyə haqqı yoxdur. Mən də insanam. xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev deyib. O
18.12.2025 305 Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı
Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal
18.12.2025 244 Bu il cütlüklər ən çox niyə mübahisə edib? - 5 əsas səbəb
Amerikalı psixoloq Mark Travers 2025-ci ildə cütlüklərin dəfələrlə yaşadığı beş ən yayğın mübahisəni sadalayıb və onların hər birinin arxasında dayanan gizli emosional mənanı izah edib. Qaynarinfo xəbər verir ki, o, bu barədə "Forbes" üçün yazdığı məqalədə qeyd edib. "2025-ci il cütlüklə
18.12.2025 123 Avropa Rusiyaya xəbərdarlıq etdi
Avropa Birliyi və Avropa liderləri Moskvaya qarşı bir sıra ciddi xəbərdarlıqlar verib. BİG.AZ Euronews-a istinadən xəbər verir ki, Avropa Birliyi rəsmiləri Rusiyanın Ukrayna müharibəsini davam etdirməsi və "hibrit" təhdidlər (drone uçuşları, kritik infrastruktur hücumları) ilə Avropanı zəiflətmə
18.12.2025 211