Lənkəranskinin qatili bilindi - Mafiya dünyasında şok

Lənkəranskinin qatili bilindi - Mafiya dünyasında şokRusiya hüquq-mühafizə orqanları aydınlaşdırıblar ki, Rövşən Lənkəranskini 2016-cı ilin yazında Moskvada güllələnmiş "göyərti kralı" Canpolad Şamiloğlununm qisasını almaq üçün öldürüblər.

Virtualaz.org bildirir ki, bu barədə Rusiyanın hüquq-mühafizə orqanlarındakı etibarlı mənbə məlumat verib.

Mənbə bildirib ki, Rövşən Canıyevin İstanbuldakı qətli Rusiya Federasiyasının kriminal dünyasında güc bölgüsünə təsir etdiyi üçün onun ölümünün araşdırılması ilə bu ölkənin xəfiyyələri də məşğul olublar. Operativ əməliyyat yolu ilə onlar bu cinayətin üstünü praktiki olaraq açmağı bacarıblar. Canpolad Şamiloğlunun qətli araşdırılarkən məlum olub ki, onun aradan götürülməsi üçün "qanuni oğru" R.Canıyevin qruplaşmasından iki killer cəlb olunub.

Lənkəranskinin qatili bilindi - Mafiya dünyasında şokHəmçinin xəfiyyələr aydınlaşdırıblar ki, Canpoladın aradan götürülməsi tapşırığını onunla münaqişədə olan Lənkəranski şəxsən veribmiş.

Xatırladılır ki, Canpolad Şamiloğlunun qohumları və silahdaşları da öz araşdırmalarının gedişatında eyni nəticəyə gəlmiş və Lənkəranskidən qisas alınacağını bildirərək, barəsində ölüm hökmü vermişdilər.

Cambulatın qohumları və "həmkar"ları öz təhqiqatları nəticəsində elə həmin yekun qərara gəliblər və Canıyevə "qan qisası" elan edəırək, ölüm hökmü çıxarıblar. Lakin bu işin icrası onların arxasında iki nüfuzlu şəxs oilmadan qeyrui-mümkün idi. Həmin şəxslər Vaqif Süleymanov (Vaqif) və Rəşad İsmayılovdur (Gəncəli Rəşad).

Onların isə öz növbəsində kriminal dünyasında daha böyük dayaqları var – "qanuni oğru" Nadir Səlifov (Lotu Quli).

Lənkəranskinin qatili bilindi - Mafiya dünyasında şokOnların hamısı Canıyevin ölümündə maraqlı idilər, yalnız ona görə yox ki, Cambulatın qisasını alsınlar. İlk növbədə, məsələ bir sıra bazarlara nəzarəti ələ keçirməkdən ibarət idi.

Qeyd edək ki, 2016-cı il 18 avqust gecəsi Canıyev İstanbul mehmanxanalardan birinin restoranında öz briqadasının üzvləri ilə bir araya gəlmişdi. O restorandan çıxıb oradan azca aralanandan sonra qatillər onun maşınını atəşə tutaraq deşik-deşik etmişdilər. Nəticədə "qanuni oğru" özü və onun sürücüsü funksiyalarını yerinə yetirən sinif yoldaşı öldürülmüşdü.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4423   Tarix: 19 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO

Ötən il dekabrın 26-da itkin düşən Rasim Xankişiyevin aylardır davam edən axtarışları heç bir nəticə verməyib. İstintaq işi İmişli Rayon Prokurorluğu tərəfindən davam etdirilsə də, istintaq hərəkətlərində də heç bir nəticə əldə olunmayıb. 11 yaşlı Rasimin ailəsi inanır ki, ərazidə yerləşən kameraları

02.05.2024 791
.

Türkiyənin iş yerində partlayış baş verib - VİDEO

Türkiyənin Başakşehir şəhərində iş yerində partlayış olub. BİG.AZ xəbər verir ki, partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə çoxsaylı yanğınsöndürənlər cəlb olunub. Həmin videonu təqdim edirik:

02.05.2024 193
.

Çində qəzada ölənlərin sayı artıb

Dünən Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Meycou əyalətində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb. BİG.az xəbər verir ki, ölənlərin sayı 48 nəfərə çatıb, 30 nəfər xəsarət alıb. Yolun çökməsi nəticəsində açılan uçuruma 23 avtomobil düşüb. Meykou əyalətində həddindən artı

02.05.2024 139
.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

02.05.2024 715
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

02.05.2024 1018
.

Tarkan yoldaşı ilə evlilik ildönümünü belə qeyd etdi- FOTOLAR

Türkiyəli müğənni Tarkan yoldaşı ilə evliliyinin 8-ci ildönümünü qeyd edib. xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib. "Evlilik ildönümümüzün olduğu bu günlərə romantik bir tbt yaraşır. 2016-cı ildə evlənəndən bir neçə həftə sonrakı günlərdən şirin kadrlar" ,- deyə o bildiri

02.05.2024 533
.

Bakının bu hissəsində su yoxdur

Bu gün Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qeyd olunub ki, bu, su kəmərində baş vermiş qəza ilə əlaqədardır

02.05.2024 328
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

02.05.2024 344
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

02.05.2024 228