Gənclərə satılan psixotrop həblərin pulu terminal vasitəsilə ödənilirmiş

Gənclərə satılan psixotrop həblərin pulu terminal vasitəsilə ödənilirmişBakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə külli miqdarda psixotrop maddə olan MDMA həbləri (ekstazi) gətirməkdə ittiham olunanların cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BiG.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Faiq Qəniyev sədrlik edib. Prosesdə təqsirləndirilən Şəmistan Mustafayevin məhkəmədki ifadələri ziddiyyətli olduğundan onun istintaqa verdiyi ifadəsi elan edilib. Ş.Məmmədov istintaqa verdiyi ifadəsində tanışı Ələkbər Məmmədovla birlikdə avtomobil və ehtiyat hissələrinin satışı ilə məşğul olduğunu göstərib. Bir dəfə bu məqsədlə Türkiyəyə gedərkən orada ekstazi həblərindən istifadə ediblər. Daha sonra isə onlar ekstazini Bakıya gətirməyi və satmağı planlaşdırıblar.

Təqsirləndirilən Şəmistan Mustafayev istintaqa verdiyi ifadəsində göstərib ki, Ələkbər Məmmədovla müxtəlif şəxslərə ekstazi satıblar. O, ekstazini 15 manata Ələkbərdən alaraq 20 manata ayrı-ayrı şəxslərə satdığını etiraf edib. Ş.Mustafayev söyləyib ki, ekstazini satarkən adətən müştəri ilə üzbəüz görüşməyib. Belə ki, ekstazini əvvəlcədən planlaşdırdığı yerə qoyub və müştəriyə məlumat verib. Müştəri də pulu ödəmə terminalları vasitəsilə etdikdən sonra ekstazini qoyulan yerdən götürürmüş. Ş.Mustafayev istintaq zamanı narkotik vasitə istifadəçisi olduğunu da etiraf edib.

Amma Ş.Mustafayev məhkəmədə istintaqa verdiyi ifadəsini təqdiqləməyib.

Gənclərə satılan psixotrop həblərin pulu terminal vasitəsilə ödənilirmişHakim elan edib ki, cinayət işi materiallarında Ş.Mustafayevdən ekstazi alan xeyli sayda şəxsin ifadəsi var. Onlar ekstazi istifadəçisi olduqlarını və malı Şəmistandan aldıqlarını deyiblər. Amma Ş.Mustafayev bununla razılaşmayıb və deyib ki, heç kimə ekstazi satmayıb. Hakim isə bildirib ki, digər istifadəçilərin də dindirilməsi üçün ayrıca cinayət işi açılıb.

Prosesin davamında digər təqsirləndirilən Cəlal Qasımovun istintaqa ifadəsi elan edilib. O, Ələkbər adlı şəxsi tanıdığını və satmaq üçün bir neçə dəfə ondan ekstazi aldığını deyib. Cəlal Qasımov da istintaqa verdiyi ifadəsini təsdiq etməyib. Qeyd edib ki, müstəntiqə istifadə məqsədilə ekstazi aldığını deyib. Məlum olub ki, Cəlal ifadəsində Ələkbərlə telefonda danışarkən ekstazi həbinə "eki" deyirmişlər. Cəlal da ifadəsində göstərib ki, ekstazini yaşayış binalarının bloklarımda girişlərə yerləşdirirmişlər. Pulu ödəmə terminalı vasitəsilə ələ keçirəndən sonra müştəriyə ünvanı deyirmişlər.

Gənclərə satılan psixotrop həblərin pulu terminal vasitəsilə ödənilirmişİttihama görə, adı çəkilən şəxslər dəfələrlə eyni yolla ölkəyə psixotrop maddələr gətiriblər. Bu məqsədlə ilk dəfə Türkiyəyə gedərək orada müxtəlif şəxslərlə görüşüblər. Qeyd edilən həblərin Türkiyədən alınmasında, Azərbaycana göndərilməsində əsas iştirakçılar arasında bir neçə Türkiyə vətəndaşı da var.

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, psixotrop maddələri qaçaq yolla ölkəyə gətirib qanunsuz olaraq gənclərin toplaşdıqları müxtəlif məkanlarda müntəzəm yayılmasını təşkil etməkdə şübhəli bilinən Ələkbər Məmmədov, Şəmistan Mustafayev və Cəlal Qasımov ötən il martın 15-də saxlanılıblar. Araşdırma zamanı onlardan külli miqdarda psixotrop maddə olan MDMA həbləri, habelə külli miqdarda güclü təsiredici "Preqabalin" maddəsi aşkar edilərək götürülüb.

Qeyd edək ki, Ə.Məmmədov Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri saxlama, satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), Ş.Mustafayev 29, 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlamaya və satmaya cəhd, külli miqdarda törədildikdə) və C.Qasımov 29, 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlamaya və satmaya cəhd) maddələri ilə ittiham olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 710   Tarix: 19 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gürcüstan əhalisi azalır

2024-cü il yanvarın 1-nə olan məlumata görə, Gürcüstanda miqrantlarla birlikdə 3 milyon 694 min 600 nəfər yaşayır. Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü il yanvarın 1-i ilə müqayisədə əhalinin ümumi sayı 1,1% azalıb. Əhalinin demək olar ki, yarısı Tbilisidə yaşayır - 1 25

28.04.2024 209
.

Bakıda restoranda yanğın olub: Üç nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış bir ədəd kompressor yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Vurğulanıb ki, yanğın zamanı üç nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib. Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğı

28.04.2024 210
.

Ermənistan XİN: "Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır"

Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib. "Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşma

28.04.2024 146
.

Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək

Ukraynanın İrpen şəhərində dağılmış daha 4 mülki obyekt Azərbaycan tərəfindən yenidən qurulacaq. Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib. "Elə bu gün Azərbaycan tərəfindən səfirlik vasitəsilə təsdiq aldım. Belə ki, Azərbayca

28.04.2024 160
.

"Oman LNG" "TotalEnergies" ilə ildə 800 min ton MTQ tədarükü haqqında müqavilə imzalayıb

Omanın "Oman LNG" şirkəti Fransanın "TotalEnergies"i ilə ildə 800 min ton mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü üçün müqavilə bağlayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Oman LNG"nin bəyanatında bildirilib. Müqavilənin şərtlərinə görə, "Oma

28.04.2024 161
.

Moskvada "Reuters" xəbər agentliyinin prodüseri həbs edilib

Rusiyanın paytaxtı Moskva şəhərində "Reuters" agentliyinin prodüseri Konstantin Qabov ekstremist icmada iştirak ittihamı ilə həbs edilib. "Report" xəbər verir ki, Moskvanın Basmannı rayon məhkəməsi təqsirləndirilən Konstantin Vasilyeviç Qabovun barəsində 2 ay müddətinə, yəni 2024-c

28.04.2024 176
.

Sahibə Qafarova: Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur

Fransa regionda sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur. "Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Prezidenti Yakov Milatoviç ilə görüşündə Fransanın regionda gərginliyi artırmaq məqsədi daşıyan addımları barəd

28.04.2024 173
.

Sabah Bakıda 30 dərəcə isti olacaq

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündüz 25-30 isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütun

28.04.2024 228
.

Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətlər

28.04.2024 172