Ekspert AA seriyalı maşınlarla bağlı ŞOK FAKTLAR AÇIQLADI

Ekspert AA seriyalı maşınlarla bağlı ŞOK FAKTLAR AÇIQLADI"Bakı küçələrində və ölkənin yollarında nömrələri əsasən "A" hərfi ilə başlayan "miqalkalı-sirenalı" avtomobillərin sayı artır. Əksəriyyəti dövlət orqanlarının olsa da, özəl quqrumlara aid olanlar da var".

BiG.AZ xəbər verir ki, bu fikirləri yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib. Onun sözlərinə görə, ən pisi odur ki, belə avtomobilləri idarə edənlər qaydalara məhəl qoymurlar - daha çox əks istiqamətə çıxırlar, qırmızı işıqdan keçirlər: "Son vaxtalar Silahlı Qüvvələrə aid xidməti minik avtomobillərində də belə intizamsızlıqlar çoxalıb. Amma belə olmaz, bunun qarşısı alınmalıdır. Bu, pis nümunədir. Kəskin yoluxucu xəstəlik kimi yayılır. "X" idarəsinin müdürünün belə avtomobillə gəzdiyini görən "У" idarəsinin müdüri də belə avtomobildən ötəri hər şeyindən keçməyə hazır olur. Ümumi nəticədə isə xaos, özbaşınalıq artır.

Qanuna əsasən, DYP-də xüsusi qeydiyyata alınan operativ nəqliyyat vasitələrində həmin xüsusi işıq və səs siqnalları ola bilər. Başqa heç bir avtomobildə, hətta məsələn, polis rəisinin operativ tapşırıqların yerinə yetirilməsində istifadə üçün nəzərdə tutulmayan xidməti avtomobilində həmin işıq və səs siqnalı ola bilməz.

Ölkədə nizam-intizam belə zahirən əhəmiyyətsiz görünən şeylərdən başlayır əslində.

Bununla bağlı maraqlı bir xatırlatmam var. Qərbi Avropa ölkələrinin əksəriyyəti kimi İspaniyada da 1960-cı illərin sonu - 70 ci illərin əvvəli yollarda intizamsızlıq, xaos, qəzalar və ölümlər dözülməz həddə çatıbmış. Çıxış yollarının müzakirəsi zamanı İspaniya diktatoru, Generalissimumus Franko polis şefinə deyir ki, hətta mənim xidməti avtomobilim və onu müşayiət edənlər qırmızı işıqda dayanmasalar, cərimələ. Cərimələməsən, səni cəzalandıracam. Nəticədə hazırkı İspaniya dünyada yol hərəkəti təhlükəsizliyi səviyyəsi ən yaxşı olan 4 dövlətdən biridir. Özü də o İspaniya ki, öz əhalisinin sayı təxminən 47 milyon, hər il qəbul etdiyi turistlərin sayı isə orta hesabla 70-75 milyon nəfərdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1938   Tarix: 19 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693