Mübariz Mənsimovun zavodu antisanitar vəziyyət yaradıb - Nazirlikdən açıqlama

Mübariz Mənsimovun zavodu antisanitar vəziyyət yaradıb - Nazirlikdən açıqlamaMübariz Mənsimovun zavodu antisanitar vəziyyət yaradıb - Nazirlikdən açıqlamaEkologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən Lənkəran, Astara və Masallı rayonlarında keçirilən növbəti monitorinq zamanı ekoloji tarazlığın pozulması halları qeydə alınıb.

ETSN-nin Ətraf Mühitin vəziyyəti haqqında aylıq bülletenində bildirildiyinə görə, Lənkəran şəhəri ərazisindən keçib, birbaşa Xəzər dənizinə tökülən və çirklənməyə məruz qalan axarlardan biri Girdəni kanalıdır. Kanalın sahilində yerləşən müxtəlif təyinatlı müəssisələrdə formalaşan tullantı suları birbaşa və ya müxtəlif yollarla təmizlənmədən və zərərsizləşdirilmədən Girdəni kanalına axıdılır.

"Lənkəran rayonu ərazisində yerləşən "Palsüd" zavodunun tullantı sularının təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa relyefə axıdılması monitorinq zamanı müşahidə olunub. Müəssisədən tullantı sularının axıdıldığı ərazi süni gölməçəyə çevrilib və ətrafda antisanitar vəziyyət yaranıb. Bundan başqa, rayonun Sütəmurdov kəndi ərazisində yerləşən "PALMALİFE" Lənkəran Resort Otel və İstirahət mərkəzində də eyni vəziyyət mövcuddur. Lənkəran rayonunda növbəti ekoloji pozuntu halı Səhiyyə Nazirliyinin regional müəssisəsi olan - Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. Diaqnostika mərkəzində formalaşan tullantı suları məhəllədaxili kanalizasiya xətti vasitəsilə quyu tipli nasosxanaya axıdılır. Daha sonra tullantı suları nasoslar vasitəsi ilə təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa T. İsmayılov küçəsindən keçən kanalizasiya xəttinə nəql olunur. Qeyd etmək lazımdır ki, Lənkəran rayonunda Bioloji Təmizləyici Qurğunun (BTQ) tikintisinin başa çatmaması ilə əlaqədar olaraq, formalaşan tullantı suları köhnə xətt vasitəsi ilə təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa Xəzər dənizinə axıdılır", - deyə bülletendə bildirilir.

Astara rayonunda keçirilən monitorinq zamanı 3-ü təbii axar (çaylar), 3-ü isə mövsümi xarakter daşıyan drenaj kanalı olmaqla, çirklənməyə məruz qalan 6 axarın Xəzər dənizinə töküldüyü müəyyənləşdirilib: "Qeyd olunan həmin təbii axarların sahili boyunca yerləşən yaşayış massivlərində və şəhərdə formalaşan tullantı suları təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa həmin təbii axarların çirkləndirilməsi ilə yanaşı, Xəzər dənizinin ekosisteminə də mənfi təsir göstərir. Masallı rayonunda keçirilmiş monitorinq zamanı məlum olub ki, rayon ərazisində formalaşan tullantı sularının təmizlənməsi üçün qurğu mövcud deyil. Bu səbəbdən də Masallı şəhərində formalaşan tullantı suları Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi məsələ ilə bağlı təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa Viləşçaya axıdılır".

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi monitorinq zamanı aşkarlanan nöqsanların aradan qaldırılması barəsində proqnozlar və təkliflərini də açıqlayıb. İdarə bildirir ki, Lənkəran, Masallı və Astara rayonlarında formalaşan tullantı sularının birbaşa, yaxud da kanallar vasitəsilə təmizlənmədən və zərərsizləşdirilmədən axarlara, həmçinin Xəzər dənizinə axıdılmasının qarşısı alınmazsa dənizdə çirklənmənin artmasına gətirib çıxara bilər: "Lənkəran, Masallı və Astara rayonlarındakı xəstəxanalarda formalaşan tibbi tullantılar düzgün utilizasiya olunmalı və aidiyyəti qurumlar tərəfindən buna nəzarət edilməlidir".

Qeyd edək ki, "Palsüd" zavodu "Palmali" Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimova məxsusdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1302   Tarix: 16 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bərdədə yanğın: Üçotaqlı ev külə döndü

Bərdə rayonunda yanğın hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafiz

05.05.2024 197
.

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Türkiyəli səfir Mehmet Paçacı mayın 4-5-də Qambiyanın paytaxtı Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbua

05.05.2024 214
.

KİV: Rusiya Avropada təxribat hazırlayır

Rusiya Avropada təxribat hazırlayır. "Report" xəbər verir ki, bu barədə "Financial Times" üç Avropa ölkəsinin kəşfiyyat xidmətlərindən adı açıqlanmayan mənbələrə istinadən yazıb. Artıq Avropa ölkələrinin hökumətlərinin müvafiq xəbərdarlıqlar aldığı bildirilib. Materialda o da vurğulanı

05.05.2024 241
.

Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub

"Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub". "Report" xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko bildirib. Onun sözlərinə görə, ölkənin enerji sistemi külək və Günəş Enerjisi Generatorları tərəfindən dəstəklənir:. "Yaz və yayd

05.05.2024 221
.

Nazir: Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir

Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir. "Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb. "Mədəni irsimiz olan xalçaçılıq sənətinin nümunələri zəngin məzmunu ilə xalqımızı

05.05.2024 161
.

Xoşqədəmlə Doğuş efirdə əkizlərinə ad günü etdi - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun əkiz övladlarının 8 yaşı tamam olub. xəbər verir ki, cütlük oğulları üçün "Günaydın Azərbaycan" verilişində ad günü ediblər. Həmin görüntüləri təqdim edirik:

05.05.2024 1088
.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb. Sözügedən videonu təqdim edirik:

05.05.2024 211
.

Çexiya Nazirlər Kabineti Rusiyadakı səfirini rəsmən geri çağırıb

Çexiya hökuməti 2022-ci ilin sonunda Praqaya qayıdan ölkənin Rusiya Federasiyasındakı səfiri Vitezslav Pivonkanı vətəninə rəsmən geri çağırıb. "Report" xəbər verir ki, bu barədə "CTK" agentliyi Çexiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Nazirlik agentliyin müvafiq sualın

05.05.2024 223
.

CBS: İsraillə HƏMAS arasında aparılan danışıqlar nəticə verməyib

İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında aparılan danışıqlar nəticəsiz başa çatıb. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "CBS News" məlumat yayıb. Bundan əvvəl tərəflər atəşkəslə bağlı Qahirədə görüşsələr də, sonda razılığa gələ bilməyiblər. Eyni zamanda

05.05.2024 175