Bakıda 2 mindən çox evin başının üstünü buldozerlər aldı - FOTOLAR

Bakıda 2 mindən çox evin başının üstünü buldozerlər aldı - FOTOLARBakının "Sovetski" məhəlləsində 2014-cü ildən başlanan köçürülmə prosesinin ikinci mərhələsinə start verilir. Bu barədə iki gün əvvəl Yasamal rayonuna yeni təyin olunmuş icra başçısı Əziz Əzizov bildirib. O deyib ki, artıq prezident İlham Əliyev tərəfindən 2018-ci ildə "Təzə Pir" məscidinin yuxarı hissəsində, Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasındakı evlərin satın alınması və həmin ərazinin təmizlənməsi barədə müvafiq tapşırıqlar verilib.

Bu mərhələdə ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınması nəzərdə tutulub: "Artıq bu məqsədlə vəsait ayrılıb, qiymətləndirici və söküntü təşkilatlarının müəyyənləşdirilməsi məqsədilə tenderlər keçirilib. Yaxın günlərdə ərazidə köçürmə tədbirlərinin başlanması ilə əlaqədar Nazirlər Kabinetinin yeni qərarı gözlənilir", - deyə icra başçısı qeyd edib.

"Sovetski" adlanan məhəllənin qalan hissəsinin da köçürüləcəyi çoxdan məlum idi, lakin bunun nə vaxt baş verəcəyi məlum deyildi. Belə görünür ki, 2018-ci il üçün büdcə xərclərinin artması söküntünün ikinci mərhələsinə başlamağa imkan yaradıb.

Bakıda 2 mindən çox evin başının üstünü buldozerlər aldı - FOTOLARBəs "Sovetski"nin evləri söküləcək sakinləri nə deyir? Onlar buldozerlərə müqavimət göstərəcəklər, yoxsa evlərindən sakitcə çıxacaqlar?

BiG.AZ xəbər verir ki, Virtualaz.org-un əməkdaşları "Sovetski"də söküntünün ikinci mərhələsinin planlaşdırıldığı ünvana baş çəkib. Hazırda əvvəllər sökülmüş evlərin ərazisində kanalizasiya çəkilişi və digər təmir işləri gedir. Sakinlərin çoxu köçməyə hazır görünür. Çünki yaxınlıqdakı inşaat toz-torpağından, səs-küydən beziblər.

Lakin onları narahat edən əsas məsələ ənənəvi olaraq evlərinə görə alacaqları kompensasiyanın məbləği idi. Həmsöhbət olduğumuz məhəllə sakinləri deyirlər ki, bu qədər bahalaşma olmasına, manatın dəyərdən düşməsinə baxmayaraq evlərinin kvadrat metrinə görə 1500 manat kompensasiya təklifi ədalətli deyil.

"Niyə Məhəmmədiyə, Kürdəxanıya köçməliyik ki?"

Bakıda 2 mindən çox evin başının üstünü buldozerlər aldı - FOTOLARMirzağa Əliyev küçəsi, 34 ünvanında yaşayan Xanım İsmayılova deyir ki, ötən gün Yasamal Rayon İcra Hakimiyyətinin və 64 saylı MİS-in əməkdaşları onlara tezliklə köçürüləcəkləri ilə bağlı məlumat veriblər. Artıq bütün evlər ölçülüb və kodlaşdırılıb. Sakinlərə bildirilib ki, 2 gün ərzində müvafiq sənədlərini yaşadıqları ərazinin Mənzil İstismar Sahəsinə təqdim etməlidirlər.

"Gəlib ölçdülər, dedilər ayın axırınadək köçürülmə ilə bağlı sizə xəbər verəcəyik. Evimizin hər kvadratına 1500 manat verirlər. Bizdə də ev 40 kv metrdir, bu da 60 min manat edir. Əlbəttə, bu bizə sərf eləmir. Hamı narazıdır. Amma narazı olsaq da, heç nə edə bilmirik. Bir neçə il qabaq küçələrə çıxdıq, etiraz etdik, heç bir xeyri olmadı. Hələ də ötən köçürülmədən işləri məhkəmədə olanlar var", - sakin deyir.

Həmin küçədə 53 ildir yaşayan Natiqə Babayeva da alacağı kompensasiya ilə yaşadığı evin yaxınlığında ev almaq istəyir. Deyir ki, bu küçədə heç kimin evi böyük deyil.

Bakıda 2 mindən çox evin başının üstünü buldozerlər aldı - FOTOLAR-Düzdür, mənim mənzilim 40 kv metrdir, amma külfətimiz də çoxdur. Bu evdə 6 nəfər yaşayırıq. İndi bu 60 min manatla harada ev alaq? Biz burada böyümüşük, kökümüz, əslimiz buradandır. Mən heç şəhərin mərkəzini demirəm, elə metronun "20 Yanvar" və ya "İnşaatçılar" stansiyasının yaxınlığında 60 min manata 2 otaqlı ev ala bilərikmi? İndiki evimiz işıqlıdır, kommunal şəraitimiz yaxşıdır, heç bir problemimiz yoxdur. Burada yaşamaq bizi qane edir. Heç olmasa, 80 min manat versinlər ki, biz də yaxınlıqda iki otaqlı ev ala bilək. Niyə Məhəmmədiyə, Kürdəxanıya köçməliyik? - N. Babayeva sual edir.

90 yaşlı sakin Ədilə Quliyeva isə evinin çox kiçik olduğunu və veriləcək kompensasiya ilə yeni mənzil almağın mümkün olmayacağını deyir.

"Evim cəmi 18 kvadrat metrdir. Buradakı evlərin hamısı kiçik evlərdir, adam da çoxdur. Heç olmasa mənə bir otaqlı ev versinlər. Mən o pulla harada ev ala bilərəm? Mənə ev verməsələr nə edərəm? Şəkərim var, təzyiqim var…", - deyə Ədilə Quliyeva gileylənir.

Bakıda 2 mindən çox evin başının üstünü buldozerlər aldı - FOTOLARÜmumən "Sovetski" sakinləri jurnalistlərə danışmağa həvəsli görünmürlər, deyirlər ki, əvvəllər çox şikayət ediblər, jurnalistlər gəlib çəkib, yazıb. Xeyri isə olmayıb.

"Mətbəxi, zirzəmini, həyəti qeydə almırlar"

Zülfü Adıgözəlov küçəsində qapısını döydüyümüz evlərin bəziləri isə boş idi. İmkanı olanlar köçüb getmişdi, qalanlar isə əşyalarını yığıb gedəcəkləri günü gözləyirdilər. Bəzi evlərdə isə kirayənişinlər olduğundan nə qədər kompensasiya verilməsindən xəbərsiz idilər.

Adını söyləmək istəməyən sakin ölçmə işlərinin düzgün aparılmamasından narazıdır. Deyir ki, 150 kv metr ərazisi olan mənzilinin yalnız 50 kv metrini qeydiyyata alıblar.

Bakıda 2 mindən çox evin başının üstünü buldozerlər aldı - FOTOLAR"Mətbəximi, hamamımı qeydə almırlar, həyətimi saymırlar. Axı bura mənim özəl mülkümdür, həyət də mənimdir, onu niyə hesaba almırlar? Bu harada görünüb ki, 150 kv metr mənzilin 100 kv metrini kəsib tullasınlar qırağa? Mən icra hakimiyyətində də olmuşam, komissiya üzvləri ilə də görüşmüşəm. Deyiblər get, narahat olma, köçürülmə vaxtı sənə növbə çatanda nəzərə alarıq. Əgər şikayətimi təmin eləməsələr, evimdən çıxan deyiləm", - deyə sakin bildirir.

Zülfü Adıgözəlov küçəsi 15 ünvanında yaşayan Gülçöhrə Əliyeva da ölçmə işlərinin düzgün aparılmamasından, onlara doğru-düzgün məlumat verilməməsindən narazıdır.

-Əvvəllər ölçü damdan-dama aparılırdısa, indi evin içini ölçürlər. Bu evin altında illər öncə yaşayış olub, indi zirzəmi kimi istifadə edirik. Əvvəl orada tatarlar kirayə qalırdılar. Lakin hesablayan zaman oranı nəzərə almadılar. Evlərimizi düzgün ölçmürlər. Bizə nə evin ölçüsü ilə bağlı bir söz dedilər, nə də kompensasiya barədə. Şifahi eşitdik ki, 1500 manat verəcəklər. Amma bu məbləğ çox azdır, o qiymətə ev ala bilmərik. Bir neçə il əvvəl də 1500 manat verirdilər, indi də… Burada doğulub böyümüşəm, bu yaşımda hara gedim?, - Gülçöhrə Əliyeva narazılığını ifadə edir.

Bakıda 2 mindən çox evin başının üstünü buldozerlər aldı - FOTOLARXatırladaq ki, "Sovetski" ərazisindən köçürmənin birinci mərhələsi 2017-ci ilin avqustunda başa çatıb. Bu prosesdə 4 min 300 ailə ərazidən çıxarılıb. Bəzi ailələr verilən kompensasiyanın məbləğinə etiraz edərək müqavimət göstərsələr də, kompensasiyanın məbləği artırılmayıb.

Amma mənzilinin sahəsi az olan sakinlərə Nazirlər Kabinetinin müvafiq sərəncamı əsasında Nərimanov rayonu, Korloğlu Rəhimov küçəsi, 9 və Fətəli xan Xoyski küçəsi, 98 a ünvanlarında tikilmiş yeni binalarda sahəsi 45 kv.m olan yeni mənzillər verilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1249   Tarix: 15 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 170
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25.04.2024 514
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 283
.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 135
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25.04.2024 511
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25.04.2024 294
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 284
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

25.04.2024 598
.

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub. Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görü

25.04.2024 486