Bakıda bir ailənin DRAMI: 7 yaşında 4 gün komada qaldı, ayılanda... - VİDEO

Bakıda bir ailənin DRAMI: 7 yaşında 4 gün komada qaldı, ayılanda... - VİDEO1 yaşından epilepsiya xəstəliyindən əziyyət çəkən İlqar İsgəndərovun atası Tərlan İsgəndərov oğlu üçün kömək gözləyir. BiG.AZ-ın suallarını cavablandıran zaman ata oğlunun vəziyyətinin hər gün daha da ağırlaşdığını vurğulayıb.

- Oğlunuz nə zamandan bu vəziyyətdədir?

- İlqar 7 yaşına kimi eplepsiya xəstəliyindən əziyyət çəkirdi. Gücümüz çatan qədər müalicəsini etdirirdik. Düzdür, tam müalicəsinə maddi imkan olmasa da, yenə də əlimizdən gələni edirdik. Zamanında həkimin yazdığı müalicələr edilirdi. 7 yaşında İlqarın güclü qıcolması tutdu. 4 gün koma vəziyyətində qaldı. Ayılanda çox pis vəziyyətdə idi. Yaddaşı pozulmuş, danışıq qabiliyyəti itmişdi. Bir il güclü müalicələr əsasında ayağa qalxa bildi. Amma yenə də özünü idarə edə bilmir. Yemək yeməyi belə bacarmır. Qıcolmaların qarşısı heç cürə alınmır. Həkimlərin gücü çatmır. Çünki İlqarın beyninin hər iki tərəfində ocaq var. Aparılan müayinələr zamanı bəlli oldu ki, onu narahat edən beynin həm sağ həm də sol tərəfində mövcud olan ocaqdır. Əsasən fəsil dəyişimi zamanı yəni fevral və mart aylarında tutmaları başlayır maya qədər davam edir. Arada elə olur ki, 1-2 ay tutmaları olmur. Elə günlər olur ki, gün ərzində 4-5 dəfə qıcolmalar təkrarlanır. Hər dəfə qıcolmaları tutanda vəziyyəti pisliyə doğru gedir. Qıcolması tutan zaman bir ay özünə gələ bilmir. Artıq bir neçə gündür ki, qıcolmaları yenidən güclənib. Çox halsız olur. Yemək yeməyə iştahı belə olmur. Bu da ona çox pis təsir edir. Çünki güclü dərmanlar qəbul edir. Qidalanmayanda bu dərmanlar onu gücdən salır. Dərmanı da verməyəndə əhvalı daha da ağırlaşır. Qıcolmaları çoxalır. Bir sözlə çox əzab çəkir. Həkimlər bunu beynindəki ocaqla əlaqələndirir.

- İlqarın xəstəliyinin müalicəsi Azərbaycanda varmı?

- Azərbaycandakı bütün həkimlərə aparmışıq. Heç bir həkim öz boynuna götürmür. Hazırki həkimi yaxşıdır. Düzgün müalicə aparır. Amma söyləyir ki, bu müalicə ilə sağalma ehtimalı çox aşağıdır. Ancaq bu müalicə ilə çalışılır ki, qıcolmaların sayı azalsın. Həm də həkim çalışır ki, aqresivliyinin qarşısını alsın. Çünki gün ərzində çox aqresiv olur. Yatmaq zamanı isə daha çox əziyyət çəkir. Axşam 3-də yatır. Yuxusu normal deyil. Bir sözlə normal həyatını yaşaya bilmir. Gücümüz çatan müalicəsini də etdiririk. Maddi durum olmadığından istədiyimiz müalicəni tam apara bilmirik.

- Xarici dövlətlərdəki xəstəxanalarla maraqlanmısınızmı?

- Müayinələrinin cavabını Türkiyədəki xəstəxanaların birinə göndərdik. Ordan cavab gəldi ki, xəstəxanaya yatırılmalıdr. Bir dəfə əməliyyat olmalıdır. Sonra bir neçə aydan sonra da ikinci əməliyyatı olmaldır. Yəni birinci əməliyyatdan sonra özünü bir qədər toplamalı və yenidən əməliyyat olunmalıdır. Bunun üçün də 47 min dollar lazımdır. İmkan olmadığından çarəsiz qalmışıq. Ümidimizi Allaha bağlamışıq.

- İlqar qıcolmaları zamanı ətrafa və yaxud da evə bir zərrər verirmi?

- Qıcolmaları zamanı ayaq üstə olarsa yıxılır. Nəzarətsiz qoymuruq. Bacı-qardaşları daim nəzarət edir. Bir neçə dəfə qıcolma zamanı yerə yıxıldığına görə qolu, ayağı, dişi sınıb. Qıcolma zamanı təcili yardım gəlib iynəsini vurmamış ayılmır. Qıcolmalar yarım saata kimi davam edir. Ayılandan sonra da əsəbi olur. Uşaqlarla dalaşır. Sakitləşdirməyə çalışırıq. Özü də çox əzab çəkir. 5 ildir ki, bu xəstəliklə mübarizə aparır. İlqar heç vaxt uşaqlığını yaşaya bilmədi. Bizim valideyn kimi borcumuzdu onun quluğunda durmaq, amma uşaqdır, uşaqlığın şirin anlarından uzaqdır. Bacı-qardaşları məktəbə gedəndə baxıb onların arxasınca üzülür. Çöldə oynayan uşaqlara baxanda əzab çəkir. Velisoped sürənlərə baxır. Baxıram ki, uşaq kimi bunun da ürəyi istəyir. Sərbəst buraxa bilmirik. Ürəyi xoş olsun deyə velisoped aldıq. Amma velisoped sürən vaxt qıcolması tutdu. Ondan sonra onu da yığışdırdıq. Bir sözlə bütün uşaqlar kimi bu da oynamaq, məktəbə getmək istəyir. Kömək edə bilməməyim mənə əzab verir. İlqarın müalicəsi üçün evimi də satdım. Tək işləyən mənəm. 5 uşağım var. İlqar evin 3-cü uşağıdır. Evdə məndən başqa işləyən yoxdur. Uşaqların hamısı oxuyurlar. Təkcə İlqarın dərmanları 500-600 manat tutur. Çox sağ olsunlar dərmanlarına kömək edirlər. O dərmanları qəbul etməsə vəziyyəti ağırlaşır.

- İlqarın müalicəsinə yardım edilməsi üçün haralara müraciət etmisiniz?

- Sadəcə "Həyat Fondu"na müraciət etmişəm. Hələlik cavab gözləyirik. Başqa heç bir yerə müraciət etməmişik. Bütün imkanlı insanlarımızdan kömək istəyirəm. Balama kömək edin. O da uşaqlığını keçirmək istəyir. Oğlumu bu vəziyyətdə görəndə ata kimi hər gün əzab çəkirəm. Xahiş edirəm oğlumun sağlamlığına qovuşması üçün kömək etsinlər. Bütün uşaqlar kimi onun da məktəbə getməyə, oynamağa haqqı var. Arzuları ürəyində qalmasın

Aysel Yusifqızı
Operator və montaj: Pərviz Həşimi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8853   Tarix: 15 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər

Fələstinin HƏMAS hərəkatı ilə İsrail tərəfi arasında Qəzza zolağında nizamlanmaya dair razılıq əldə etmək üçün Qahirədə daha bir neçə günlük danışıqlar tələb olunacaq. Mənbə yazır ki, Misir paytaxtında baş tutan görüşlərdə ABŞ-dən olan nümayəndələr də iştirak ediblər. Qeyd olunub ki, Qəzzada saxlanıla

05.05.2024 169
.

Xoşqədəmlə Doğuş efirdə əkizlərinə ad günü etdi - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun əkiz övladlarının 8 yaşı tamam olub. xəbər verir ki, cütlük oğulları üçün "Günaydın Azərbaycan" verilişində ad günü ediblər. Həmin görüntüləri təqdim edirik:

05.05.2024 1052
.

ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu

"Ər-Riyad İsraillə münasibətləri normallaşdırmadan ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamayacaq". Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. Prezidentin köməkçisi bildirib ki, buraya ABŞ və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsi

05.05.2024 192
.

Konqo Demokratik Respublikasında 8 əsgərə fərariliyə görə ölüm cəzası verilib

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Qoma şəhərinin hərbi tribunalı düşmənlə üz-üzə mövqelərini özbaşına tərk edərək cəbhə xəttindən qaçdıqlarına görə beşi zabit olmaqla səkkiz əsgərə ölüm hökmü çıxarıb. "Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məluma

05.05.2024 158
.

Nazir: Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir

Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir. "Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb. "Mədəni irsimiz olan xalçaçılıq sənətinin nümunələri zəngin məzmunu ilə xalqımızı

05.05.2024 153
.

CBS: İsraillə HƏMAS arasında aparılan danışıqlar nəticə verməyib

İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında aparılan danışıqlar nəticəsiz başa çatıb. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "CBS News" məlumat yayıb. Bundan əvvəl tərəflər atəşkəslə bağlı Qahirədə görüşsələr də, sonda razılığa gələ bilməyiblər. Eyni zamanda

05.05.2024 167
.

Erməni hərbçi şərti sərhəddə özlərinin basdırdığı minaya düşdü

Ermənistan ordusunun hərbçisi Tavuş rayonunun Kirants (Günən) kəndi istiqamətində minaya düşüb. xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib. "Hərbçi mina partlaması nəticəsində xəsarət alıb", - Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib. Məlumatd

11:07 51
.

Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub

"Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub". "Report" xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko bildirib. Onun sözlərinə görə, ölkənin enerji sistemi külək və Günəş Enerjisi Generatorları tərəfindən dəstəklənir:. "Yaz və yayd

05.05.2024 205
.

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik

Asiya İnkişaf Bankı regional mərkəzin yaradılması prosesində Gürcüstanı dəstəkləyir. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə bankın prezidenti Masatsuqu Asakava bildirib. "Asiya İnkişaf Bankı Gürcüstanı bölgədə ticarətin rəqəmsallaşdırılması, regional əlaqə, maliyyə inklüzivliyi

05.05.2024 161