Uşaqlarda erkən sevgi hisslərinin yaranma səbəbləri: İntihara meyllilik... - AÇIQLAMA

Uşaqlarda erkən sevgi hisslərinin yaranma səbəbləri: İntihara meyllilik... - AÇIQLAMA"Əgər bu gün valideyn övladını nəzarətdən kənarda qoyarsa, fikirlərini önəmsəməsə uşaq özünü boşluqda hiss edib, axtarış içərisində olacaq".

Bunu BiG.AZ-a açıqlamasında psixoloq Könül Telmanqızı deyib.

Uşaqlarda erkən sevgi hisslərinin yaranma səbəbləri: İntihara meyllilik... - AÇIQLAMAKönül Telmanqızı qeyd edib ki, ətrafda dost axtarışı sevgiliyə də çevrilə bilər: "Sonda, əlbəttə, bu axtarış müəyyən etaplara keçir. Uşaqlardakı boşluqları valideynlər doldurmalıdır. Təəssüf ki, bunu valideynlər görə bilmirlər. Fikirləşirlər ki, bütün sevgimi uşağıma verirəm. Övladına lazım olan yöndən yanaşmırlar. Valideyn ilk olaraq övladının hərəkətlərinə diqqəti artırmalıdır. Əgər valideyn övladının hərəkətlərində yenilik görərsə müəyyən addımlar atmalıdır. Səbəbi axtarılmalıdır. Valideyn bununla bacara bilmirsə, psixoloqa müraciət etməlidir. Artıq psixoloq valideyni söhbətə qataraq ikili danışıqlar aparmalıdır. Burada uşaq valideynindən nə istədiyini açıq şəkildə bildirəcək. Bu gözləntilər beynində tamamlanarsa uşaqlar ətrafda heç nə axtarmayacaq. Yenilik təhsil istiqamətində olacaq. Valideynlər dostcasına söhbət aparmalı, bacardıqları qədər övladlarına çoxlu vaxt ayırmalıdır".

Psixoloq vurğulayıb ki, valideynlər uşaqların seriala olan marağını izləməlidir: "Övladını düşünüb həmin serialı izləməkdən imtina etməlidir. Uşaqlar özlərinə bir dünya yaradırlar. Həmin dünyanın içərisində kəşflər etməyə çalışırlar. Hətta izlədikləri serialdakı aktyorlar kimi hərəkət edirlər. Bir anlıq süni dünyanın içərisinə düşürlər. Psixoloji baxımdan uşaq özünü o dünyada hiss edir. Özünü inandırmağa çalışır. Əgər kənarda bu cür hərəkətlər edirsə artıq evdə də təkrarlayır. Valideyn fərqliliyi hiss etsə də əsas nöqtəni tuta bilmir. O, kökü axtarıb tapmaq əvəzinə valideynlər problemdə köklənib qalırlar. Problemi ətrafda müzakirə etməyə başlayırlar. Müzakirə etmək əvəzinə problemin həlli yolunu tapsalar hətta gələcəkdə yaranacaq intihara meylliliyin qarşısı alınacaq".

Könül Telmanqızı bildirib ki, həyat yoldaşlar arasında problem varsa, uşağa vaxt ayrılmırsa bu cür ailələrin övladlarında problemlər daha çox olur: "Uşaqlar ətrafa mən bunu edə bilirəm deyə örnək olmağa çalışırlar. Bu tipli uşaqlar digərlərinin də psixologiyasına pis təsir edə bilər. Bu cür uşaqlar qəbul edilə də bilərlər və yaxud da ətrafdan yoldan çıxarıla da bilərlər. Belə uşaqların sayının artmaması üçün psixoloqlarımız çoxlu çalışmalıdır".

Psixoloq onu da qeyd edib ki, məktəblərdə psixoloqlarımızın sayı azdır: "Bir psixoloq o qədər şagirdin öhdəsindən gələ bilməz. Hər məktəbə ən azı 2 psixoloq lazımdır. Psixoloqlar siniflərə girib testlər aparmalıdır. Bəzi məktəblərdə psixoloqlar işlərini düzgün qurmurlar. Mən istərdim ki, psixoloqlarımız can yandırsın, işlərini sevsinlər. Təhlükəli gördüyü uşağı ən azından yola gətirməyə çalışsınlar. Psixoloqlar uşağın xəbəri olmadan valideynlə danışmalı, ailə ilə işləməlidir. Məktəbdə baş verəcək neqativ halların qarşısını ilk öncə psixoloq almalıdır. Psixoloq şagirdlər arasında test apararaq hansı uşağın necə olması barəsində məlumatlı ola bilər. İstərdim ki, məktəblərdə psixolq işi gücləndirsinlər. Hər məktəbdə də ən azı iki psixoloq fəaliyyət göstərin. Düşünürəm ki, sonuncu dəfə məktəbdə baş verən neqativ hadisənin qarşısını psixoloq ala bilərdi".

Aysel Yusifqızı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1923   Tarix: 13 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

TOP MP3