Elektrik enerjisi bahalaşa bilər

Elektrik enerjisi bahalaşa bilərElektrik stansiyalarının özəlləşdirilməsi imkanları nəzərdən keçirilir. "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nə uyğun olaraq, Komitə tərəfindən elektrik enerjisi sektorunun liberallaşdırılması tədbirləri çərçivəsində elektrik stansiyalarının özəlləşdirilməsi imkanları nəzərdən keçirilir. Əmlak Məsələləri Dövlət Komitəsində bu məqsədlə Energetika və İqtisadiyyat nazirlikləri, habelə "Azərenerji" ASC-nin nümayəndələri cəlb olunmaqla işçi qrupu fəaliyyət göstərir.

"İlkin mərhələdə işçi qrupu tərəfindən mövcud elektrik stansiyalarında elektrik enerjisinin istehsalının vəziyyəti öyrənilir. Eyni zamanda, stansiyaların səmərəlilik göstəriciləri, qoyuluş, imkan və faktiki gücləri təhlil olunur. Orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılmalı strateji əhəmiyyətə malik stansiyaların siyahısı dəqiqləşdirilir. Enerji sektorunda özəlləşdirilmə prosesi vasitəsilə səmərəliliyin artırılması və uğurlu nəticələrin əldə edilməsi istiqamətində beynəlxalq təşkilatlar və məsləhətçi şirkətlər ilə müzakirələr aparılır", - deyə məlumatda vurğulanıb.

Növbəti mərhələdə özəlləşdirilməsinə qərar veriləcək stansiyalara investorlar və ya operator şirkətlərin cəlb edilməsi istiqamətində tədbirlər görüləcək. Elektrik enerjisi sektorunda özəl şirkətlərin səmərəli iştirakını təmin etmək məqsədi ilə beynəlxalq təcrübəyə xüsusi əhəmiyyət verilir, qabaqcıl ölkələrin praktikası öyrənilir. Hazırda maya dəyəri yüksək olan rentabelsiz stansiyaların özəlləşdirilərək iqtisadi potensialının artırılması ilə bağlı mövcud perspektivlər öyrənilir. Həmçinin bu sektorda rəqabət mühitinə daha tez nail olmaq məqsədi ilə investorlar üçün nisbətən cəlbedici stansiyaların əlavə investisiya qoyuluşu öhdəlikləri ilə özəlləşdirilməsi kimi alternativlər müzakirə olunur.

Kommunal xidmətlər sahəsində özəlləşdirmə, idarəetməyə vermə və dövlət-özəl tərəfdaşlığı modelləri ilə özəl sektorun payının artırılması bu sahədə səmərəliliyin və xidmətlərin keyfiyyət səviyyəsinin yüksəlməsinə imkan verə bilər. Rəqabət qabiliyyətli mühitin formalaşdırılması isə dövlətin büdcə yükünün azaldılmasına, xərclərin minimuma endirilməsinə şərait yaradacaq.

Qeyd edək ki, elektrik stansiyalarının özəlləşdirilməsi istiqamətində xarici ekspertlərin rəyi nəzərə alınmaqla hazırlanacaq yekun təkliflərin aidiyyəti qurumlarla razılaşdırmaqla yaxın zamanlarda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hökumətə təqdim olunması planlaşdırılır.

Maraqlıdır, elektrik stansiyalarının özəlləşdirilməsi enerji taariflərini aşağı salacaq, yoxsa qiymət artımı ola bilər?

İqtisadçı-ekspert Rəşad Həsənov "Cümhuriyət" qəzetinə bildirib ki, kommunal xidmətlər sahəsində fəaliyyət göstərən bir sıra qurumların, o cümlədən, enerji istehsalı ilə məşğul olan stansiyaların müəyyən bir hissəsinin özəlləşdirilməsi ilə bağlı addımların atılması Strateji Yol xəritələrində nəzərdə tutulub: "Bu gün görülən işlər Strateji Yol xəritələrində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi məqsədilə atılan addımlardır. Düşünürəm ki, Azərbaycanda kommunal xidmətlər sektoru effektiv fəaliyyət göstərmir və bu sahədə ciddi problemlər var. Keyfiyyətinin artırılması istiqamətində diqqət ediləsi əsas məqamlardan biri özəlləşmədə dünya təcrübəsindən faydalanmaqdır.

Xüsusilə, xarici investorların və ya operator şirkətlərin sektora cəlb edilməsi, istehsal fəaliyyətində səmərəliliyin artmasına, eyni zamanda, beynəlxalq təcrübənin və xarici kapitalın ölkəyə gətirilməsinə, həmçinin keyfiyyətli xidmətin təklif edilməsinə səbəb olacaq. Özəlləşdirmə ilə bağlı müxtəlif çətinliklər vardı. Azərbaycanda elektrik enerjisinin qiymətinin tənzimlənən olması dövlət tərəfindən idarə edilməsi məsələsidir. Hazırda bu müəssisələrin səmərəliliyinin təmin olunması və itkilərin aradan qaldırılması kimi məsələlərin üzərində işlənməsinə ehtiyac vardı. Müəssisələrin səmərəliliyi müəyyən qədər təmin olunarsa, sektorun cəlbediciliyi xarici investorların bu sahəyə maraq göstərməsini artıra bilər".

"Azərbaycanda digər sahələrdə olduğu kimi elektrik enerjisi təminatıilə bağlı məsələlərdə də dövlət qurumları heç bir məsuliyyət daşımır"

Ekspert ehtimal edir ki, əgər xarici investisiya elektrik enerjisinin istehsalına cəlb olunarsa, qiymətlərdə müəyyən artımlar olacaq: "Çünki bu gün əsas problemlərdən biri məhz qiymətlə bağlı məsələlərdir. Alış-satış və yaxud istehsal-satış arasında marja kifayət qədər az olduğu üçün bu sahəyə maraq azdır. Bu razılıq əldə olunacaqsa, nəticədə qiymətlərin artımı baş verəcəkdir. Daha sonra isə burada keyfiyyət dəyişikliyi müşahidə olunacaq. Azərbaycanda digər sahələrdə olduğu kimi elektrik enerjisi təminatı ilə bağlı məsələlərdə də dövlət qurumları heç bir məsuliyyət daşımır. Yəni, təchizatçı ilə istehlakçı arasındakı münasibətlərin tənzimlənməsi kifayət qədər zəifdir. Normal inkişaf etmiş ölkələrin təcrübəsində təchizat günahı səbəbindən istehlakçıya dəyən zərərin kompensasiyası məsələsi var. Amma Azərbaycanda bu təcrübə demək olar ki, yox səviyyədədir.

Artıq Azərbaycanda dayanıqlı iqtisadiyyat, eyni zamanda ədalətli prinsiplərin təsdiqi nəzərdə tutulubsa, bu məqamlar öz həllini tapmalıdır. Hesab edirəm ki, beynəlxalq investorların prosesdə iştirakı və bu istiqamətdə xidmətlər təklif etməsi, qeyd edilən problemlərin aradan qalxmasına gətirib çıxaracaq. Başqa sözlə, Azərbaycanda bu istiqamətdə standartlar yüksələcək. Bu gün dövlət müəssisələri müxtəlif istiqamətdə, o cümlədən elektrik enerjisinin tədqiqatı ilə bağlı məsələlərdə yol verdiyi nöqsanlar səbəbindən il ərzində iqtisadi subyektlərə, fiziki şəxslərə, eləcə də ölkə vətəndaşlarına milyonlarla zərər vurur. Əgər istehsalçı təchizatçı və istehlakçı arasında münasibətlər ədalətli formada təmin olunarsa, Azərbaycanda bu istiqamətdə təklif olunan xidmətlərin keyfiyyətinin artmasına və təchizatçıların məsuliyyətinin yüksəlməsinə gətirib çıxaracaq. Bu da sektorun inkişafını şərtləndirən əsas amillərdən biridir.

"Azərenerji" ASC-nin səlahiyyətləri azalır...

Rəşad Həsənovun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən dövlət qurumlarının böyük əksəriyyətinin fəaliyyəti səmərəsizdir: "Xidmət sektorları korrupsiyaya açıqdır. Bununla bağlı kifayət qədər geniş faktlar var. Hesablama Palatasının hesabatlarında da bir sıra hallarda bu kimi nöqsanlar öz əksini tapıb. Enerji sayəsində şaxələnmənin aparılması, rəqabət mühitinin dərinləşməsi, "Azərenerji"nin səlahiyyətlərini, eyni zamanda fəaliyyət sferasının daralmasına və bu istiqamətdə yol verilən nöqsanların miqyasının azalmasına gətirib çıxaracaqdır. Hesab edirəm ki, əsas nailiyyətlərdən biri bu istiqamətdə əldə olunacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1162   Tarix: 09 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568